Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-641/2021 18.08.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, İnzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs X4, Mingəçevir şəhəri Yol patrul xidməti baş inspektor polis baş leytenantı X2 iştirakı ilə X4 Mingəçevir şəhəri Polis Şöbəsinin 31.07.2021-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Mingəçevir şəhəri Polis Şöbəsinin 31.07.2021-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ilə X6 Azərbaycan Respublikası İXM-in 354.0.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 80 manat miqdarda inzibati cərimə edilmişdir. X6 həmin qərardan şikayət verərək, qərarın ləğv olunmasını xahiş etmişdir. X6 şikayətinə uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, o, X1 şəhəri V.Hüseynov küçəsi mənzilində qeydiyyatdadır, Mingəçevir şəhəri Bozdağ küçəsində fərdi yaşayış evində yaşayır. 31 iyul 2021-ci il tarixə təxminən saat 10:00 radələrində evindəymiş. Küçədə səs gəldi, küçəyə çıxmışdır. Qonşuları Eldəniz, Cəfər və Zəfər ilə Yol Patrul Xidməti əməkdaşların mübahisə etdiyini görmüşdür. Bundan əlavə qonşulardan Eldəniz və Zəfər avtomaşınların küçədən sürətlə keçməsi üçün küçədəki yola maneələr yaratmışdılar. Bu məsələdən onun məlumatı sonradan olmuşdur, digər qonşular kimi ancaq o nə onların yanında olmuş, nə də yola maneələrin yaradılmasına köməklik göstərmişdir. O heç nə etməmiş, yollara tramplin düzən şəxslər özləri dedilər ki, avtomaşınların surətinin qarşısının alınması məqsədi ilə belə maneələr yaratmışlar. Onlar da cərimələnmiş və eşitdiyinə görə cəriməni də ödəmişlər. DYP-in əməkdaşı kimi tanıdığı Samir Sultanov ondan adını və soyadını soruşmuş, o da adını və soyadını demişdir. Demiş ki, yaxınlaşsın oda protokola imza etsin qonşularına kömək məqsədi ilə, yazsın ki onlar bilmədən ediblər. O da onun dedikləri ilə razılaşmışlar. Sonra qonşular ona dedilər ki, onlar cərimələnib. 03.08.2021-ci il tarixdə ona dedilər ki, ona da cərimə yazıblar, Samir Sultanova dedi ki, o nə etmiş, ona niyə cərimə yazmışdır. Əməli törədənlər özləri etiraf etmiş, cəriməni də ödəmişlər. Ona demiş ki, məhkəmə şikayət etsin. Ona görə də məhkəmədən Mingəçevir şəhəri Yol Patrul Xidməti Baş inspektoru Polis baş leytenantı X2 31.07.2021-ci il tarixli TP ******* saylı inzibati Tənbeh vermə haqqında qərarını ləğv edilməsini xahiş edir. Mingəçevir şəhəri ŞPŞ-in Yol Patrul Xidməti Baş inspektoru Polis baş leytenantı X5 məhkəmə iclası zamanı izahatında göstərmişdir ki, X4 31.07.2021-ci il tarixdə Mingəçevir şəhəri V.Hüseynov küçəsində avtomobil yolunu icazəsiz maneələr qoyaraq nəqliyyat vasitələrinin hərəkətinə maeələr yaratmışdır. Nəticədə də X6 İXM-in 354.0.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyindən onun barəsində 80 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri görülmüşdür. Şikayət vermiş şəxsin izahatını dinləyib və təqdim olunmuş sənədləri araşdırıb məcmu halda qiymət verərək hesab edirəm ki, şikayət təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.1.7-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.1-ci maddəsinə əsasən Bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 101.1-ci maddəsinə əsasən İnzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilir. İşə əlavə olunmuş Mingəçevir şəhəri Polis Şöbəsinin 31.07.2021-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X6 İXM-in 354.0.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və 80 manat məbləğində inzibati cərimə edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsində yazılmışdır ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-in 134.1.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda, qərarın dəyişdirilmədən, şikayət və protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası İXM-in 354.0.4-cü maddəsinə əsasən yolların hərəkət hissəsində sədlərin, şlaqbaumların qurulmasına və nəqliyyat vasitələrinin hərəkətinin başqa üsullarla kəsilməsinə, yaxud avtomobil yollarında nəqliyyat vasitələrinin və piyadaların hərəkətinə maneələr yaradılmasına görə- fiziki şəxslər səksən manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər dörd yüz manatdan beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir. Odur ki, məhkəmə belə nəticəyə gəlir ki, şikayət əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, məhkəmə işə əlavə olunmuş sənədləri nəzərdən keçirərək belə qənaətə gəlir ki, X6 izahatında qonşularından Eldəniz və Zəfər avtomaşınların küçədən sürətlə keçməsi üçün küçədəki yola maneələr yaratdıqlarını və bu məsələdən onun məlumatı sonradan olduğunu bildirmiş, ancaq onun nə onların yanında olmadığını, nə də yola maneələrin yaradılmasına köməklik göstərmədiyini söyləmişdir. Lakin iş materiallarını araşdırarkən və məhkəmə baxışında polis əməkdaşını dindirərkən məlum olur ki, X6 yolların hərəkət hissəsində nəqliyyat vasitələrinin hərəkətinə maneələr yaratmış, buna görə də müəyyən olunmuş qaydaları pozmuş və onun barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Bundan əlavə məhkəmədə X6 şikayətini əsaslı olduğuna dair hər hansı bir dəlil, sübut irəli sürə bilməmişdir. İzahatında yalnız formal mülahizələrlə kifayətlənmişdir. Ona görə də məhkəmə hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 133 və 134cü maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r v e r d i: X4 Mingəçevir şəhəri Yol Patrul Xidməti baş inspektoru polis baş leytenantı X2 31.07.2021ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayəti təmin edilməsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı vaxtdan 10 (on) gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. HAKİM: Ələkbər Hüseynov
Məhkəmə qərarları › İş №3(051)-641/2021
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-641/2021
18.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver