Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-638/2021 04.08.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Mingəçevir şəhər məhkəməsinin hakimi Hüseynov Ələkbər Məmmədtağı oğlu, Ağayeva Aynurə Nizami qızının katibliyi və borclu Şəxs, tələbkarlar X1, X2 və Mingəçevir şəhər İcra və Probasiya şöbəsinin icra məmuru X6 iştirakı ilə, xx.xx.1970-ci ildə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Mingəçevir şəhər İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq müəyyən e t d i m: Borclu Şəxs Nursəlim və Nəzrin adlı uşaqlarının yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşağa 140 manat, cəmi 280 manat sabit pul məbləğində alimentin alınıb X3 ödənilməsinə dair Mingəçevir şəhər məhkəməsinin 2(051)-375/2020 saylı, 24.02.2020-ci il tarixli və borclu Şəxs İsa adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 100 manat sabit pul məbləğində alimentin alınıb X4 ödənilməsinə dair Ağdaş rayon məhkəməsinin 2(014)-177/2018 saylı, 05.03.2018-ci il tarixli qətnaməsinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini lazımı qaydada yerinə yetirmədiyi üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə protokol tərtib edilərək məhkəməyə verilmişdir. Məhkəmə iclasında icra məmuru X8 izahatında göstərmişdir ki, Mingəçevir şəhər məhkəməsinin 2(051)-375/2020 saylı, 24.02.2020-ci il tarixli qətnaməsinə əsasən borclu Şəxs Nursəlim və Nəzrin adlı uşaqlarının yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşağa 140 manat, cəmi 280 manat sabit pul məbləğində alimentin alınıb X3 ödənilməsi qət edilmişdir. Lakin Şəxs indiyə kimi qətnaməni lazımi qaydada icra etməmiş və qətnamə icrasız qalmışdır. Şəxs qətnamə ilə müəyyən olunmuş borcu ödəməkdən qərəzli olaraq boyun qaçırır və onun qanuni tələblərini qərəzli olaraq yerinə yetirmir. Bundan əlavə Ağdaş rayon məhkəməsinin 2(014)-177/2018 saylı, 05.03.2018-ci il tarixli qətnaməsinə əsasən borclu Şəxs İsa adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 100 manat sabit pul məbləğində alimentin alınıb X4 ödənilməsi qət edilmişdir. Lakin Şəxs indiyə kimi qətnaməni lazımi qaydada icra etməmiş və qətnamə icrasız qalmışdır. Şəxs qətnamə ilə müəyyən olunmuş borcu ödəməkdən qərəzli olaraq boyun qaçırır və onun qanuni tələblərini qərəzli olaraq yerinə yetirmir. Hazırda Şəxs cəmi 3680 manat borcu yaranmışdır. Barəsində inzibati tənbeh növündə qərar çıxarılmasını xahiş edir. Məhkəmə iclasında Şəxs verdiyi izahatında göstərmişdir ki, Mingəçevir şəhər məhkəməsinin 2(051)-375/2020 saylı, 24.02.2020-ci il tarixli qətnaməsinə əsasən ondan Nursəlim və Nəzrin adlı uşaqlarının yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşağa 140 manat, cəmi 280 manat sabit pul məbləğində alimentin alınıb X3 ödənilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini almış və icraya yönəlmişdir. Hal hazırda yaranmış aliment borcu 7005 manatdır. Bundan əlavə Ağdaş rayon məhkəməsinin 2(014)-177/2018 saylı, 05.03.2018-ci il tarixli qətnaməsinə əsasən ondan İsa adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün hər 100 manat sabit pul məbləğində alimentin alınıb X4 ödənilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini almış və icraya yönəlmişdir. Həmin borcu qəbul edir. Lakin hazırda heç bir yerdə işləmir. Lakin maddi imkanı ağır olduğu üçün aliment borcunu bir dəfəyə ödəməyə imkanı yoxdur. Hazırda hər iki iş üzrə cəmi 3680 manat aliment borcu yaranmışdır. Əlinə pul keçən kimi ilk növbədə aliment borclarını ödəyəcəkdir. Məhkəmə iclasında tələbkar X5 izahatında göstərmişdir ki, Mingəçevir şəhər məhkəməsinin 2(051)-375/2020 saylı, 24.02.2020-ci il tarixli qətnaməsinə əsasən ondan Nursəlim və Nəzrin adlı uşaqlarının yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşağa 140 manat, cəmi 280 manat sabit pul məbləğində alimentin alınıb ona ödənilməsi qət edilmişdir. Lakin Şəxs qətnaməni lazımi qaydada icra etməmişdir. Hal hazırda 2480 manat aliment borcu yaranmışdır. Şəxs borcunu ödəməkdən qərəzli olaraq boyun qaçırır. Ona olan aliment borcunun tam ödənilməsini tələb etmişdir. Məhkəmə iclasında tələbkar X7 izahatında göstərmişdir ki, Ağdaş rayon məhkəməsinin 2(014)-177/2018 saylı, 05.03.2018-ci il tarixli qətnaməsinə əsasən ondan İsa adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün hər 100 manat sabit pul məbləğində alimentin alınıb ona ödənilməsi qət edilmişdir. Lakin Şəxs qətnaməni lazımi qaydada icra etməmişdir. Hal hazırda 1200 manat aliment borcu yaranmışdır. Şəxs borcunu ödəməkdən qərəzli olaraq boyun qaçırır. Ona olan aliment borcunun tam ödənilməsini tələb etmişdir. Borclu, tələbkar və icra məmurunun izahatlarını dinləyib, təqdim olunmuş sənədləri və icra işi materiallarını araşdırıb məcmu halda qiymət verərək, hesab edirəm ki, A.Abdullayevin əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi var və törətdiyi inzibati xətaya görə ona inzibati tənbeh tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası MPM-nin 15.2-ci maddəsinə görə məhkəmələrin qanuni qüvvəyə minmiş qərarları bütün şəxslər üçün məcburidir və Azərbaycan Respublikası ərazisində hökmən icra olunmalıdır. “İcra Haqqında” Azərbaycan Respublikası Qanunun 2.1-ci maddəsinə görə Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Həmin Qanunun 12.1-ci maddəsinə görə icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində icra hərəkətlərini həyata keçirməli və icra sənədində göstərilən tələblərin icra olunmasını təmin etməlidir. “İcra Haqqında” Azərbaycan Respublikasının Qanunun 3.2-ci maddəsində göstərilmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun olmalıdır. Həmin Məcəllənin inzibati tənbehin məqsədlərini müəyyən edən 21-ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmçinin «Uşaq hüquqları haqqında» Konvensiyanın 3-cü maddəsinə görə sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib keçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. Məhkəmə iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi var və törətdiyi inzibati xətaya görə ona inzibati tənbeh tətbiq edilməlidir. Belə ki, Şəxs qətnamə çıxdıqdan sonra lazımi qaydada ödəniş etməmiş yalnız müddət uzatmaqla qətnaməni icra etməkdən yayınmağa çalışır. Ona görə də borcun ödənilməsindən yayınma və icra məmurunun bu barədə qanuni tələblərini icra etməmə göstərilən maddənin tərkibini tam formada yaradır. Şəxs şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halın olmamasını nəzərə alıb digər cəzanın tətbiqini kifayət saymayaraq hesab edirəm ki, onun barəsində inzibati həbs növündə tənbehin tətbiq edilməsi inzibati tənbehin məqsədlərini təmin edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 21, 40, 43, 48-51, 114, 128-130-ci maddələrini rəhbər tutaraq qərara aldım: Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 (on) gün müddətinə inzibati həbs edilsin. Qərarın icrası Mingəçevir şəhər Polis Şöbəsinə həvalə edilsin. İnzibati həbs müddətinin əvvəli 04 avqust 2021-ci il tarixdən, saat 15:00-dan hesablansın. Qərarın surəti təqdim edildiyi və ya alındığı vaxtdan 10 (on) gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM: Ələkbər Hüseynov.
Məhkəmə qərarları › İş №3(051)-638/2021
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-638/2021
04.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver