Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-629/2024 25.09.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi Borclu : Şəxs Tələbkar: X3 Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X5 iştirakı ilə xx.xx.1993-cü il tarixdə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Borclu Bayramov X2 Şəhər Məhkəməsinin 2(051)-4393/2017 saylı xx.xx.2017-ci il tarixli icra sənədi üzrə 1663 manat məbləğində aliment borcunun ödənilməsi üçün xəbərdarlıq edilməsinə baxmayaraq, Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinin icra məmurunun qanuni tələblərinə qəsdən tabe olmamış, qətnamənin tələblərinə məhəl qoymaraq icra sənədini üzrsüz səbəbdən icra etməmişdir. Bu hərəkətləri ilə Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru məhkəmə iclası zamanı inzibati xəta haqqında protokolun dəlillərini müdafiə edərək göstərdi ki, Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-4393/2017 saylı xx.xx.2017-ci il tarixli icra sənədi ilə Şəxs 02 oktyabr 2017-ci il tarixdən başlayaraq xx.xx.2014-cü il tarixdə doğulmuş Eşqin və xx.xx.2017-ci il tarixdə doğulmuş Əlihüseyn adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa 25 manat, cəmi 50 manat miqdarında aliment tutulub X4 verilməsi qət edilmişdir. Lakin borclu tərəfindən borcun ödənilməsi təmin edilməmiş və nəticədə 1663 manat aliment borcu yaranmışdır. Borcluya dəfələrlə bildiriş və xəbərdarlıqlar göndərilməsinə baxmayaraq, o, borclu olduğu məbləği ödəməkdən yayınmışdır. Hazırda onun 1663 manat məbləğində borcu vardır. Borclunun davranışı o nəticəyə gəlməyə əsas verir ki, o, borcunu qəsdən ödəmir, bundan yayınır və icra məmurunun tələblərinə qəsdən tabe olmur. Ona görə də hazırkı protokolla məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Protokolun dəlillərini müdafiə edir və borclu haqqında qanuni tədbir görülməsini məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı tələbkar X6 göstərdi ki, borclu məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimenti ödəmir. Nəticədə, borclunun 1663 manat məbləğində aliment borcu yaranmışdır. Odur ki, borcun birdəfəyə ödəməsinin təmin edilməsini, əks halda isə borclunun inzibati qaydada həbs edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı borclu Şəxs izahatında göstərdi ki, Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-4393/2017 saylı xx.xx.2017-ci il tarixli icra sənədi ilə ondan 02 oktyabr 2017-ci il tarixdən başlayaraq xx.xx.2014-cü il tarixdə doğulmuş Eşqin və xx.xx.2017-ci il tarixdə doğulmuş Əlihüseyn adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa 25 manat, cəmi 50 manat miqdarında aliment tutulub X4 verilməsi qət edilmişdir. Hazırda aliment borcunu birdəfəyə ödəmək imkanı yoxdur. Maddi imkanı olmadığından aliment borcunu ödəyə bilməmişdir. Bir aydır ki, işləyir. Bununla belə bank kartını tələbkara verməyə razıdır. Odur ki, qərar qəbul edilərkən izahatında göstərilənləri nəzərə alınmasını məhkəmədən xahiş edir. İşdə olan Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-4393/2017 saylı xx.xx.2017-ci il tarixli icra vərəqəsindən görünür ki, nikah pozulduqdan sonra xx.xx.2014-cü il tarixdə doğulmuş Eşqin və xx.xx.2017-ci il tarixdə doğulmuş Əlihüseyn adlı uşaqları anası X1 yanında qalması müəyyən olunması, Şəxs 02 oktyabr 2017-ci il tarixdən başlayaraq xx.xx.2014-cü il tarixdə doğulmuş Eşqin və xx.xx.2017-ci il tarixdə doğulmuş Əlihüseyn adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa 25 manat, cəmi 50 manat miqdarında aliment tutulub X4 verilməsi, Şəxs 30 (otuz) manat məbləğdə dövlət rüsumu alınıb dövlət hesabına ödənilməsi qət edilmişdir. İşdə olan izahatlardan görünür ki, icra orqanı borcludan icra sənədində göstərilən tələbi icra etməyi tələb etmiş, əks halda məsuliyyət daşıyacağı barədə ona xəbərdarlıq edilmişdir. İşdə olan tələbkar X3 xx.xx.2019-cu il tarixli ərizəsindən görünür ki, yaranmış 1200 manat məbləğində aliment borcunun ödənilməsi üçün inzibati məsuliyyət də daxil olmaqla Şəxs barəsində məcburi icra tədbirlərinin görülməsi xahiş edilmişdir. İşdə olan borclunun axtarışı haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Şəxs barəsində axtarış elan edilmişdir. Beləliklə, məhkəmə iclası zamanı icra orqanının nümayəndəsinin, tələbkarın və borclunun izahatları, eləcə də icra işinin materialları ilə müəyyən edildi ki, Bayramov X2 Şəhər Məhkəməsinin 2(051)-4393/2017 saylı xx.xx.2017-ci il tarixli icra sənədinin icrasından qəsdən boyun qaçırmış, bu zaman icra sənədində göstərilən tələbin yerinə yetirilməsini tələb edən Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinin icra məmurunun qanuni tələbinə qəsdən tabe olmamışdır. Bununla da onun əməlində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi vardır. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsində göstərilir ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin inzibati tənbehin məqsədlərini müəyyən edən 21-ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31-ci maddəsinin tələblərinə görə fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdiriən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə hesab edir ki, icra məmuru tərəfindən Şəxs dəfələrlə borclu olduğu məbləği ödəmək barədə xəbərdarlıq edilməsinə baxmayaraq, yenə də borcunu ödəməməsi, onun məsuliyyətini ağırlaşdıran haldır. Onun əməlində məsuliyyəti yüngülləşdirən hal müəyyən edilmədi. Azərbaycan Respublikası İXM-in 33.1.1-ci maddəsində səlahiyyətli şəxslərin hüquqazidd hərəkəti dayandırmağı tələb etdiklərinə baxmayaraq, bu hərəkətin davam etdirilməsi məsuliyyəti ağırlaşdıran hal kimi müəyyən olunmuşdur. Ona görə də məhkəmə hesab edir ki, Şəxs hərəkətlərində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinin tərkibi vardır və o, həmin maddə üzrə inzibati xəta törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş həddə inzibati tənbeh tətbiq edilməlidir. Beləliklə, məhkəmə, inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini və onun təqsirinin dərəcəsini, məsuliyyətini ağırlaşdıran halların mövcudluğunu, yüngülləşdirən halların olmamasını nəzərə alaraq, Şəxs barəsində həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini qanuni, əsaslı, ədalətli və inzibati tənbehin məqsədlərinə uyğun hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 40, 43, 48-51, 114, 128- 130-cu maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 08 (səkkiz) gün müddətə inzibati qaydada həbs edilsin. Həbsə almanın əvvəli 25 sentyabr 2024–cü il tarixdən saat 16:15-dən hesablansın. Şəxs məhkəmə iclas zalından dərhal həbsə alınsın. Qərarın icrası Mingəçevir Şəhər Polis Şöbəsinə tapşırılsın. Qərardan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apelyasiya instansiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №3(051)-629/2024
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-629/2024
25.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver