Məhkəmə qərarları › İş №3(051)-624/2021

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-624/2021

09.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-624/2021 09.08.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlu, Ağayeva Aynurə Nizami qızının katibliyi, Qərardan şikayət verən şəxs - X1 iştirakı ilə X1 17.07.2021-ci il tarixli ******* nömrəli inzibati xəta haqqında qərarından verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: 17.07.2021-ci il tarixli ******* nömrəli qərarı ilə X3 Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 4000 manat miqdarda inzibati cərimə edilmişdir. X3 həmin qərardan şikayət verərək, qərarın ləğv olunmasını xahiş etmişdir. X3 şikayətinə uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, o, sahibkarlıq fəaliyyəti ilə məşğul olur və vergi ödəyəcisi kimi 11 saylı Ərazi Vergilər İdarəsində uçota alınmış və bu barədə ona VÖEN verilmişdir. Mingəçevir şəhərində “Dostluq” şadlıq sarayı ona məxsusdur. İ Qarabağ müharibəsində iştirak etmiş, Qarabağ müharibəsi veteran və İİ qrup Qarabağ müharibəsi əlilidir. 17.07.2021-ci il tarixdə özünə məxsus “Dostluq” şadlıq sarayında 74 nəfərdən ibarət toy mərasimi təşkil edilmişdir. Məhkəmənin diqqətinə çatdırır ki, şadlıq sarayının mərasim üçün nəzərdə tutulmuş hissəsi 378 kv.metrdir. 17.07.2021-ci il tarixdə Mingəçevir şəhər Polis şöbəsinin əməkdaşları “Dostluq” şadlıq sarayına daxil olaraq guya 134 nəfərdən ibarət şəxslərin toy mərasimində iştirak etdiyini bildirərək 17.07.2021-ci il tarixli ******* nömrəli inzibati xəta haqqında qərarla 4000 (dörd min) manat məbləğində cərimə edilmişdir. Həmin qərarla və qərar əsasında cərimə ilə razı deyil. Təkrar olaraq qeyd edir ki, toy mərasimində 74 nəfərdən artıq şəxs olmamışdır. Ona görə də məhkəmədən 17.07.2021-ci il tarixli ******* nömrəli inzibati xəta haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul ediməsini xahiş edir. Şikayət vermiş şəxsin izahatını dinləyib və təqdim olunmuş sənədləri araşdırıb məcmu halda qiymət verərək hesab edirəm ki, şikayət təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.1.7-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.1-ci maddəsinə əsasən Bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 101.1-ci maddəsinə əsasən İnzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilir. İşə əlavə olunmuş X2 tərəfindən qəbul edilmiş 17.07.2021-ci il tarixli MN seriyalı ******* №-li inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X3 İXM-in 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və 4000 manat məbləğində cərimə edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsində yazılmışdır ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-nin 134.1.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda, qərarın dəyişdirilmədən, şikayət və protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası İXM-in 211.1-ci maddəsinə əsasən Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə - fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər beş min manatdan on bir min manatadək məbləğdə cərimə edilir. Odur ki, məhkəmə belə nəticəyə gəlir ki, şikayət əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, məhkəmə işə əlavə olunmuş sənədləri nəzərdən keçirərək belə qənaətə gəlir ki, X3 izahatında “Dostluq” şadlıq sarayında elektron icazə portalından icazə alaraq 74 nəfərdən ibarət toy mərasimi keçirtdiyini bildirmişdir. Lakin iş materiallarını araşdırarkən məlum olur ki, X3 17.07.2021-ci il tarixdə saat 14 radələrində icarə ilə işlətdiyi “Dostluq” şadlıq sarayında 74 nəfərdən ibarət qonaqla toy məclisi keçirilməsinə dair elektron icazə portalından icazə almasına baxmayaraq həmin məclisdə134 nəfərdən ibarət qonaq iştirak etmişdir. Bununla da o, Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozmuş və onun barəsində 4000 manat məbləğində inzibati cərimə ilə tənbeh tədbiri tətbiq edilmişdir. Bundan əlavə X3 şikayətini əsaslı olduğuna dair hər hansı bir dəlil, sübut irəli sürə bilməmişdir. Şikayətində yalnız formal mülahizələrlə kifayətlənmişdir. Ona görə də məhkəmə hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 133 və 134-cü maddələrini rəhbər tutaraq qərar v e r d i: X3 tərəfindən 17.07.2021-ci il tarixli ******* nömrəli inzibati xəta haqqında qərardan verilmiş şikayət təmin edilməsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı vaxtdan 10 (on) gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. HAKİM: Ələkbər Hüseynov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar