Məhkəmə qərarları › İş №3(051)-618/2024

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-618/2024

19.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-618/2024 19.09.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs iştirakı ilə xx.xx.1992-ci il tarixdə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Mingəçevir şəhəri, Şəfa bağ massivində yaşayan Şəxs Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsi ilə barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Mingəçevir şəhər ərazisində müxtəlif vaxtlarda azyaşlı qızları narahat etməsi barəsində verilmiş şikayət əsasında Cəfərov X3 şəhəri, H.Əliyev prospektində xx.xx.2024cü il tarixdə saat 20:00 radələrində polis əməkdaşları tərəfindən saxlanılarkən, polisin qanuni tələblərinə tabe olmamışdır. Bu hərəkətləri ilə Şəxs Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəxs həmin inzibati xətanı törətməsi şahid ifadələri və işdə olan sənədlərlə təsdiq olunmuşdur. İnzibati xətanı törətmiş şəxs Şəxs məhkəmə iclası zamanı izahatında göstərdi ki, o, protokolda göstərildiyi kimi heç kimi naraht etməmiş, öz yolu ilə getmişdir. Ona görə də polis əməkdaşları ona yaxınlaşmış və onlarla getməli olduğunu bildirdikdə, o, imtina etmiş və onların tələblərinə tabe olmamışdır. Ondan sonra polis əməkdaşları ona fiziki güc tətbiq edərək xidməti polis avtomaşınına mindirmişlər. Hazırda əməlindən peşmandır. Odur ki, məhkəmədən qərar qəbul edərkən izahatında göstərdiyi halların nəzərə almasını xahiş edir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş, Mingəçevir ŞPŞ-nin İTB-nin polis sahə rəisi polis leytenantı X1 ifadəsində göstərdi ki, xx.xx.2024-cü il tarixdə icraata daxil olmuş ərizə əsasında, Mingəçevir şəhəri, H.Əliyev prospektində yerləşən Araz market yaxınlığında saat 22 radələrində barəsində şikayət olunan şəxsə yaxınlaşaraq özlərini təqdim etmişlər. Barəsində edilmiş şikayətlə bağlı ona ətraflı məlumat verərək, şəxsiyyətinin müəyyən edilməsi və şikayət üzrə izahatının alınması zərurətinin olduğunu izah etmişlər, lakin həmin şəxs onların qanuni tələblərinə qəsdən tabe olmayaraq, öz hərəkətlərini qərəzli şəkildə davam etdirmiş və onların yanından uzaqlaşmağa çalışmış və səs-küy salmışdır. Ona görə də onlar həmin şəxs tərəflərindən ŞPŞ-yə gətirilmişdir. ŞPŞdə məlum olmuşdur ki, həmin şəxs Şəxsdur. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş, Mingəçevir ŞPŞ-nin İTB-nin polis sahə rəisi polis leytenantı X8 da X1 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi halları təsdiq etdi. Məhkəmə iclası zamanı qanuni nümayəndəsi X2 iştirakı ilə şahid qismində dindirilmiş X5 ifadəsində göstərdi ki, Mingəçevir şəhər ərazisində tanımadığı şəxs tərəfindən mütəmadi olaraq təqib edilmiş və həmin şəxs yanına gələrək onunla yol yoldaşı olmaq istədiyini bildirmiş, onu narahat etmişdir. Dəfələrlə buna görə ona irad bildirsə də, eyni əməli təkrar etmişdir. Məhkəmə iclası zamanı qanuni nümayəndəsi X4 iştirakı ilə şahid qismində dindirilmiş X6 ifadəsində göstərdi ki, Mingəçevir şəhər ərazisində tanımadığı şəxs tərəfindən mütəmadi olaraq izlənilmiş və narahat edilmişdir. xx.xx.2024-cü il tarixdə həmin şəxs açıq şəkildə qarşısını kəsərək ona əxlaqsız təklif etmiş, oradan uzaqlaşmaq istəyəndə paltarından, daha sonra saçından tutaraq arxa küçəyə çəkməyə çalışmışdır. Daha sonra xx.xx.2024-cü il tarixdə təkrar həmin şəxs onun qarşısını kəsmiş, eyni əməli təkrar etməyə çalışmışdır. İşə əlavə edilmiş xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Mingəçevir şəhər ərazisində müxtəlif vaxtlarda azyaşlı qızları narahat etməsi barəsində şikayət edilmiş şübhəli şəxsi - Şəxs saxlayarkən xx.xx.2024-cü il tarixdə saat 20:00 radələrində H.Əliyev prospektində polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. İşə əlavə edilmiş inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 23:10-da inzibati qaydada tutulmuşdur. Məhkəmə, inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda baxaraq, mühüm əhəmiyyətə malik olan bütün halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, iş üzrə icraat materiallarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 20:00 radələrində H.Əliyev prospektində polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamaqla, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və onun əməlində inzibati xəta tərkibinin bütün əlamətləri mövcuddur. Onun qeyd olunan inzibati xətanı törətməkdə təqsirli olması, şahid ifadələri, habelə işdə olan materiallarla, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin xətanın az əhəmiyyətli olmasına görə inzibati xəta törətmiş şəxsin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar və onun əməlində inzibati məsuliyyəti istisna edən hallar yoxdur. İnzibati xəta haqqında iş üzrə icraatda tədqiq edilmiş həmin sübutlar qanunda nəzərdə tutulmuş qaydada əldə edilməklə bərabər, inzibati xəta törətmiş şəxsin təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsinə görə, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin inzibati tənbehin məqsədlərini müəyyən edən 21-ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31-ci maddəsinin tələblərinə görə fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, həmçinin nəzərə alır ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlindən peşman olması məsuliyyətini yüngülləşdirən haldır. Məsuliyyətini ağırlaşdıran hal yoxdur. Məhkəmə, inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halların mövcudluğunu və ağırlaşdıran halların olmamasını, təqsirinin dərəcəsini nəzərə alaraq hesab edir ki, Şəxs barəsində həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi, qanuni, əsaslı, ədalətli və inzibati tənbehin məqsədlərinə uyğundur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İXM–in 30.3–cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə əlavə edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM–in 40, 43, 48-51, 114, 128- 130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 10 (on) gün müddətə inzibati qaydada həbs edilsin. Həbsə almanın əvvəli 18 sentyabr 2024-cü il tarixdən saat 23:10-dan hesablansın. Qərarın icrası Mingəçevir Şəhər Polis Şöbəsinə tapşırılsın. Qərardan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apelyasiya instansiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar