Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-623/2023 29.07.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi Nəzirov Elzamin Çingiz oğlunun katibliyi Mingəçevir ŞPŞ-nin İTB-nin polis sahə rəisi X1 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.2001–cı il tarixdə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİ : Mingəçevir Şəhər Məhkəməsinə Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol daxil olmuşdur. Mingəçevir ŞPŞ-nin İTB-nin polis sahə rəisi X4 məhkəmə iclası zamanı öz izahatında bildirdi ki, xx.xx.2023-cü il tarixdə Mingəçevir şəhəri, Güllü bağ dairəsində ucadan səs küy salaraq ictimai qaydanı pozan zaman polis əməkdaşları onu nizam-intizama dəvət etsələr də, qanuni tələblərə tabe olmamağa başlamışdır. Polisin qanuni tələblərinə tabe olmadığı üçün polis əməkdaşları tərəfindən şöbəyə aparılması təklif ediləndə polis əməkdaşlarına mane olmağa və mübahisə etməyə başlamışdır. Onu nizam-intizama dəvət etsələr də, qanuni tələblərə tabe olmamağa başlamışdır. Bundan sonra o çağırılmış, ona məlumatlar verilmiş və Şəxs barəsində AR İXM 535.1-ci maddəsi ilə protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclası zamanı izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixdə Mingəçevir şəhəri, Güllü bağ dairəsində yol patrul əməkdaşları onun döyüş yoldaşını saxladığını görmüşdür. O, həmin vaxt kafedə idi. Sonradan ora yaxınlaşaraq nə üçün onun dostunun maşının saxladığı bildirərək polis əməkdaşlarının işinə müdaxilə etmişdir. Polis əməkdaşları onu oradan uzaqlaşdırsa da, yenidən müdaxilələrə davam etdirmişdir. Lakin o, həmin vaxt heç bir nalayiq ifadə işlətməmiş, özü könüllü olaraq polis şöbəsinə getmək istədiyin bildirmişdir. Bundan sonra polis əməkdaşları onu zorla polis şöbəsinə aparmışlar. Lakin onlara qarşı müqavimət göstərmədiyi halda onu polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmaması əsası ilə şöbəyə gətirilmişdir. O, səhfini başa düşümüşdür. əməlindən peşmandır. İş üzrə şahid qismində çıxış edən X5 bildirdi ki, Orxanı şəhər adamı kimi tanıyır. xx.xx.2023-cü il tarixdə Mingəçevir şəhəri, Güllü bağ dairəsində ucadan səs küy salaraq ictimai qaydanı pozan zaman polis əməkdaşları onu nizam-intizama dəvət etsələr də, qanuni tələblərə tabe olmamağa başlamışdır. Axşam saatlarında Tofaş markalı maşını saxlayaraq sənədlərini yoxladığı zaman Orxan gələrək onların işinə müdaxilə etmişdir. Həmin vaxt Orxan ucadan səs küy salaraq nalayiq ifadələr işlətmiş və mübahisə edərkən onu nizam-intizama dəvət etmişlər. Ancaq Şəxs polisin qanuni tələblərinə tabe olmamışdır. Sonra onu şöbəyə dəvət etdilər. Lakin Şəxs şöbəyə getməkdən imtina edərək müqavimət göstərməyə başlamışdır. Bundan sonra polis əməkdaşları onu polis şöbəsinə gətirdilər. Bu hal dəfələrlə baş vermişdir. İş üzrə şahid qismində çıxış edən X2 məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, Mingəçevir şəhəri Güllü bağ dairəsində xidmətdə olarkən digər avtomobilin sənədlərinin yoxlandığı zaman Şəxs onlara yaxınlaşaraq nə üçün maşını saxladıqlarını bildirmiş, ona aidiyyəti olmadığı halda polis əmədaşlarının işinə müdaxilə etmiş mübahisə yaranmış və mübahisə zamanı Şəxs qeyri-etik hərəkətlər edərək nalayiq ifadələr işlətməklə polisin işinə qanunsuz müdaxilə etmişdir. Bundan sonra onu nizam-intizama dəvət etsələrdə o, polisə tabesizlik edərək nizam intizam pozmuş daha sonra onu polis şöbəsinə gətirmişlər. İş üzrə şahid qismində çıxış edən X3 da digər şahidlərin ifadəsinə uyğun ifadə verərək göstərilən xüsusatları təsdiq etmişdir. xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi barədə qərardada görə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tərtib olunmuş protokola aidiyyəti üzrə baxılması üçün Mingəçevir Şəhər Məhkəməsinə göndərilmişdir. xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2023-ci il tarixdə Mingəçevir şəhəri, Güllü bağ dairəsində polisin qanuni tələblərinə tabe olmadığı üçün polis əməkdaşları tərəfindən saxlanılmışdır. xx.xx.2023-cü il tarixli inzibati qaydada tutuma haqqında protokoldan görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmaması barədə inzibati xətanı törətməkdə təqsirli bilinərək, inzibati xətaların qarşısını almaq məqsədi ilə xx.xx.2023-cü il tarixdə saat 23:30-da inzibati qaydada tutulmuşdur. İşdə olan Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aralarında tibbi müayinəyə dair xx.xx.2023-cü il tarixli 776 №-li protokoldan görünür ki, Şəxs xəta törədilən zaman sərxoş vəziyyətdə olmamışdır. Məhkəmə, inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda baxaraq, mühüm əhəmiyyətə malik olan bütün halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, iş üzrə icraat materiallarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Şəxs xx.xx.2023-cü il tarixdə Mingəçevir şəhəri, Güllü bağ dairəsində polisin qanuni tələblərinə tabe olmadığı üçün polis əməkdaşları tərəfindən saxlanılmaqla, polisin qanuni tələbinə tabe olmamaqla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və onun əməlində inzibati xəta tərkibinin bütün əlamətləri mövcuddur. Onun qeyd olunan inzibati xətanı törətməkdə təqsirli olması şahid ifadələri, habelə işdə olan materiallarla, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin xətanın az əhəmiyyətli olmasına görə inzibati xəta törətmiş şəxsin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar və onun əməlində inzibati məsuliyyəti istisna edən hallar yoxdur. İnzibati xəta haqqında iş üzrə icraatda tədqiq edilmiş həmin sübutlar qanunda nəzərdə tutulmuş qaydada əldə edilməklə bərabər, inzibati xəta törətmiş şəxsin təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin:
3. Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 9.1. İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun olmalıdır.
12. Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin inzibati tənbehin məqsədlərini müəyyən edən 21-ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsini qarşısını almaq məqsədi daşıyır.
31. Fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdiriən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Həmin Məcəllənin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə, həmçinin nəzərə alır ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlindən peşman olması və ilk dəfə inzibati məsuliyyətə cəlb edilməsi onun məsuliyyətini yüngülləşdirən haldır. Məsuliyyəti ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə, inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halların mövcudluğunu və ağırlaşdıran halların olmaması, təqsirinin dərəcəsini nəzərə alaraq hesab edir ki, Şəxs barəsində inzibati cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi, qanuni, əsaslı, ədalətli və inzibati tənbehin məqsədlərinə uyğundur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq,
QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 150 (bir yüz əlli) manat məbləğində inzibati cərimə edilsin edilsin. Şəxs məhkəmə iclas zalından dərhal azad edilsin. Qərarın icrası Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Mingəçevir Şəhər Məhkəməsi (Mingəçevir şəh., S.Vurğun 16) vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Şəki şəh., Sabit Rəhman 7)şikayət verilə bilər.
Hakim Elza Cəbrayılzadə