Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-627/2021 27.07.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi Zərərçəkmiş şəxs: Məddiyeva Nurəngiz Mahmud qızının Barəsində protokol tərtib edilmiş şəxs: Şəxs iştirakı ilə xx.xx.1977-ci il tarixdə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, işsiz, Yevlax rayonu Tanrıqulular kəndində yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şəxs 15.06.2021-ci il tarixdə saat 11 radələrində Məddiyeva Nurəngiz Mahmud qızını Mingəçevir şəhər qəbiristanlığında aralarında yaranmış mübahisə zamanı vuraraq onun sağlamlığına dərəcəsi təyin edilməyən zərər vurmaqla döymüşdür. Bu hərəkətləri ilə Şəxs Azərbaycan Respublikası İXM-in 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəxs həmin inzibati xətanı törətməsi, özünün etirafı, zərərçəkmiş şəxsin izahatı və işdə olan mötəbər sənədlərlə təsdiq olunmuşdur. İnzibati xətanı törətmiş şəxs Şəxs məhkəmə iclası zamanı özünü ona qarşı irəli sürülmüş inzibati xəta ittihamında təqsirli bilərək ifadəsində göstərdi ki, o, atası ilə birlikdə 15.06.2021-ci il tarixdə saat təxminən 11 radələrində ünvan 1 ünvanında yerləşən qəbirstanlıqda vəfat etmiş analarının qəbrini ziyarət etmək istəyən zaman, bacısı Zərərçəkmiş şəxs da dayısı ilə oraya gəlmişdir. Bacısı ilə onun arasında mülk tələbi ilə bağlı mübahisə olduğundan, bacısı onun yanında atasını nalayiq formada təhqir etmişdir. Ona görə də onlar arasında şəxsi münasibətlər zəminində mübahisə yaranmış, həmin vaxt bacısı onun üzərinə gələrək əl və ayaq zərbəsi ilə onu vurmuşdur. O da öz növbəsində qarşılıq vermişdir. Ondan sonra hər ikisi bir-birlərinin saç nahiyyəsindən tutub dartıb sıxmaqla bir-birlərini döymüşlər. Bu səbəbdən də, Zərərçəkmiş şəxs həmin tarixdə DİN-nin 102 xidmətinə məlumat vermişdir. Hadisədən sonra o, barışmaq istəsə də, qarşı tərəf barışmaqdan imtina etmişdir. Ona görə də o da Zərərçəkmiş şəxs şikayətçi olmuşdur. Hazırda əməlindən peşmandır. Odur ki, məhkəmədən ona daha yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş edir. Zərərçəkmiş şəxs məhkəmə iclası zamanı ifadəsində göstərdi ki, bacısı Şəxs ilə aralarında hər-hansı bir düşmənçilik olmamış, sadəcə olaraq anası vəfat etdikdən sonra mənzilin çıxarışı ilə bağlı ailə üzvüləri ilə mübahisələri olmuş, mənzilin çıxarışını ondan tələb etmişlər. 15.06.2021-ci il tarixdə dayısı X1 ilə birlikdə ünvan 2 ünvanda yerləşən qəbirstanlıqda anasını ziyarət etməyə getdikdə, bacısı və atası da orada olmuşdur. Həmin vaxt atası ondan mənzilin çıxarışını tələb etmişdir. O isə çıxarışın onda olmadığını bildirdikdə, bacısı Nərgiz onun üzünə şillə ilə vuraraq, saçından tutmuşdur. Belə olan halda o da qarşılıq vermiş və onlar bir-birinin saçından dartmağa başlamışlar. Hər ikisi birbirini vurmuş və daha sonra yerə yıxılmışlar.Ondan sonra dayısı onları ayırmışdır. Hazırda Şəxs şikayətçidir. Odur ki, məhkəmədən onun barəsində qanuni tədbir görülməsini xahiş edir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş, X3 ifadəsində göstərdi ki, 15.06.2021-ci il tarixdə saat 11 radələrində qızı Şəxs ilə birlikdə ünvan 1 ünvanında qəbirstanlıqda arvadının qəbrini ziyarət etmək üçün getmişdir. Həmin vaxt qızı Nurəngiz və qaynı Qəhrəman da oraya gəlmişdir. Aralarında olan narazılığa görə qızları Şəxs ilə Zərərçəkmiş şəxs arasında mülk tələbi ilə bağlı mübahisə yaranmışdır. Ona görə hər ikisi bir-birlərinin saçından tutub dartıb sıxmaqla bir-birlərini döymüşlər. Sonra isə dayıları Qəhrəman onları ayırmışdır. Bu səbəbdən də Zərərçəkmiş şəxs həmin tarixdə DİN-nin 102 xidmətinə məlumat vermişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş, X1 ifadəsində göstərdi ki, 15.06.2021-ci il tarixdə bacısı qızı ilə birlikdə ünvan 3 ünvanda yerləşən qəbirstanlığa bacısının qəbrini ziyarət etməyə getdikdə, bacısı qızı Şəxs və bacısının əri Mahmud Məddiyevin də orada olduğunu görmüşlər. Daha sonra onlar Nurəngizə mənzilin çıxarışını verməsini bildirmişlər. O isə çıxarışın onda olmadığını bildirdikdə, Nərgiz ilə Nurəngiz birbirlərinin saçından tutaraq, dalaşmışlar. Həmin vaxt o, onları ayırmışdır. İşdə olan 17.06.2021-ci il tarixli, 380 saylı ekspert rəyindən görünür ki, Şəxs bədən səthində aşkar edilmiş xəsarətlər- sol baldırında və sol əlin 2-ci barmağında qançırlar, küt əşyanın (alətin) təsirindən əmələ gələ bilərdilər, yetirilmə müddəti 15.06.2021-ci il tarixə uyğun gəlir. Məhkəmə, inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda açıq məhkəmə iclasında baxaraq mühüm əhəmiyyətə malik olan bütün halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxsin izahatı, iş üzrə icraat materiallarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Şəxs 15.06.2021-ci il tarixdə saat 11 radələrində Məddiyeva Nurəngiz Mahmud qızını Mingəçevir şəhər qəbiristanlığında aralarında yaranmış mübahisə zamanı vuraraq onun sağlamlığına ağırlıq dərəcəsi təyin edilməyən zərər vurmaqla döyməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157–ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və onun əməlində inzibati xəta tərkibinin bütün əlamətləri mövcuddur. Onun qeyd olunan inzibati xətanı törətməkdə təqsirli olması, özünün etiraf edici izahatı, şahid ifadələri, habelə işdə olan materiallarla, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin xətanın az əhəmiyyətli olmasına görə inzibati xəta törətmiş şəxsin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar və onun əməlində inzibati məsuliyyəti istisna edən hallar yoxdur. İnzibati xəta haqqında iş üzrə icraatda tədqiq edilmiş həmin sübutlar qanunda nəzərdə tutulmuş qaydada əldə edilməklə bərabər, inzibati xəta törətmiş şəxsin təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsində göstərilir ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin inzibati tənbehin məqsədlərini müəyyən edən 21-ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31-ci maddəsinin tələblərinə görə fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə hesab edir ki, Şəxs ilk dəfə inzibati xəta törətməsi və əməlindən peşman olması onun məsuliyyətini yüngülləşdirən hallardır. Onun əməlində məsuliyyəti ağırlaşdıran hal müəyyən edilmədi. Beləliklə, məhkəmə, inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini və onun təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən halların olmasını, məsuliyyəti ağırlaşdıran halların olmamasını, əməlindən səmimi peşmanlıq keçirməsini nəzərə alaraq, Şəxs barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini qanuni, əsaslı, ədalətli və inzibati tənbehin məqsədlərinə uyğun hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 400 (dörd yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərardan, 10 gün müddətinə həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apelyasiya instansiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №3(051)-627/2021
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-627/2021
27.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver