Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-620/2023 31.07.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi Nəzirov Elzamin Çingiz oğlunun katibliyi İnzibati xəta haqqında protokolu tərtib etmiş Mingəçevir ŞPŞ-nin İTP-nın sahə rəisi X6 Zərərçəkmiş şəxslər: X1 və X8 İnzibati xəta törətmiş şəxs: Şəxs iştirakı ilə xx.xx.1978-ci il tarixdə Ağdam rayon Saybalı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləyən, subay, Ağdam rayon Bağbanlar Ə/D Saybalı kəndində qediyyatda olmaqla Mingəçevir şəhəri, Yeni Qaçqın qəsəbəsi ev 3, mənzil 20-də yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227–ci maddəsi ilə barəsində tərtib edilmiş inzibati xəta haqqında protokollarla inzibati xəta haqqında iş üzrə icraatda açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Mingəçevir Şəhər Məhkəməsinə Şəxs barəsində Azərbaycan Respublikası İXM–nin 227–ci maddəsi ilə inzibati xəta haqqında protokollar daxil olmuşdur. Şəxs xx.xx.2023-cü il tarixdə X2 məxsus diametri 76-lı 08 ədəd 4 metrlik dəmir boru, 32 manatlıq elektrik naqili, 50 manatlıq dəmir künclük, 5 ədəd 3 metrlik 15 azn dəyərində, cəmi 97 azn dəyərində tikinti materiallarlıoğurlamışdır və barəsində xx.xx.2023-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Şəxs xx.xx.2023-cü il tarixdə X4 məxsus 50 azn dəyərində 05 ədəd dəmir profil oğurlamışdır və barəsində xx.xx.2023-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Şəxs xx.xx.2023-cü il tarixdə X9 məxsus 32 azn dəyərində 16 ədəd ördək balasıoğurlamışdır və barəsində xx.xx.2023-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclası zamanı inzibati xəta haqqında protokollarıtərtib etmiş Mingəçevir ŞPŞ-nin İTP-nın sahə rəisi X10 protokollara uyğun izahat verdi. Məhkəmə iclası zamanı barəsində inzibati xəta haqqında protokollar tərtib edilmiş Şəxs özünü ona qarşı irəli sürülmüş inzibati xəta ittihamında tam təqsirli bilməsə də, sonradan zərərçəkmişlərə dəymiş zərəri ödədiyini bildirdi. O hazırda Kaledin Andrey və Əliyeva Gülər ilə barışmışdır və iş üzrə icraat xitam verilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Zərərçəkmiş şəxs X3 məhkəmə iclası zamanı izahatında göstərdi ki, Şəxs ona məxsus əşyaları oğurlamışdır. Bununla belə hazırda Şəxs ona dəymiş zərəri ödədiyindən ona qarşı heç bir şikayət və tələbi yoxdur. Odur ki, iş üzrə icraat xitam verilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Zərərçəkmiş şəxs X11 məhkəmə iclası zamanı izahatında göstərdi ki, Şəxs ona məxsus əşyaları oğurlamışdır. Bununla belə hazırda Şəxs ona dəymiş zərəri ödədiyindən ona qarşı heç bir şikayət və tələbi yoxdur. Odur ki, iş üzrə icraat xitam verilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Digər zərərçəkmiş şəxs X7 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və səbəbləri barədə də məhkəməyə məlumat verməmişdir. Məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün sayır. Məhkəmə protokollar, işdə iştirak edən şəxslərin barışması halını, inzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, hazırki inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Belə ki, işdə olan zərərçəkmiş şəxslər X3 və X11tərəfindən yazılmış ərizədən görünür ki, barəsində inzibati xəta haqqında protokollar tərtib edilmiş Şəxs onlara dəymiş zərəri ödədiyindən onunla barışmışlar. Hazırda zərərçəkmiş şəxsin Şəxs heç bir şikayət və tələbləri yoxdur. X7 məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs ilə barışmışdır. Hazırda zərərçəkmiş şəxsin Şəxs heç bir şikayət və tələbləri yoxdur. Göründüyü kimi barəsində inzibati xəta haqqında protokollar tərtib edilmiş Şəxs zərərçəkmiş şəxs X3 və X11 ilə barışdığı üçün, zərərçəkmiş şəxslərin heç bir şikayət və tələbi yoxdur. Ona görə də məhkəmə hesab edir ki, inzibati xətanı törətmiş şəxs zərərçəkmiş şəxslərlə barışdığından Şəxs barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. İnzibati Xətalar Məcəlləsinin 39.2-ci maddəsinə əsasən 227, 232-1-ci və 351-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 53.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 105.2-ci maddəsinə əsasən inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərarın surəti barəsində belə qərar qəbul edilmiş şəxslərə və zərər çəkmiş şəxsə göndərilir. Ona görə də məhkəmə hazırki inzibati xəta haqqında işin icraatına xitam verilməsini qanuni və əsaslı hesab edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48–50, 53, 106, 112, 114, 117 və 128–130–cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227–ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokollar üzrə başlanmış inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərardan, 10 (on) gün müddətinə həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apelyasiya instansiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Elza Cəbrayılzadə
Məhkəmə qərarları › İş №3(051)-620/2023
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-620/2023
31.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver