Məhkəmə qərarları › İş №3(051)-641/2023

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-641/2023

03.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-641/2023 03.08.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru: X6, İcra sənədi üzrə borclu: Şəxs X1 iştirakı ilə xx.xx.1991-ci il tarixdə Kəlbəcər rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, işləməyən, orta təhsilli, Mingəçevir şəhəri F.Əzimov küç ev 3 mənzil 5də yaşayan olan Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ: Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən borclu Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə verilmişdir ona görə ki, o, Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 16(051)-57/2022 saylı icra vərəqəsi üzrə yaranmış 1964 (min doqquz yüz altmış dörd) manat aliment borcunun ödənilməsini nəzərdə tutan icra sənədinin icrası ilə əlaqədar Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmurunun qanuni tələblərinə qəsdən tabe olmamış, qətnamənin tələblərinə məhəl qoymayaraq alimentin ödənilməsindən boyun qaçırmış, bununla da aliment borcunu ödəməkdən qəsdən yayınmışdır. Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru məhkəmə iclası zamanı inzibati xəta haqqında protokolun dəlillərini müdafiə edərək izahatında göstərdi ki, Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 16(051)-57/2022 saylı qanuni qüvvəyə minmiş qətnaməsi ilə borclu Şəxs xx.xx.2019-cu il təvəllüdlü X11və xx.xx.2021-ci il təvəllüdlü X8 saxlanmaları üçün hər ay hər uşaq üçün 150(bir yüz əlli) manat sabit pul məbləğində alimentin alınıb tələbkar X5 verilməsi qət edilmişdir. Lakin Şəxs bildiriş və xəbərdarlıq göndərilməsinə baxmayaraq, o, borclu olduğu aliment məbləğini ödəməkdən yayınmışdır. O səbəbdən də borclu hazırki vaxtadək aliment borcunu ödəməmişdir. Borclunun hazırki vaxta olan aliment borcu 1964(min doqquz yüx altmış dörd) manat təşkil edir və onun davranışı o nəticəyə gəlməyə əsas verir ki, o, borcunu qəsdən ödəmir, bundan yayınır və icra məmurunun tələblərinə qəsdən tabe olmur. Ona görə də hazırki protokolla məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bununla belə işə məhkəmədə baxılan zaman borclu tərəfindən mövcud aliment borcundan 400 (dörd yüz) manat ödəniş edilmişdir. Odur ki, məhkəmədən borclu haqqında qanuni tədbir görülməsini xahiş edir. Məhkəmə iclası zamanı borclu Şəxs izahatında göstərdi ki, Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 16(051)-57/2022 saylı qanuni qüvvəyə minmiş qətnaməsi ilə xx.xx.2019-cu il təvəllüdlü X11və xx.xx.2021-ci il təvəllüdlü X8 saxlanması üçün hər ay hər uşaq üçün 150 (bir yüz əlli) manat sabit pul məbləğində alınıb tələbkar X5 verilməsi qət edilmişdir. Lakin maddi vəziyyəti aşağı olduğu üçün aliment borcunu ödəyə bilməmişdir. Bununla belə tələbkara olan aliment borcunu hazırda qismən olaraq 400 (dörd yüz) manat ödəniş etmişdir. Odur ki, qərar qəbul edilərkən izahatında göstərdiyi halların nəzərə alınmasını məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı tələbkar X2 şəhər məhkəməsinə izahat verərək Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 16(051)-57/2022 saylı qanuni qüvvəyə minmiş qətnaməsi ilə xx.xx.2019-cu il təvəllüdlü X12və xx.xx.2021-ci il təvəllüdlü X8 saxlanması üçün hər ay hər uşaq üçün 150(bir yüz əlli) manat sabit pul məbləğində alimentin alınıb ona verilməsi qət edilmişdir. Borclunun 1964 (min doqquz yüz altmış dörd) manat aliment borcu yaranmışdır. Bununla belə ona olan aliment borcunun 400(dörd yüz) manat ödəniş etmişdir. Odur ki, icraata xitam verilməsini məhkəmədən xahiş edir. İşdə olan Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 16(051)-57/2022 saylı qanuni qüvvəyə minmiş qətnaməsi ilə xx.xx.2019-cu il təvəllüdlü X11və xx.xx.2021-ci il təvəllüdlü X8 saxlanması üçün hər ay hər uşaq üçün 150(bir yüz əlli) manat sabit pul məbləğində alimentin alınıb tələbkar X5 verilməsi qət edilmişdir. İşdə olan xx.xx.2023-cü i tarixli MN ******* saylı protokoldan görünür ki, Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 16(051)-57/2022 saylı saylı icra vərəqi üzrə yaranmış 1964(min doqquz yüz altmış dörd) manat məbləğində aliment borcu Şəxs tərəfindən ödənilmədiyindən, onun barəsində AR İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Beləliklə, borclunun və tələbkarın izahatı, işdə olan sənədlər və digər iş materialları ilə borclu Şəxs icra sənədini qəsdən və qərəzli olaraq icra etməməsi, qəsdən yayınması və xüsusən icra məmurunun qanuni tələbinə qəsdən tabe olmaması müəyyən olunmur. Borclunun izahatı və iş materialları ilə müəyyən edilir ki, borclu aliment borcunu ödəməkdən qəsdən boyun qaçırmamışdır. İkinci Qarabağ müharibəsi iştirakçısıdır,səhhətində problemi olduğu üçün işləyə bilmir. Bu vaxta kimi yaranmış aliment borcundan 1036(min otuz altı) manat ödəniş etmişdir. Hal-hazırda AzDres qəsəbəsində dönərxana işlədir növbəti aylarda aliment borcunu vaxtında ödəyəcəkdir. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi borclunun məsuliyyətini icra məmurunun tələbinə qəsdən tabe olmaması və icra sənədini üzrsüz səbəbdən icra etməməsi ilə şərtləndirmişdir. Lakin borclu icra sənədini inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək icra etdiyi üçün inzibati məsuliyyətdən azad olunmalıdır. Belə ki, Azərbaycan Respublikası İXM-in 528-ci maddəsinin qeyd hissəsində göstərilmişdir ki, Bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş borclu müvafiq icra sənədini həmin inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək icra etdikdə inzibati məsuliyyətdən azad olunur. Ona görə də məhkəmə hazırki inzibati xəta haqqında işin icraatına xitam verilməsini qanuni və əsaslı hesab edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48–50, 53, 106, 112, 114, 117 və 128–130–cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işin icraatına xitam verilsin və o inzibati məsuliyyətdən azad edilsin. Qərardan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apelyasiya instansiya məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar