Məhkəmə qərarları › İş №3(051)-641/2025

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-641/2025

07.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-641/2025 07.10.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi, Qurbanova Xanım Bəxtiyar qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: "xxxx" MMC-nin nümayəndəsi X1 iştirakları ilə, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən "xxxx" MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə məhkəməyə daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə Müəyyən etdi: Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Uçot siyasəti şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, MN ******* saylı protokoldan görünür ki, 2023-cü il üzrə maliyyə hesabatlarının 2024-cü ildə auditinin aparılmamasına görə "xxxx" MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs "xxxx" MMC-nin nümayəndəsi X3 məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, o həmin müəssisənin baş mühasibidir və 2023-cü ilin sonlarından həmin vəzifəni icra edir. Bu dövrdən lazımi sənədlər yoxlanması üçün bütün lazımi sənədlər yoxlanması üçün Yevlax rayon 11 saylı Ərazi Vergilər İdarəsinə məlumat göndərilmişdir. “Audit haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, meyar 3 milyondan yuxarı olduqda auditə yoxlama üçün müraciət edilməlidir. Lakin hüquqi şəxs 2024-cü il tarixdə deyil, 2025-ci il may ayının 29-da auditə müraciət etmişlər. Həmin tarixdə audit yoxlaması aparılmış, gecikmənin səbəbi isə səhhətində yaranan problemlər olmuşdur. Belə ki, audit onlardan asılı olmayan auditdir, yəni sərbəst auditdir. Həmin yoxlamaya 2025-ci ilin may ayından başlanılmışdır. Odur ki, izahatında göstərilən halların nəzərə alınmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparan Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Uçot siyasəti Şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş, lakin nümayəndəsi məhkəməyə gəlməmişdir, gəlməməsini səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə hesab edir ki, İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə inzibati xəta haqqında iş üzrə icraat aparan hüquqi şəxsin nümayəndəsinin iştirakı olmadan baxılması mümkündür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsinə əsasən “Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan məcburi auditdən yayınmağa görə - vəzifəli şəxslər üç yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə hesab edir ki, hazırki inzibati xəta haqqında iş üzrə icraatda barəsində protokol tərtib edilmiş hüquqi şəxsin əməlində inzibati xəta tərkibinin bütün əlamətləri mövcud olsa da, İnzibati Xətalar Məcəlləsinin 38-ci maddəsində nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb etmə müddəti başa çatdığına görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli və hüquqi şəxs inzibati məsuliyyətdən azad edilməlidir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş sübutlar: 23 sentyabr 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, "xxxx" MMC 2022-ci il üzrə maliyyə hesabatlarının 2023-cü il üzrə maliyyə hesabatlarının 2024-cü ildə qanunla nəzərdə tutulmuş hallarda həyata keçirilməməsi ilə əlaqədar auditin aparılmamasına görə "xxxx" MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. 24 sentyabr 2025-ci il tarixli, 3-23/2-6488/2025 saylı məktubdan görünür ki, inzibati xəta barədə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən tərtib edilmiş 23 sentyabr 2025-ci il tarixli, MN ******* saylıinzibati xəta haqqında protokol "xxxx" MMC üzrə inzibati tənbeh tədbirlərinin görülməsi məqsədilə Mingəçevir Şəhər Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Auditorlar Palatası tərəfindən verilmiş 21 may 2025-ci il tarixli, 25-364 №li Azərbaycan Respublikası Auditorlar Şurası tərəfindən verilmiş məktubdan görünür ki, "xxxx" MMC-nin maliyyə hesabatları ilə bağlı rəhbərliyin müvafiq məsuliyyətini müstəqil auditorların məsuliyyətindən fərqləndirmək məqsədilə hazırlanmışdır. Azərbaycan Respublikası Auditorlar Palatası tərəfindən verilmiş 21 may 2025-ci il tarixli, 25-364/1 №li məktubdan görünür ki, "xxxx" MMC ilə "xxxx" MMC arasında müqavilə bağlanmışdır. Azərbaycan Respublikası Auditorlar Palatası tərəfindən verilmiş 19 dekabr 2023-cü il tarixli, AT/043 saylı icazədən görünür ki, "xxxx" MMC auditor fəaliyyəti ilə məşğul olmağa icazə verilir. Azərbaycan Respublikası Auditorlar Palatası tərəfindən verilmiş 28 avqust 2023-cü il tarixli, SA/218 saylı icazədən görünür ki, X2 auditor fəaliyyəti ilə məşğul olmağa icazə verilir. "xxxx" MMC ilə "xxxx" MMC arasındakı xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, 2023-cü il üzrə dövrü üzrə maliyyə hesabatları auditinin aparılması barədə müqavilə bağlanılmış və xx.xx.2025-ci il tarixdə Auditorlar Palatasının informasiya sistemində M- 36658 sayla qeydiyyata alınmışdır. xx.xx.2025-ci il tarixli ödəniş tapşırığından görünür ki, "xxxx" MMC-yə audit xidmətlərinin göstərilməsinə görə 6500 manat pul ödənilmişdir. 21 may 2025-ci il tarixli, AT 00364 saylı auditor xidməti göstərilməsi barədə müqavilədən görünür ki, "xxxx" MMC ilə "xxxx" MMC arasında müqavilə bağlanılmışdır. Tətbiq edilən Hüquq “Audit xidməti haqqında” Azərbaycan Respublikasının Qanununun; 2-ci maddəsinə əsasən Audit - əmtəə istehsalı və satışı, xidmət göstərilməsi və iş görülməsi ilə məşğul olan təsərrüfat subyektlərində mühasibat uçotunun dəqiq və dürüst aparılmasının, mühasibat və maliyyə hesabatlarının müstəqil yoxlanılmasıdır. Audit yoxlaması məcburi və ya könüllü (təsərrüfat subyektinin öz təşəbbüsü ilə) ola bilər. Qanuna görə öz maliyyə hesabatlarını dərc etdirməli olan təsərrüfat subyektləri üçün, habelə qanunla bilavasitə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan audit məcburi, digər hallarda isə könüllüdür. 3-cü maddəsinə əsasən təsərrüfat subyektlərində müqavilə əsasında maliyyətəsərrüfat fəaliyyəti sahəsində yoxlama, ekspertiza, təhlil aparmaq və yazılı rəy vermək, mühasibat uçotu qurmaq, hesabat göstəricilərinin dürüstlüyünü təsdiq etmək və auditorun peşə fəaliyyətinə (auditor təşkilatının nizamnamə məqsədlərinə) uyğun olaraq maliyyətəsərrüfat münasibətləri sahəsində digər xidmətləri göstərmək auditor xidməti hesab edilir. Auditor xidməti dövlət orqanlarının öz səlahiyyətləri daxilində təsərrüfat subyektlərinin fəaliyyətini yoxlamasını istisna etmir. 16-cı maddəsinə əsasən auditor xidməti bir tərəfdən sərbəst auditor və ya auditor təşkilatı, digər tərəfdən isə sifarişçi arasında bağlanmış və yoxlamanın məzmununu, aparılması müddətlərini, məsləhət xidmətlərinin həcmini, ödəniş məbləğini və qaydasını, eləcə də tərəflərin məsuliyyətini nəzərdə tutan müqavilə əsasında göstərilir38.1-ci maddəsinə əsasən İnzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. 17-ci maddəsinə əsasən təsərrüfat subyektinin rəhbərliyi (mülkiyyətçisi) auditin aparılması üçün zəruri olan bütün sənədləri, registrləri və hesabatları auditora təqdim etməlidir və onların düzgünlüyünə məsuliyyət daşıyır. O, auditorun sorğusuna dair yazılı və şifahi izahatlar verməyə borcludur. Bununla yanaşı təsərrüfat subyektləri özləri auditor seçməkdə sərbəstdirlər. Təsərrüfat subyektləri maliyyətəsərrüfat fəaliyyəti ilə bağlı bütün məsələlər üzrə sərbəst və ya auditor təşkilatı ilə hər hansı müddətdə müqavilə bağlamaq hüququna malikdirlər. Bu cür müqavilələr yoxlama xarakteri daşıdıqda, auditor yoxlamanın nəticələrinə görə müəyyən olunmuş qaydada akt tərtib edilir. “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun: 2.1.7-ci maddəsinə əsasən maliyyə hesabatları - mühasibat uçotu subyektinin, yəni mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən hüquqi şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin maliyyə-təsərrüfat fəaliyyəti, habelə maliyyə vəziyyəti barədə sistemləşdirilmiş məlumatları özündə əks etdirən hesabatlardır; Beləliklə, yuxarıda qeyd edilən normaların məzmunundan göründüyü kimi, əmtəə istehsalı və satışı, xidmət göstərilməsi və iş görülməsi ilə məşğul olan təsərrüfat subyektləri öz maliyyə hesabatlarını dərc etdirməli olan təsərrüfat subyektləri sırasına daxildirsə və ya qanunvericilikdə birbaşa olaraq məcburi audit yoxlamasının keçirilməsinə dair göstəriş mövcuddursa, həmin təsərrüfat subyektlərində imperativ qaydada məcburi audit yoxlaması keçirilməlidir. Bu cür məcburi audit yoxlanılmasından yayınma isə İXM-in 464-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradır. Qanunun qeyd olunan müddəalarından aydın olduğu kimi, məhdud məsuliyyətli cəmiyyət hər ötən ilə dair maliyyə hesabatlarının düzgünlüyünü yoxlamaq üçün müstəqil auditor cəlb etməyə borcludur. Qanunvericilikdə maliyyə hesabatlarının təqdim edilməsinin son tarixi göstərilsə də (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 may 2010-cu il tarixli, 97 nömrəli Qərarı ilə təsdiq edilmiş “Kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi və dərc edilməsi Qaydaları”nın 3.1-ci bəndinə əsasən kommersiya təşkilatları illik maliyyə hesabatlarını və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını hesabat dövrü başa çatdıqdan sonra, müvafiq olaraq sonrakı ilin aprel ayının 30-dan və iyun ayının 30-dan gec olmayaraq təqdim etməlidirlər), həmin hesabatlara auditor rəyinin əlavə edilməsi və ya hər ötən il üçün auditor cəlb edilə biləcəyi son müddət öz əksini tapmamışdır. AR İnzibati Xətalar Məcəlləsinin:

38. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, siyasi partiyalar haqqında, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, əmək qanunvericiliyinin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. 53.1.6 bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi həmin məcəllənin 36-cı fəslində Vergilərin, rüsumların ödənilməsi, maliyyə və sığorta qaydaları əleyhinə olan inzibati xətalar fəslində yer almışdır. İnzibati xəta törədildiyi gündən aşkar olunduğundan, hüquqi şəxs barəsində inzibati xəta haqqında protokol inzibati xətanın törədildiyi gündən bir il müddətində tərtib edilməli olduğu halda 1 il müddət keçdikdən sonra tərtib edilmişdir. Məhkəmə hesab edir ki, inzibati məsuliyyətə cəlb etmək üçün müddət başa çatdığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48– 50, 53, 112, 114, 117 və 128–130–cu maddələrini rəhbər tutaraq

Q Ə R A R A A L D İ:

"xxxx" MMC -nin barəsində Azərbaycan Respublikası Maliyyə Nazirliyi Uçot siyasəti şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə başlanmış işin icraatına müddətin keçməsinə görə xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apellyasiya instansiya məhkəməsinə şikayət və ya protest verilə bilər.

Hakim: Elza Cəbrayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar