Məhkəmə qərarları › İş №3(051)-641/2022

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-641/2022

15.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-641/2022 15.11.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru: X2 İcra sənədi üzrə borclu: Şəxs Tələbkar: X1 iştirakı ilə xx.xx.1983–cü il tarixdə Tərtər rayonunun, Səhləbad kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, Mingəçevir şəhəri, Kimya bağ massivində qeydiyyatda olan və Mingəçevir şəhəri, Gəncə şosesi 6-cı döngədə yaşayan Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən borclu Şəxs barəsində Azərbaycan Respublikası İXM–in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə verilmişdir ona görə ki, o, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(051)-284/2021 saylı icra vərəqəsi üzrə yaranmış 1500 manat borcun ödənilməsini nəzərdə tutan icra sənədinin icrası ilə əlaqədar Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmurunun qanuni tələblərinə qəsdən tabe olmamış, qətnamənin tələblərinə məhəl qoymayaraq borcun ödənilməsindən boyun qaçırmış, bununla da borcunu ödəməkdən qəsdən yayınmışdır. Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru məhkəmə iclası zamanı inzibati xəta haqqında protokolun dəlillərini müdafiə edərək izahatında göstərdi ki, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(051)-284/2021 saylı icra sənədi ilə cavabdeh Şəxs 3000 (üç min) manat məbləğində pul, həmçinin 6 baş quzu, 4 baş çəpiş olmaqla, cəmi 10 baş xırdabuynuzlu heyvanlar naturada, qətnamə icra olunan vaxt mövcud olmadıqda isə həmin heyvanların dəyəri olan 1491 (bir min dörd yüz doxsan bir) manat məbləğində pulun alınıb iddiaçı X3 verilməsi qət edilmişdir. Lakin borcluya dəfələrlə bildiriş və xəbərdarlıqlar göndərilməsinə baxmayaraq, o, borclu olduğu məbləği tam həcmdə ödəməkdən yayınmışdır. Borclunun hazırki vaxta olan borcu 1500 manat təşkil edir və onun davranışı o nəticəyə gəlməyə əsas verir ki, o, borcunu qəsdən ödəmir, bundan yayınır və icra məmurunun qanuni tələblərinə qəsdən tabe olmur. Ona görə də hazırki protokolla məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bununla belə borclu Şəxs borcundan 980 manat ödəniş etmiş və tələbkar ilə razılığa gəlmişdir. Odur ki, protokolun dəlillərini müdafiə etdi və borclu haqqında qanuni tədbir görülməsini məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı borclu Şəxs izahatında göstərdi ki, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(051)-284/2021 saylı qanuni qüvvəyə minmiş qətnaməsi ilə ondan 3000 (üç min) manat məbləğində pul, həmçinin 6 baş quzu, 4 baş çəpiş olmaqla, cəmi 10 baş xırdabuynuzlu heyvanlar naturada, qətnamə icra olunan vaxt mövcud olmadıqda isə həmin heyvanların dəyəri olan 1491 (bir min dörd yüz doxsan bir) manat məbləğində pulun alınıb iddiaçı X3 verilməsi qət edilmişdir. Ancaq borcunu maddi imkanı olmadığından tam həcmdə ödəyə bilməmişdir. Bununla belə, o, hazırda tələbkara olan borcundan 1300 manat ödəniş etmişdir. Odur ki, qərar qəbul edilərkən izahatında göstərilənləri nəzərə almağı məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı tələbkar X4 izahatında göstərdi ki, həqiqətən Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(051)-284/2021 saylı qanuni qüvvəyə minmiş qətnaməsi ilə borclu Şəxs 3000 (üç min) manat məbləğində pul, həmçinin 6 baş quzu, 4 baş çəpiş olmaqla, cəmi 10 baş xırdabuynuzlu heyvanlar naturada, qətnamə icra olunan vaxt mövcud olmadıqda isə həmin heyvanların dəyəri olan 1491 (bir min dörd yüz doxsan bir) manat məbləğində pulun borclu Şəxs alınıb ona verilməsi qət edilmişdir. Lakin borclu həmin borcundan 1500 manatını ödəməmişdir. Ona görə də onun 1500 manat məbləğində borcu yaranmışdır. Bununla belə o, hazırda borclu mövcud borcundan 1300 manat ödəniş etmişdir. Qalan borcunu isə qısa zamanda ödəməyi öhdəsinə götürmüş, o da borclu ilə razılaşmışdır. Odur ki, qərar qəbul edilərkən izahatında göstərilənləri nəzərə almağı məhkəmədən xahiş edir. İşdə olan Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(051)-284/2021 saylı icra vərəqəsindən görünür ki, cavabdeh Şəxs 3000 (üç min) manat məbləğində pul, həmçinin 6 baş quzu, 4 baş çəpiş olmaqla, cəmi 10 baş xırdabuynuzlu heyvanlar naturada, qətnamə icra olunan vaxt mövcud olmadıqda isə həmin heyvanların dəyəri olan 1491 (bir min dörd yüz doxsan bir) manat pulun alınıb tələbkar X3 verilməsi qət edilmişdir. İşdə olan 06.10,2022-ci i tarixli MN ******* saylı protokoldan görünür ki, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(051)-284/2021 saylı icra vərəqi üzrə ödənilməmiş 1500 manat məbləğində borcu Şəxs tərəfindən ödənilmədiyindən, onun barəsində AR İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İşdə olan tələbkar X4 tərəfindən yazılmış xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, Şəxs tərəfindən mövcud borcdan 980 manat ödəniş etmişdir. Beləliklə, tələbkarın və borclunun izahatı, işdə olan sənədlər və digər iş materialları ilə borclu Şəxs icra sənədini qəsdən və qərəzli olaraq icra etməməsi, qəsdən yayınması və xüsusən icra məmurunun qanuni tələbinə qəsdən tabe olmaması müəyyən olunmur. Borclunun izahatı və iş materialları ilə müəyyən edilir ki, borclu mövcud borcunu ödəməkdən qəsdən boyun qaçırmamışdır. Belə ki, borclu həmin borcdan 980 manat ödəniş etmiş, qalan borcunu isə qısa zamanda ödəməyi öhdəsinə götürmüşdür. Halbuki, Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi borclunun məsuliyyətini icra məmurunun tələbinə qəsdən tabe olmaması və icra sənədini üzürsüz səbəbdən icra etməməsi ilə şərtləndirmişdir. Hazırki vəziyyətdə isə borclu Şəxs əməlində həmin inzibati xətanın tərkibinin olması iş materialları ilə təkzib olunur. Ona görə də məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində borclunun icra məmurunun qanuni tələblərini qəsdən yerinə yetirməməsi müəyyən edilmir. Borclu Şəxs əməlində ona istinad olunan inzibati xətanın tərkibi yoxdur. Həmin Məcəlləninin 75–ci maddəsində inzibati xəta törətməkdə şəxsin təqsirli olması inzibati xətalar haqqında işlərin icraatı üzrə sübut edilməli olan hal kimi müəyyən edilmişdir. Həmin Məcəlləninin 3–cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8.2–ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3–cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Bu səbəbdən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-in 53.1.2-ci maddəsinə əsasən borclunun barəsində olan inzibati xəta haqqında işə, əməlində inzibati xəta tərkibinin olmaması əsası ilə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM–in 53.1.2-ci maddəsində göstərilmişdir ki, inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Ona görə də məhkəmə hazırki inzibati xəta haqqında işin icraatına xitam verilməsini qanuni və əsaslı hesab edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48–50, 53, 106, 112, 114, 117 və 128–130–cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1–ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işin icraatına xitam verilsin Qərardan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apelyasiya instansiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar