Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-628/2021 29.07.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi Ağayeva Aynurə Nizami qızının katibliyi Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1977-ci il tarixdə Kəlbəcər rayonun Çaykənd kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli Kəlbəcər rayonun Çaykənd kəndində qeydiyyatda olmaqla faktiki olaraq Mingəçevir şəhəri C.Əliyev küçəsi 18 mənzil 55-də yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şəxs 28.07.2021-ci il tarixdə saat 00:16-da Mingəçevir şəhəri C.Əliyev küçəsində yerləşən özünə məxsus “555” adlı obyekti açaraq və işlədərək karantin rejimini pozmuşdur. Bu hərəkətləri ilə Şəxs Azərbaycan Respublikası İXM–in 211.1 maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İnzibati xəta törətmiş şəxs Şəxs məhkəmə iclası zamanı barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə özünü qismən təqsirli bildi və izahatında göstərdi ki, Mingəçevir şəhəri C.Əliyev küçəsində yerləşən özünə məxsus “555” adlı kafeni təxminən iki il bundan qabaq açmışdır. Həmin kafe ona məxsusdur. 27.07.2021-ci il tarixdə özünə məxsus olan “555” adlı kafeni təmir etdirmək məqsədi ilə tanışlarını oraya dəvət etmişdir. Həmin şəxslər təmir işlərini görüb qurtardıqdan sonra yemək yeyib getmələrini xahiş etmiş və onlar üçün süfrə açmışdır. Onlarla birlikdə şam yeməyi yeyib qurtardıqdan sonra yekunlaşıb evə getmək istəyərkən 28.07.2021-ci il tarixdə saat 00:15 radələrində polis əməkdaşları onlara yaxınlaşıb karantin qaydalarını pozduqlarını bildirib onu polis sahəsinə dəvət etmişlər. Bildirmək istəyir ki, iş vaxtı bitdiyi üçün kafedə heç bir müştəri və personalı olmayıb. Xidməti otaqlar və zalı qapalı vəziyyətdə olmuşdur. Həmçinin o, 2-ci qrup müharibə əlilidir. Məhkəmədən qərar çıxarərkən izahatında göstərdiyi halları nəzərə almasını xahiş edir. İş üzrə şahid qismində dindirilmiş X2 məhkəmə iclası zamanı ifadəsində göstərmişdir ki, Azərbaycan Respublikasında Covid-19 pandemiyası ilə əlaqədar ölkədən müəyyən məhdudiyyətlər qəbul edilmişdir. elan olunmuş 28.07.2021-ci il tarixdə saat 00:15 radələrində Mingəçevir şəhəri C.Əliyev küçəsində yerləşən Şəxs məxsus “555” adlı obyektə baxış keçirilmiş və müəyyən edilmişdir ki, Şəxs karantin qaydalarına zidd olaraq gecə saat 00:00-dan sonra “555” adlı obyekt işlək vəziyyətdə olmuşdur. Bununla da o, karantin rejimi qaydalarını kobud surətdə pozmuşdur. İş üzrə şahid qismində dindirilmiş X3 məhkəmə iclası zamanı ifadəsində X1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə, inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda açıq məhkəmə iclasında baxaraq mühüm əhəmiyyətə malik olan bütün halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxsin izahatı, iş üzrə dindirilmiş şahidlərin ifadələri və iş üzrə icraat materiallarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Şəxs 28.07.2021-ci il tarixdə saat 00:16 radələrində Azərbaycan Respublikasının daxilində elan olunmuş karantin rejiminin tələblərinə əməl etməyərək, işlətdiyi Mingəçevir şəhəri C.Əliyev küçəsində yerləşən özünə məxsus “555” kafesini qadağan olunmuş vaxtda açaraq və işlədərək karantin rejim qaydalarını pozması ilə bağlı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1–ci maddəsində nəzərdə tutulmuş inzibati xəta barədə protokol tərtib edilmişdir. Məhkəmə iclası zamanı müəyyən olundu ki, Elşən Aslanov “555” kafesinin sahibi deyil və onun vergi ödəyicisinin eyniləşdirmə nömrəsi yoxdur. Onun barəsində qanunvericiliyin tələblərinə əsasən vəzifəli şəxs qismində deyil, fiziki şəxs qismində inzibati tənbeh tədbiri tətbiq olunmalıdır. Bununla da onun əməlində inzibati xəta tərkibinin bütün əlamətləri mövcuddur. Onun qeyd olunan inzibati xətanı törətməkdə təqsirli olması, şahid ifadələri, habelə işdə olan materiallarla, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin özünü qismən təqsirli bilməsini özünü müdafiə üsulu kimi qiymətləndirir. Onun gətirdiyi dəlillər məhkəmədə tədqiq olunmuş sənədlər və şahid ifadələri ilə təkzib olunur. Həmin xətanın az əhəmiyyətli olmasına görə inzibati xəta törətmiş şəxsin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar və onun əməlində inzibati məsuliyyəti istisna edən hallar yoxdur. İnzibati xəta haqqında iş üzrə icraatda tədqiq edilmiş həmin sübutlar qanunda nəzərdə tutulmuş qaydada əldə edilməklə bərabər, inzibati xəta törətmiş şəxsin təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsində göstərilir ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin inzibati tənbehin məqsədlərini müəyyən edən 21-ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31-ci maddəsinin tələblərinə görə fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdiriən və ağırlaşdıran hallar nəzərə alınır. İşə əlavə olunmuş Azərbaycan Respublikası Hərbi Komissiyası tərəfindən 02 avqust 2002ci il tarixdə verilmiş 044253 №-li Vəsiqədən görünür ki, Şəxs hərbi xidmət dövründə 2b qupdan əlil olmuşdur. Məhkəmə hesab edir ki, Şəxs əməlindən peşman olması və müharibə qazisi olması onun məsuliyyətini yüngülləşdirən hallardır. Onun əməlində məsuliyyəti ağırlaşdıran hal müəyyən edilmədi. Beləliklə, məhkəmə, inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini və onun təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən halların mövcudluğunu, ağırlaşdıran halların olmamasını, əməlindən səmimi peşmanlıq keçirməsini və müharibə qazisi olmasını nəzərə alaraq, Şəxs barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini qanuni, əsaslı, ədalətli və inzibati tənbehin məqsədlərinə uyğun hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 40, 43, 48–51, 114, 128–130–cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 200 (iki yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərardan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apellyasiya instansiya məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM: Ələkbər Hüseynov
Məhkəmə qərarları › İş №3(051)-628/2021
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-628/2021
29.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver