Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-619/2023 28.07.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Mingəçevir şəhər məhkəməsinin hakimi Hüseynov Ələkbər Məmmədtağı oğlunun, Ağayeva Aynurə Nizami qızının katibliyi, zərər çəkmiş X2, Mingəçevir ŞPŞ-nin İTB-nin polis sahə rəisi X3 iştirakı ilə, xx.xx.1964-cü ildə Tərtər rayonunda doğulmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, Ağdam rayonu, İ.Qayıbov küçəsində qeydiyyatda olmaqla faktiki olaraq ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə olan inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Şəxs xx.xx.2023-cü il tarixdə ünvan 2 ünvanında X4 aralarında yaranmış mübahisə zamanı Rəhimov Xalidi döymüşdür. Mingəçevir ŞPŞ-nin İTB-nin polis sahə rəisi X8 məhkəmə iclasında izahat verərək göstərdi ki, Şəxs xx.xx.2023-cü il tarixdə ünvan 2 ünvanında X4 aralarında yaranmış mübahisə zamanı Rəhimov Xalidi döymüşdür. Məhkəmə iclasında Şəxs ona istinad edilən inzibati xətanı törətməkdə özünü təqsirli bilərək verdiyi izahatında göstərmişdir ki, X7 ilə aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı əsəbləşərək X5 vurmuşdur. Əməlindən peşmandır. Hazırda zərərçəkənlə barışmışlar ona görə də iş üzrə icraata xitam verilməsini xahiş edir. X1 məhkəmə iclasında izahat verərək göstərdi ki, xx.xx.2023-cü il tarixdə onunla Şəxs arasında şəxsi münasibətlər zəminində mübahisə zamanı onu əli ilə vuraraq fiziki ağırlıq yetirməklə onu doymüşdür. Hazırda barışıblar. Ona görə də iş üzrə icrata xitam verilməsini xahiş edir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını, inzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, hazırki inzibati xəta haqqında işin icraatına tərəflərin barışması əsası ilə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM–nin 53.0.9–cu maddəsində göstərilmişdir ki, bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. İş materiallarından görünür ki, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs zərərçəkmiş şəxs X7 ilə barışmışdır. Zərərçəkmiş şəxsin hazırda Şəxs heç bir şikayəti və tələbi yoxdur. Ona görə də məhkəmə hazırki inzibati xəta haqqında işin icraatına xitam verilməsini qanuni və əsaslı hesab edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48–50, 53, 106, 112, 114, 117 və 128–130–cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157–ci maddəsi ilə tərtib edilmiş protokol üzrə inzibati xəta haqqında işin icraatına, tərəflərin barışması əsası ilə xitam verilsin. Qərardan, həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apelyasiya instansiya məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM Ələkbər Hüseynov
Məhkəmə qərarları › İş №3(051)-619/2023
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-619/2023
28.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver