Məhkəmə qərarları › İş №3(051)-620/2021

Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №3(051)-620/2021

03.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 3(051)-620/2021 03.09.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Mingəçevir şəhər Məhkəməsinin hakimi Hüseynov Ələkbər Məmmədtağı oğlu Nəzirov Elzamin Çingiz oğlunun katibliyi ilə, X4 barəsində Mingəçevir şəhər Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq Müəyyən etdim: X3 barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında material və ona əlavə edilmiş sənədlər baxılması üçün Mingəçevir şəhər məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.1-ci maddəsində göstərilir ki, bu Məcəllənin 54-cü maddəsi istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İş materialları ilə müəyyən edilir ki, inzibati xəta haqqında protokol tərtib edilən zaman Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X1 şəhər Polis Şöbəsi tərəfindən 30 iyun 2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardadn şikayət vermişdir. Hazırda qeyd edilən protokola məhkəmə qaydasında baxılması mümkün deyildir. Belə ki, cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan şikayət verildiyi üçün və hazırda qeyd olunan matrial üzrə işə hüquqi qiymət verilənə kimi məhkəmə hesab edir ki, inzibati xəta haqqında iş üzrə protokola baxılaraq hər hansı qərar verilməsi mövcud səbəblə əlaqədar olaraq mümkün deyildir. Odur ki, məhkəmə qeyd edilən səbəbləri əsas götürərək barəsində inzibati xəta haqqında iş üzrə icraat parılan şəxs X3 barəsində tərətib edilən inzibati xəta haqqında protokol onu tərtib edən vəzifəli şəxsə geri qaytarılmalıdır. İnzibati Xətalar Məcəlləsinin 109.1-ci maddəsinə görə protokol düzgün tərtib olunmadıqda, inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı inzibati xəta haqqında protokolun onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Göstərilənlərə əsasən hesab edirəm ki, Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109-cu maddəsini rəhbər tutub Q ə r a r a a l d ım: X4 barəsində inzibati xəta haqqında materiallar geri qaytarılsın. Məhkəmənin hakimi: Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar