Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-632/2021 12.08.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Mingəçevir şəhər məhkəməsinin hakimi Hüseynov Ələkbər Məmmədtağı oğlu, Ağayeva Aynurə Nizami qızının katibliyi, Zərərçəkmiş şəxs X1, Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxxx 1978-ci ildə ildə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, Mingəçevir şəhəri, M.Ə.sabir küçəsi ev 3, mənzil 42 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Mingəçevir şəhər İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq Müəyyən etdim: Şəxs X2 23.06.2010-cu il tarixdə doğulmuş Rauf adlı uşağı ilə birlikdə Mingəçevir şəhəri M.Ə.Rəsulzadə küçəsi, 3 nömrəli evin, 42 nömrəli mənzilinə istifadə hüququ tanınsın və mənzilə köçürülsün. Mingəçevir şəhər Məhkəməsinin 17.05.2021-ci il tarixli, 2(051)-759/2021 saylı qətnaməsinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, Mingəçevir şəhər Məhkəməsinin 17.05.2021-ci il tarixli qətnaməsinə əsasən X2 23.06.2010-cu il tarixdə doğulmuş Rauf adlı uşağı ilə birlikdə Mingəçevir şəhəri M.Ə.Rəsulzadə küçəsi, 3 nömrəli evin, 42 nömrəli mənzilinə istifadə hüququ tanınsın və mənzilə köçürülməsi qət edilmişdir. Sözü gedən qətnamədən şikayət vermişdir. Belə ki, onun şikayət etdiyi qətnamədən Şəki Apelyasiya Məhkəməsinin qərarını gözlənilməsini və işə obyektiv baxılmasını xahiş etmişdir. Məhkəmə iclasında icra məmuru X4 izahatında göstərmişdir ki, Mingəçevir şəhər Məhkəməsinin 17.05.2021-ci il tarixli, 2(051)-759/2021 saylı qətnaməsinə əsasən X2 23.06.2010-cu il tarixdə doğulmuş Rauf adlı uşağı ilə birlikdə Mingəçevir şəhəri M.Ə.Rəsulzadə küçəsi, 3 nömrəli evin, 42 nömrəli mənzilinə istifadə hüququ tanınsın və mənzilə köçürülməsi qət edilmişdir. Mingəçevir şəhəri M.Ə.Sabir küçəsi, 3 saylı evin 42 saylı mənzilinə istifadə hüququ tanınmalı və mənzilə köçürülməsinə görə həmin ünvanda olduq, mənzilin giriş qapısı tərəfimizdən döyülmüş, lakin qapını açan olmamışdır. Lakin Şəxs indiyə kimi icra sənədini lazımi qaydada icra etməmiş və icra sənədi icrasız qalmışdır. Şəxs icra qeydini lazımi qaydada icra etməmiş buna görə də o, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə məhkəməyə verilmişdir. Zərər çəkmiş şəxs X2 məhkəmə iclasında verdiyi izahatında Şəxs işi uzatmaq məqsədilə sözü gedən qətnamədən şikayət vermişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmişin və icra məmurunun izahatını dinləyib, işdə olan sənədləri öyrənib sübutlara qiymət verərək aşağıdakılara əsasən hesab edirəm ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 12-ci maddəsində göstərilmişdir ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin mənasına görə məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə yaranan münasibətlər təşkil edir. Bu inzibati xətanın tərkibi məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin üzürsüz səbəbdən icra edilməməsinə görə yaranır. Məhkəmə iclasında Şəxs məhkəmə qərarının üzrsüz səbəbdən icra etməməsi müəyyən olunmadı. Belə olan halda İXM-nin 528.1-ci maddənin tərkibi yaranmır. Ona görə iş üzrə əməldə tərkib olmadığı üçün iş üzrə icraata xitam verilməlidir. İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinin tələbinə görə, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. Beləliklə, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin olduğu sübuta yetmir. Azərbaycan Respublikası İXM-nin 53.0.2-ci maddəsinə görə inzibati xətanın tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Şəxs əməlində inzibati xətanın tərkibi olmadığına görə barəsində olan inzibati işin icraatına xitam verilməlidir. Həmin Məcəllənin 114.2-ci maddəsində göstərilir ki, bu Məcəllənin 53-ci maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Göstərilənlərə əsasən Şəxs barəsində Azərbaycan Republikası İXM-nin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının İXM-nin 21, 40, 43, 195-51, 114, 128-130-ci maddələrini rəhbər tutaraq Qərara aldım: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM Ələkbər Hüseynov
Məhkəmə qərarları › İş №3(051)-632/2021
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-632/2021
12.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver