Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-626/2021 27.07.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs Barəsində protokol tərtib edilmiş şəxs: Şəxs iştirakı ilə xx.xx.1987-ci il tarixdə Mingəçevir şəhəridə doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatda olan yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şəxs 23 may 2021-ci il tarixdə saat 19:30 radələrində yaşadığı, ünvan 2 ünvanında yerləşən evdə şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı arvadı, Zərərçəkmiş şəxs döyərək onun sağlamlığına ağırlıq dərəcəsi təyin edilməyən zərər vurmuşdur. Bu hərəkətləri ilə Şəxs Azərbaycan Respublikası İXM-in 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəxs həmin inzibati xətanı törətməsi, zərərçəkmiş şəxsin izahatı və işdə olan mötəbər sənədlərlə təsdiq olunmuşdur. İnzibati xətanı törətmiş şəxs Şəxs məhkəmə iclası zamanı özünü ona qarşı irəli sürülmüş inzibati xəta ittihamında təqsirli bilərək ifadəsində göstərdi ki, 23 may 2021-ci il tarixdə saat 19:30 radələrində arvadının yaşadığı ünvan 2 ünvanında olarkən arvadı Zərərçəkmiş şəxs ilə uşağı ona göstərmədiyi üçün mübahisə yaranmış və onu döymüşdür. Əməlindən peşimandır. Odur ki, bütün bunları nəzərə alınmağını xahiş edir. Zərərçəkmiş şəxs məhkəmə iclası zamanı ifadəsində göstərdi ki, 23 may 2021-ci il tarixdə saat 19:30 radələrində yaşadığı ünvan 2 ünvanında Şəxs uşaqlarla görüşmək məqsədilə evə gəlmiş mübahisə yaranmış, mübahisə zamanı Roman onun bədəninin müxtəlif nahiyyələrindən vurmuşdur. O, həmçinin izahatında Romanın ona dəfələrlə nalayiq söz demədiyini bildirmişdir. Hazırda Şəxs şikayətçidir. Odur ki, məhkəmədən onun barəsində ən ağır inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş edir. İşdə olan 24 may 2021-ci il tarixli, 298 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsi zamanı onun bədənində aşkar olunan xəsarətlər – sol baldır nahiyəsində qançırlar küt əşyanın (alətin-lərin) təsirindən əmələ gələ bilərdilər, yetirilmə müddətləri qərarda göstərilən 23.05.2021-ci il tarixə uyğun gəlir. Beləliklə, məhkəmə iclası zamanı təsdiq olundu ki, Şəxs 23 may 2021-ci il tarixdə saat 19:30 radələrində arvadının yaşadığı ünvan 2 ünvanında Zərərçəkmiş şəxs vuraraq onun sağlamlığına ağırlıq dərəcəsi təyin edilməyən zərər yetirməklə qəsdən döymüşdür. Məhkəmə öz qənaətini onunla əsaslandırır ki, zərər çəkmiş şəxsin inzibati xəta törətmiş şəxsin arvadı olduğundan, habelə tərəflər arasında ailə münaqişəsi zəminində mübahisəli vəziyyət yarandığından, Şəxs məhkəmə iclası zamanı bildirdikləri işin həqiqi hallarına uyğun deyildir. Beləliklə, məhkəmə, inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini və inzibati xətanı qəsdən və öz arvadına qarşı törətməsini nəzərə alaraq hesab edir ki, Şəxs barəsində həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi, qanuni, əsaslı, ədalətli və inzibati tənbehin məqsədlərinə uyğundur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 15 (on beş) gün müddətə inzibati qaydada həbs edilsin. Həbsə almanın əvvəli 27 iyul 2021–ci il tarixdən saat 18:00-dan hesablansın. Qərarın icrası Mingəçevir şəhər Polis Şöbəsinə tapşırılsın Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apelyasiya instansiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Ələkbər Hüseynov
Məhkəmə qərarları › İş №3(051)-626/2021
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-626/2021
27.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver