Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-637/2021 02.08.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi Ağakişiyeva Aləmzar Həmid qızınn katibliyi Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1980-ci ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə Mingəçevir şəhər Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq Müəyyən etdim: Mingəçevir şəhər Polis Şöbəsi tərəfindən tərtib olunmuş MN 119072 №li protokoldan görünür ki, Şəxs 01.08.2021-ci il tarixdə Mingəçevir şəhəri H.Əliyev prospektində polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq öz hərəkətlərini davam etdirmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahatında bildirdi ki, o, taksi fəaliyyəti ilə məşğuldur. 01.08.2020-ci il tarixdə o, Mingəçevir şəhəri H.Əliyev prospekti istiqamətində özünə məxsus “Mersedes” markalı avtomobil ilə sərnişin aparan zaman polis əməkdaşları onu saxlayaraq avtomaşının üzərində dövlət nömrə nişanı olmadan idarə etdiyinə görə iradlarını bildirdilər. O da avtomaşının nömrə bağlanan yeri xarab olduğuna görə nömrənin düşdüyünü bildirsə də polis əməkdaşları ona inanmadılar. O, həmçinin, bildirdi ki, həmin əməlinə görə məsuliyyət daşımağa hazırdır. Lakin onların arasında mübahisə yarandı, əsəbi olduğu üçün o, polis əməkdaşlarını qanuni tələbinə tabe olmayaraq öz hərəkətlərini davam etdirdi. Əməlindən peşimandır. X3 məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, Mingəçevir şəhəri PS YPXB-nin inspektoru işləyir. 01.08.2021-ci il tarixdə saat 19:30-da YPXB-nin digər inspektorları Samir Sultanov, Samir Cabbarlı və X6 şəhəri H.Əliyev prospektində xidmətdə olduğu zaman dövlət qeydiyyat nişanı olmadan “Mersedess” markalı avtomaşını idarə etdiyi üçün saxlanıldı. Sonradan adını bildikləri sürücü Şəxs avtomaşından düşərək onları söyüb təhqir etdi, mobil telefon vasitəsi ilə gizli formada video-çəkiliş aparmağa başladı. Onu intizama dəvət etmələrinə baxmayaraq qərəzli şəkildə hərəkətlərini davam etdirdi.. Ərazidə xidmət aparan 81-56 çağırışlı, post patrul maşını əraziyə dəvət edərək həmin adamı polis şöbəsinə gətirdilər. Onu da bildirir iki, Vahid Əliyev əvvəllər də avtomaşını idarə edərkən dəfələrlə yol-hərəkət qaydaların pozmuş, avtomaşını dövlət qeydiyyat nişanı olmadan idarə etmişdir. Digər şahidlər - Mingəçevir şəhər polis şöbəsinin YPXB-nin inspektorları X4, X5 da məhkəmə iclasında şahid R.Hacıyevin izahatına uyğun izahat verdilər. X1 məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, Mingəçevir şəhər PS PPXB-nin polis nəfəri işləyir. 01.08.2021-ci il tarixdə saat 19:30 radələrində xidmətdə olarkən onlara Mingəçevir şəhəri H.Əliyev prospektinə çağırış gəldi, dərhal həmin əraziyə getdilər. Gördü ki, “Mersedess” markalı avtomaşın sürücüsü, sonradan adını bildiyi Şəxs polis əməkdaşları ilə mübahisə edərək nəlayiq ifadələr işlədir. Polis əməkdaşları onu sakitləşdirməyə çalışsalar da o, öz hərəkətlərini davam etdirirdi. Onu PPX avtomaşına əyləşdirib polis şöbəsinə gətirdilər. Toplanmış sübutları məcmu halda araşdırıb, qiymət verərək hesab edirəm ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin tərkibi vardır və həmin maddə ilə təqsirli bilinərək ona inzibati tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 12-ci maddəsində göstərilir ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun olmalıdır. Azərbaycan Respublikasi İnzibati Xətalar Məcəlləsinin inzibati tənbehin məqsədlərini müəyyən edən 21-ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsini qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31-ci maddəsinin tələblərinə görə fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdiriən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs əməlindən peşiman olması, himayəsində dörd azyaşlı uşaqların olması məsuliyyəti yüngülləşdirən haldır. Məsuliyyəti ağırlaşdıran hal müəyyən olunmadı. Şəxs əməlindən peşiman olmasını, məsuliyyətini yüngülləşdirən halları, məsuliyyəti ağırlaşdıran hal olmamasını nəzərə alaraq hesab edirəm ki, onun barəsində məhkəməyə verildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə tətbiq edilməsi İXM-nin 21-ci maddəsində göstərilən inzibati tənbehin məqsədlərini təmin edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48-51, 114, 128-130-ci maddələrini rəhbər tutub, Qərara aldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 200 (iki yüz) manat miqdarında inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Məhburə Kərimova
Məhkəmə qərarları › İş №3(051)-637/2021
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-637/2021
02.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver