Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 3(051)-640/2022 06.10.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi İmanlı Banu Pənah qızının katibliyi Barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş şəxs Şəxs Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X1 iştirakı ilə xx.xx.1985–ci il tarixdə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, işsiz, subay, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İXM–nin 528.1-ci və 529.2-ci maddələri ilə barəsində tərtib edilmiş inzibati xəta haqqında protokollara inzibati xəta haqqında iş üzrə icraatda açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Şəxs xx.xx.2022-ci il tarixli MN ******* saylı protokol üzrə İXM-nin 528.1-ci və xx.xx.2022-ci il tarixli MN ******* saylı protokol üzrə İXM-nin 529.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Ona görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 528.1-ci və 529.2-ci maddələri ilə ayrı-ayrı inzibati xəta haqqında protokollar tərtib edilərək, məhkəməyə verilmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-in 43.1-ci maddəsinin tələbinə görə eyni şəxs yəni Şəxs tərəfindən törədilmiş inzibati xətaya dair işlərə baxılması məhkəmənin səlahiyyətinə aid olduğundan, həmin işlərə eyni vaxtda baxılmalıdır. Belə ki, Azərbaycan Respublikası İXM-in 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair xx.xx.2020-ci il tarixli Qərarının 4-cü bəndinə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə görə, şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin orqan Məcəllənin 34.2-ci maddəsinə müvafiq olaraq bu xətalara dair işlərə eyni vaxtda baxmalıdır. Sözügedən protokollar üzrə məhkəməyə daxil olan işlər birləşdirildikdən sonra, İXM-nin 34-cü maddəsinin tələblərinə əsasən işlər vahid işdə birləşdirilməli və daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya tətbiq olunmalıdır. Odur ki onun barəsində xx.xx.2022-ci il tarixli MN ******* saylı protokol üzrə Azərbaycan Respublikası İXM-in 529.2-ci maddəsi ilə inzibati tənbeh tətbiq edilməlidir. Odur ki, icraatda olan 3(051)-639/2022 saylı, 3(051)-640/2022 saylı inzibati işlər birləşdirilməli, işə 3(051)-639/2022 nömrə ilə vahid nömrə verilməli və həmin işlərə eyni vaxtda baxılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-in 34.2-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs barəsində tərtib edilmiş xx.xx.2022-ci il tarixli MN ******* saylı protokol və xx.xx.2022-ci il tarixli MN ******* saylı protokollar üzrə 3(051)-640/2022 saylı, 3(051)- 639/2022 saylı inzibati işlər, 3(051)-639/2022 nömrə ilə qeydiyyata alınsın və həmin işlərə eyni vaxtda baxılsın. Sədrlik edən: Elza Cəbrayılzadə
Məhkəmə qərarları › İş №3(051)-640/2022
Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №3(051)-640/2022
06.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver