Məhkəmə qərarları › İş №3(051)-629/2023

Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №3(051)-629/2023

12.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 3(051)-629/2023 12.12.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi X1inun katibliyi Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X2 Borclu Şəxs, müdafiəçisi Vəkil1, Tələbkar Zərərçəkmiş şəxs Sərkar oğlunun iştirakı ilə, Şəxs barəsində Mingəçevir şəhər İcra və Probasiya Şöbəsi tərəfindən Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Mingəçevir Şəhər Məhkəməsinə Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol daxil olmuşdur. İnzibati xəta haqqında material öyrənilərkən müəyyən olundu ki, tələbkar və borclu öz aralarında razılığa gəlmiş və icra məmuru bununla bağlı Mingəçevir şəhər İcra və Probasiya şöbəsini icra məmuru Mingəçevir şəhər məhkəməsinin 2(051)-188/2021-014 nömrəli xx.xx.2021-ci il tarixli icra sənədinin məhkəməyə geri qaytarılması haqqında qərar qəbul etmişdir. Belə ki, tələbkar xx.xx.2023-cü il tarixdə ərizə ilə icra şöbəsinə müraciət edərək icra sənədinin məhkəməyə geri qaytarılmasını xahiş etmişdir. Bundan sonra icra məmuru Mingəçevir şəhər məhkəməsinə ərizə ilə müraciət edərək borclu Şəxs barəsində tərtib edilmiş protokol və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, borclu Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol icra məmurunun ərizəsinə əsasən geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48–51, 114, 128–130– cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs barəsində Mingəçevir şəhər İcra və Probasiya Şöbəsi tərəfindən Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinə geri qaytarılsın. Sədrlik edən: Elza Cəbrayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar