Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-628/2023 31.08.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayev Aynurə Nizami qızının katibliyi, Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru: X8, Tələbkar: X2, İcra sənədi üzrə borclu: Şəxs iştirakı ilə xx.xx.1990-cı il tarixdə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, Mingəçevir şəhəri, Ş.İ.Xətai küçəsi 6, mənzil 30-da yaşayan Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ: Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən borclu Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə verilmişdir ona görə ki, Mingəçevir şəhər Məhkəməsinin 2(051)-66/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi əsasında ondan xx.xx.2020-ci il təvəllüdlü X11 adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 120 manat aliment ərizə verildiyi gündən hesablanaraq tutulub X3 verilməsi, cavabdeh Şəxs yanında az yaşlı xx.xx.2015-ci il təvəllüdlü X12 və xx.xx.2017-ci il təvəllüdlü X1 üçün hər ay hər uşağa 120 manat, cəmi 240 manat məbləğində aliment xx.xx.2015-ci il təvəllüdlü X12 və xx.xx.2017-ci il təvəllüdlü X6 cavabdeh Şəxs alınıb iddiaçı X4 verildiyi gündən hesablanmaqla tutularaq iddiaçı X4 verilməsi qət edilmişdir. O alimenti ödəməmiş və nəticədə borcu yığılmışdır. Alimentin ödənilməsini nəzərdə tutan icra sənədinin icrası ilə əlaqədar Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmurunun qanuni tələblərinə qəsdən tabe olmamış, qətnamənin tələblərinə məhəl qoymayaraq borcun ödənilməsindən boyun qaçırmış, bununla da borcunu ödəməkdən yayınmışdır. Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X14 məhkəmə iclası zamanı inzibati xəta haqqında protokolun dəlillərini müdafiə edərək izahatında göstərdi ki, Mingəçevir şəhər Məhkəməsinin 2(051)-66/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi əsasında Şəxs xx.xx.2020-ci il təvəllüdlü X11 adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 120 manat aliment ərizə verildiyi gündən hesablanaraq tutulub X3 verilməsi, cavabdeh Şəxs yanında az yaşlı xx.xx.2015-ci il təvəllüdlü X12 və xx.xx.2017-ci il təvəllüdlü X1 üçün hər ay hər uşağa 120 manat, cəmi 240 manat məbləğində aliment xx.xx.2015-ci il təvəllüdlü X12 və xx.xx.2017-ci il təvəllüdlü X6 cavabdeh Şəxs alınıb iddiaçı X4 verildiyi gündən hesablanmaqla tutularaq iddiaçı X4 verilməsi qət edilmişdir. Lakin Şəxs dəfələrlə bildiriş və xəbərdarlıqlar göndərilməsinə baxmayaraq, o alimenti ödəməkdən yayınmışdır. Məhkəmə iclası zamanı borclu Şəxs izahatında göstərdi ki, həqiqətən, Mingəçevir şəhər Məhkəməsinin 2(051)-66/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi əsasında ondan xx.xx.2020-ci il təvəllüdlü X11 adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 120 manat aliment ərizə verildiyi gündən hesablanaraq tutulub X3 verilməsi, cavabdeh Şəxs yanında az yaşlı xx.xx.2015-ci il təvəllüdlü X12 və xx.xx.2017-ci il təvəllüdlü X1 üçün hər ay hər uşağa 120 manat, cəmi 240 manat məbləğində aliment xx.xx.2015-ci il təvəllüdlü X12 və xx.xx.2017-ci il təvəllüdlü X6 cavabdeh Şəxs alınıb iddiaçı X4 verildiyi gündən hesablanmaqla tutularaq iddiaçı X4 verilməsi qət edilmişdir. Maddi imkanı olmadığından alimenti ödəyə bilməmiş və borcu yığılmışdır. Bununla belə hazırda aliment borcundan 1905.70 manat ödəmişdir. Ona görə də məhkəmədən iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclası zamanı tələbkar X5 izahatında göstərdi ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində təqsirləndirilməsinə dair inzibati işi vardır. Aliment borcundan 1905.70 manat ona ödədiyi üçün işə xitam verilməsini xahiş edir. İşə əlavə olunmuş Mingəçevir şəhər Məhkəməsinin 2(051)-66/2022 saylı, xx.xx.2022ci il tarixli icra sənədindən görünür ki, Şəxs xx.xx.2020-ci il təvəllüdlü X11 adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 120 manat aliment ərizə verildiyi gündən hesablanaraq tutulub X3 verilməsi, cavabdeh Şəxs yanında az yaşlı xx.xx.2015-ci il təvəllüdlü X12 və xx.xx.2017-ci il təvəllüdlü X1 üçün hər ay hər uşağa 120 manat, cəmi 240 manat məbləğində aliment xx.xx.2015-ci il təvəllüdlü X12 və xx.xx.2017-ci il təvəllüdlü X6 cavabdeh Şəxs alınıb iddiaçı X4 verildiyi gündən hesablanmaqla tutularaq iddiaçı X4 verilməsi qət edilmişdir. İşə əlavə olunmuş xx.xx.2023-cü il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Mingəçevir şəhər İcra məmuru X9 xx.xx.2023-cü il tarixdə icraatına daxil olmuş Mingəçevir şəhər Məhkəməsinin 2(051)-66/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə icraata başlamışdır. İşə əlavə olunmuş xx.xx.2023-cü il tarixli tələbin könüllü icrası barədə Bildirişdən görünür ki, Şəxs xx.xx.2023-cü il tarixli qərarla icraata başladığı Mingəçevir şəhər Məhkəməsinin 2(051)-66/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədində göstərilən tələbi könüllü icra etməsi tələb olunmuşdur. Beləliklə, işdə iştirak edən şəxslərin izahatları, işdə olan sənədlər və digər iş materialları ilə borclu Şəxs icra sənədini qəsdən və qərəzli olaraq icra etməməsi, qəsdən yayınması və xüsusən icra məmurunun qanuni tələbinə qəsdən tabe olmaması müəyyən olunmur. Belə ki, iş materialları və işdə iştirak edən şəxslərin izahatı ilə müəyyən edilir ki, borclu borcunu ödəməkdən qəsdən boyun qaçırmamışdır. Belə ki, borcundan ödəniş etmişdir. Halbuki, Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi borclunun məsuliyyətini icra məmurunun tələbinə qəsdən tabe olmaması ilə şərtləndirmişdir. Hazırki vəziyyətdə isə borclu Şəxs əməlində həmin inzibati xətanın tərkibinin olması iş materialları ilə təkzib olunur. Ona görə də məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində borclunun icra məmurunun qanuni tələblərini qəsdən yerinə yetirməməsi müəyyən edilmir. Borclu Şəxs əməlində ona istinad olunan inzibati xətanın tərkibi yoxdur. Bu səbəbdən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-in 53.0.2-ci maddəsinə əsasən borclu Şəxs barəsində olan inzibati xəta haqqında işə, əməlində inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-in 53.0.2–ci maddəsində göstərilmişdir ki, inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Ona görə də məhkəmə hazırki inzibati xəta haqqında işin icraatına xitam verilməsini qanuni və əsaslı hesab edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48–50, 53, 106, 112, 114, 117 və 128–130–cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərardan, həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apellyasiya instansiya məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM Ələkbər Hüseynov
Məhkəmə qərarları › İş №3(051)-628/2023
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-628/2023
31.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver