Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-631/2025 02.10.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynli Tural Mirbahəddin oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlu, Zərərçəkmiş şəxsin qanuni nümayəndəsi X15, Mingəçevir Şəhər Polis Şöbəsinin DYPB-nin YNH inspektoru polis kapitanı X11 iştirakları ilə, xx.xx.1995-ci il tarixdə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işsiz, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayan Şəxs (xxxxxxx) Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsi ilə barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraata açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İşin halları: Şəxs xx.xx.2025-ci il tarixdə saat 16:55 radələrində idarə etdiyi “Mersedes Benz B 170” markalı, **-MJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Mingəçevir şəhəri, N.Nərimanov prospekti üzü dostluq parkına hərəkət edən zaman Turanə Məmmədovanın az yaşlı övladı xx.xx.2019-cu il təvəllüdlü X2 vuraraq sonuncunun sağlamlığına yüngül zərər vurmaya aid xəsarət yetirmişdir. Bu hərəkətləri ilə Şəxs Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İnzibati xətanı törətmiş şəxs Şəxs məhkəmə iclası zamanı özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, o xx.xx.2019-cu il təvəllüdlü X4 və ailə üzvlərini əvvəllər tanımamışdır. “Mercedes Benz B 170” markalı 99-MJ- 820 d.n.n-lı avtomobili o etibarnamə ilə idarə edir. Onun sürücülük vəsiqəsi vardır. O xx.xx.2025-ci il tarixdə saat 16:55 radələrində təkcə Mingəçevir şəhəri N.Nərimanov prospektində 41-45 abidəsinin dairəsi istiqamətindən üzü Dostluq parkı istiqamətinə doğru öz hərəkət zolağı ilə hərəkətdə olan zaman Mingəçevir şəhəri N.Nərimanov prospektində yerləşən “Xırt-Xırt” təndir sexinin qarşısında yolu sağdan sola keçmək istəyən əvvəllər tanımadığı 1 nəfər qadınla, 3 az yaşlı uşağı gördüyü üçün o idarə etdiyi “Mercedes Benz B 170” markalı **-MJ-*** d.n.n-lı avtomobilin əyləcindən istifadə edərək, avtomobilin surətini aşağı salmışdır. Lakin, həmin vaxtı onun avtomobillə yol vermək istədiyi 1 nəfər qadınla yanında olan 3 az yaşlı uşağın yolun kənarında dayanaraq yolu keçmək istəmədiklərini gördüyü üçün o hərəkətini davam etdirmək istəyərkən, anidən həmin az yaşlı uşaqlardan biri olan əvvəllər tanımadığı, sonradan adının X6 olduğunu bildiyi az yaşlı uşaq onun idarə etdiyi avtomobilin qarşısına qaçmış və nəticədə onun idarə etdiyi avtomobilin sağ qabaq hissəsinə dəyərək yerə yıxılmışdır. Bu zaman o Əliyusif Məmmədzadənin yanına 1 nəfər şəxs oturmasını istəsədə heç kim oturmadığı üçün kənar olan əvvəllər tanımadığı 1 nəfər şəxs Əliyusif Məmınədazadəni onun idarə etdiyi avtomobildən yerə düşürüb öz idarə etdiyi avtomobilə mindirərək, xəstəxana apardığı üçün oda idarə etdiyi avtomobillə Mingəçevir ŞMX-nın Acil şöbəsinə getmişdir. Həmin hadisə zamanı onun idarə etdiyi avtomobildə sərnişin olmamışdır. Hadisə nəticəsində Əliyusif Məmmədzadə xəsarət alsada, o və kənar heç bir şəxs heç bir xəsarət almamışdır. Hazırda əməlindən peşmandır. Məhkəmədən ona yüngül inzibati tənbeh təyin edilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxsin qanuni nümayəndəsi X15 məhkəmə iclası zamanı verdiyi izahatında göstərdi ki, hadisə nəticəsində onun az yaşlı uşağı yüngül bədən xəsarətləri almışdır. Günahı öz uşağında görür, azyaşlı olduğu üçün dəcəllik edib anasının əlini buraxaraq anidən avtomobil yoluna çıxmışdır. Qarşı tərəfdən heç bir şikayət və tələbi yoxdur. Qərar qəbul edilərkən nəzərə alınmasını xahiş etmişdir. Mingəçevir Şəhəri Polis Şöbəsinin DYPB-nin YNH inspektoru polis kapitanı X17 məhkəmə iclası zamanı verdiyi izahatında göstərdi ki, X3 anası X16 izahatında göstərmişdir ki, o “Mercedes Benz B 170” markalı **-MJ-*** d.n.n-lı avtomobilin sürücüsü Şəxs əvvəllər tanımamışdır. O az yaşlı övladları ilə birlikdə xx.xx.2025-ci il tarixdə saat 16:55 radələrində uşaq bağçasından çıxıb yaşadıqları Mingəçevir şəhəri N.Nərimanov prospekti 30 saylı binaya getmək istəyən zaman Mingəçevir şəhəri N.Nərimanov prospektində yerləşən “Xırt-Xırt” təndir sexinin qarşısında yolu sağdan sola keçmək istəyən zaman sürücüsünü əvvəllər tanımadığı, sonradan adının X8 olduğunu bildiyi qadın təkcə Mingəçevir şəhəri N.Nərimanov prospektində 41-45 abidəsinin dairəsi istiqamətindən üzü Dostluq parkı istiqamətinə doğru öz hərəkət zolağı ilə hərəkətdə olan zaman onların yolu keçmək istədiyi gördüyü üçün idarə etdiyi “Mercedes Benz B 170” markalı **-MJ-*** d.n.n-lı avtomobilin surətini aşağı salmışdır. Lakin, həmin vaxtı Şəxs onun yanında olan az yaşlı övladları ilə birlikdə yolun kənarında dayanaraq yolu keçmək istəmədiyini gördüyü üçün hərəkətini davam etdirmək istəyərkən, anidən az yaşlı övladı X1 İsmayılovanın idarə etdiyi avtomobilin qarşısına qaçmışdır. Bu səbəbə görə də azyaşlı övladı X14 İsmayılovanın idarə etdiyi avtomobilin sağ qabaq hissəsinə dəyərək yerə yıxılmışdır. Bundan sonra Şəxs dərhal idarə etdiyi avtomobili saxlayaraq, ətrafda olan tanımadığı şəxslərə az yaşlı övladı Əliyusif Məmmədzadəni xəstəxanaya aparmaq məqsədi ilə onun idarə etdiyi avtomobilə mindirmələrini istədiyi üçün ətrafda olan şəxslərdən biri onun azyaşlı övladı Əliyusif Məmmədzadəni ilk öncə Şəxs idarə etdiyi avtomobilin arxa sərnişin oturacağına oturtmuşdur. Bu zaman Şəxs Əliyusif Məmmədzadənin yanına 1 nəfər şəxs oturmasını istəsə də heç kim oturmadığı üçün kənarda olan əvvəllər tanımadığı 1 nəfər şəxs X7 İsmayılovanın idarə etdiyi avtomobildən yerə düşürüb öz idarə etdiyi avtomobilə mindirərək, onları xəstəxana apardığı üçün Şəxs idarə etdiyi avtomobillə Mingəçevir ŞMX-nın Acil şöbəsinə getmişdir. Hadisə nəticəsində onun az yaşlı övladı Əliyusif Məmmədzadə xəsarət alsa da, o və kənar heç bir şəxs heç bir xəsarət almamışdır. Daha sonra onun barəsində protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərmişdir. Barəsində yüngül inzibati təndeh tətbiq edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Sübutların tədqiqi: İşə əlavə edilmiş ƏN-VİN 135325 saylı etibarnamədən görünür ki, X9 qızı mülkiyyətində olan “Mercedes Benz B 170” markalı **-MJ-*** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2034-cü il tarixədək idarə etməyi Şəxs etibar etmişdir. xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs, yol nəqliyyat hadisəsi törətdiyi üçün barəsində protokol tərtib edilmişdir. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, baş vermiş yol-nəqliyyat hadisəsi cinayət hadisəsi olmadığından sürücü Şəxs barəsində cinayət işinin başlanması rədd edilmiş, eyni zamanda onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8ci maddəsi ilə tədbir görülməsi üçün qərarın surəti aidiyyəti üzrə göndərilmişdir. İşdə olan sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aralarında tibbi müayinəyə dair xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Şəxs xəta törədilən zaman sərxoş vəziyyətdə olmamışdır. Elektron məhkəmə informasiya sistemindən əldə olunmuş məlumata əsasən Şəxs bir azyaşlı övladının olması müəyyən edilmişdir. Məhkəmənin gəldiyi nəticə: Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır Məhkəmə, inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda açıq məhkəmə iclasında baxaraq mühüm əhəmiyyətə malik olan bütün halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxsin izahatlarını, iş üzrə icraat materiallarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 16:55 radələrində idarə etdiyi “Mersedes Benz B 170” markalı, **-MJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Mingəçevir şəhəri, N.Nərimanov prospekti üzü dostluq parkına hərəkət edən zaman Turanə Məmmədovanın azyaşlı övladı xx.xx.2019-cu il təvəllüdlü X5 vuraraq sonuncunun sağlamlığına yüngül zərər vurmaya aid xəsarət yetirməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və onun əməlində inzibati xəta tərkibinin bütün əlamətləri mövcuddur. Onun qeyd olunan inzibati xətanı törətməkdə təqsirli olması, özünün etirafedici izahatı, habelə işdə olan materiallarla, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin xətanın az əhəmiyyətli olmasına görə inzibati xəta törətmiş şəxsin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar və onun əməlində inzibati məsuliyyəti istisna edən hallar yoxdur. İnzibati xəta haqqında iş üzrə icraatda tədqiq edilmiş həmin sübutlar qanunda nəzərdə tutulmuş qaydada əldə edilməklə bərabər, inzibati xəta törətmiş şəxsin təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. İXM-nin 31-ci maddəsinin tələblərinə görə fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə Şəxs səmimi peşmanlıq keçirməsini, ilk dəfə inzibati xəta törətməsini, himayəsində azyaşlı uşağının olmasını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Onun əməlində məsuliyyəti ağırlaşdıran hal müəyyən edilmədi. Beləliklə, məhkəmə, inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini və onun təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən halların mövcudluğunu, daha ağır inzibati tənbehin tətbiq olunmasının onun ailə vəziyyətinə mənfi təsirini, o cümlədən məsuliyyətini ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Şəxs barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini qanuni, əsaslı, ədalətli və inzibati tənbehin məqsədlərinə uyğun hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və 300 manat məbləğində cərimə edilsin. Qərardan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apelyasiya instansiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Tural Hüseynli
Məhkəmə qərarları › İş №3(051)-631/2025
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-631/2025
02.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver