Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-625/2024 25.09.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi Əliyeva Əminə Malik qızının katibliyi Mingəçevir şəhər prokurorunun köməkçisi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs1 xx.xx.1990-cı ildə Şuşa rayonunda anadan olmuş, orta təhsilli, işləməyən, Azərbaycan Respublikasının vətəndaşı, Şuşa şəhəri, Turşsu qəsəbəsində qeydiyyatda olan, hazırda AR ƏN PX-nin 2 saylı İstintaq təcridxanasında saxlanılan Şəxs barəsində Azərbaycan Respublikası İXM–nin 157-ci maddəsi ilə inzibati icraat materiallarına baxaraq Müəyyənetdim: Mingəçevir şəhər prokuroru tərəfindən məhkəməyə göndərilmiş inzibati materialdan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2024-cü il tarixdə Mingəçevir şəhəri, Yeni Həyat qəsəbəsi 66B ünvanında yerləşən yaşayış ünvanında Zərərçəkmiş şəxs1 dərəcəsi təyin olunmayan xəsarət yetirməklə döymüşdür. Həmçinin Mingəçevir şəhər prokuroru tərəfindən məhkəməyə göndərilmiş inzibati materialdan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2024-cü il tarixdə Mingəçevir şəhəri, Yeni Həyat qəsəbəsi 66B ünvanında yerləşən yaşayış ünvanında Zərərçəkmiş şəxs2 dərəcəsi təyin olunmayan xəsarət yetirməklə döymüşdür. Mingəçevir şəhər prokurorunun köməkçisi X1 məhkəmə iclasında bildirdi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2024-cü il tarixdə Mingəçevir şəhəri, Yeni Həyat qəsəbəsi 66B ünvanında yerləşən yaşayış ünvanında Zərərçəkmiş şəxs1 dərəcəsi təyin olunmayan xəsarət yetirməklə döymüşdür. Eyni zamanda həmin ünvanda Zərərçəkmiş şəxs2 dərəcəsi təyin olunmayan xəsarət yetirməklə döymüşdür. Ona görə də ünvan 2 ünvanında yaşayan Şəxs barəsində İXMnin 157-ci maddəsi inzibati xəta haqqında iş üzrə icraat başlanılmışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, o, heç kimi vurmamışdır. O adam qabağıma çıxıb oda ona sillə vurmuşdur. Barıdan həyətə keçmiş o zaman bu qadın onun qabağına keçmişdir. Elə o anda o qadına sillə vurmuşdur. Başqa heç kimə heçnə etməmişdir. İnzibati xəta haqqında materialda qeyd olunan başqa əməlləri qəbul etmir. Çünki o, yalnız qadına sillə vurmuşdur. Məhkəmə iclası zamanı Zərərçəkmiş şəxs1 bildirdi ki, o həyətdə idi Elçin gələn kimi onu itələdi keçdi evə. Bu zaman evə Novruz adlı şəxs də gəldi Elçin onu boğdu. Onu barəsində tədbir görülməsini xahiş edir. Zərəçəkmiş Zərərçəkmiş şəxs2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etmir. Məhkəmə inzibati işə zərəçəkmiş Zərərçəkmiş şəxs2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İşə əlavə olunmuş inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə xx.xx.2024-cü il tarixli qərarlardan görünür ki, Şəxs barəsində AR İXM-nin 157-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmışdır. İşə əlavə olunmuş məhkəmə-tibbi ekspertizasının 312 № li 21 iyun 2024-cü il tarixli rəyində göstərilir ki, Zərərçəkmiş şəxs1 məhkəmə tibbi müayinəsi zamanı onun bədənində aşkar olunan xəsarətlər- hər iki bazu və said nahiyyələrində, döş vəzlərində , hər iki budlarında və sol baldırında qançırlar küt əşyanın təsirindən əmələ gələ bilərdilər, yetirilmə müddəti qərarda göstərilən xx.xx.2024-cü il tarixə uyğundur. İşə əlavə olunmuş məhkəmə-tibbi ekspertizasının 313 № li 21 iyun 2024-cü il tarixli rəyində göstərilir ki, Zərərçəkmiş şəxs2 məhkəmə tibbi müayinəsi zamanı onun bədənində aşkar olunan xəsarətlər- sol gözünün alt qapağında və sol almacıq nahiyyəsində şişkinlik fonunda qançırlar, küt əşyanın təsirindən əmələ gələ bilərdilər, yetirilmə müddəti qərarda göstərilən xx.xx.2024-cü il tarixə uyğundurlar, sağlamlığa zərər vurmadıqları üçün dətrəcələri təyin olunmur. xx.xx.2024-cü il tarixli sübutların qiymətləndirilməsi və ictimai əməlin tövsif edilməsi haqqında qərardan görünür ki, Şəxs AR CM-nin120.2.4, 157.1 və 228.4-cü maddələri ilə yenidən ittiham edilmiş və barəsində seçilmiş həbs qətimkan tədbiri nəzərə alınmışdır. Məhkəmə qeyd edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə xx.xx.2024-cü il tarixli, 22/19(m)-24 saylı inzibati xəta haqqında iş üzrə icraatın başlanması və xx.xx.2024-cü il tarixli, 22/20(m)-24 saylı inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar məhkəməyə daxil olmuşdur. İXM-in 34.2-ci maddəsi əsas götürülməklə Mingəçevir şəhər Məhkəməsinin 3(051)-626/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə Şəxs barəsində tərtib edilmiş xx.xx.2024-cü il tarixli, 22/19(m)-24 saylı inzibati xəta haqqında iş üzrə icraatın başlanması və xx.xx.2024-cü il tarixli, 22/20(m)-24 saylı inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarlar üzrə müvafiq olaraq 3(051)-626/2024 saylı inzibati iş, 3(051)-625/2024 saylı işlə birləşdirilmiş, 3(051)-625/2024 nömrə ilə qeydiyyata alınmış və həmin işlərə eyni vaxtda baxılması qərara alınmışdır. Məhkəmə, inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda baxaraq, mühüm əhəmiyyətə malik olan bütün halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə icraat materiallarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Şəxs xx.xx.2024-cü il tarixdə Mingəçevir şəhəri, Yeni Həyat qəsəbəsi 66B ünvanında yerləşən yaşayış ünvanında Zərərçəkmiş şəxs1 və eyni zamanda Zərərçəkmiş şəxs2 vuraraq onlara qəsdən fiziki ağrı yetirməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157–ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və onun əməlində inzibati xəta tərkibinin bütün əlamətləri mövcuddur. Onun qeyd olunan inzibati xətanı törətməkdə təqsirli olması işdə olan materiallarla, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin xətanın az əhəmiyyətli olmasına görə inzibati xəta törətmiş şəxsin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar və onun əməlində inzibati məsuliyyəti istisna edən hallar yoxdur. İnzibati xəta haqqında iş üzrə icraatda tədqiq edilmiş həmin sübutlar qanunda nəzərdə tutulmuş qaydada əldə edilməklə bərabər, inzibati xəta törətmiş şəxsin təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Həmin Məcəllənin 157-ci maddəsinə görə döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə -üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsində göstərilir ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin inzibati tənbehin məqsədlərini müəyyən edən 21-ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31-ci maddəsinin tələblərinə görə fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən Bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən Şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Məhkəmə İXM-in 34.3-cü maddəsinin hazırki iş üzrə tətbiq edilməsini məqsədə müvafiq hesab etmir. Belə ki, həmin maddənin məzmunundan aydın olur ki, şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Beləliklə, məhkəmə, inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini və onun təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, onun hazırda AR CM-nin 120.2.4, 157.1 və 228.4-cü maddələri ilə təqsirləndirilməsini və barəsində seçilmiş həbs qətimkan tədbirini nəzərə alaraq, hesab edir ki, Şəxs barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini qanuni, əsaslı, ədalətli və inzibati tənbehin məqsədlərinə uyğundur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 128- 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın icrası Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinə tapşırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Elza Cəbrayılzadə
Məhkəmə qərarları › İş №3(051)-625/2024
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-625/2024
25.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver