Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-642/2022 06.10.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi Ağayeva Aynurə Nizami qızının katibliyi Zərərçəkmiş şəxs: X1, Mingəçevir şəhər prokurorunun köməkçisi X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs və müdafiəçisi X3 iştirakı ilə xx.xx.1977-ci ildə Ermənistanın Vardenis rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, Mingəçevir şəhəri ŞMX-nın PHŞ-nın Cərragiyə şöbəsində həkim oftalmoloq işləyən, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Şəxs 17 09 2022-cı il tarixdə saat 16 radələrində özünə məxsus ünvan 2 ünvanında qeyrı-rəsmı yaşadığı X4 ilə aralarında yaranmış şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı sonuncunun hər iki sağrı nahiyyələrinə sol baldırına və sol qulaq seyvanına dərəcələri təyin olunmayan xəsarətlər yetirmiş və barəsində Mingəçevir şəhər Prokurorluğu tərəfindən xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar qəbul edilmişdir. Bu hərəkətləri ilə Şəxs Azərbaycan Respublikası İXM-in 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəxs həmin inzibati xətanı törətməsi zərərçəkmiş şəxsin izahatı və işdə olan mötəbər sənədlərlə təsdiq olunmuşdur. İnzibati xətanı törətmiş şəxs Şəxs məhkəmə iclası zamanı özünü əqsirli bilməyərək ifadəsində göstərdi ki, o, 2013-cü ildən etibarən Pərvanə Tahirova ilə qeyri-rəsmi münasibətləri olmuş və 2022-ci ilin avqust ayına qədər həmin münasibət davam etmişdir. Həmin münasibətdən Dəniz adında qız övladları da olmuşdur. Pərvanə ilə əvvəllər münasibətləri yaxşı olsa da sonradan münasibətləri pozulmuş, münasibətləri pozulduqdan sonra Pərvanəyə yaşadığı evi satacağını bildirmişdir. Belə ki, Pərvanə Tahırovanın yaşadığı evi 2021-cı ildə o, almış və müvəqqəti yaşamağı üçun Pərvanə Tahırovaya razılıq vermişdir. Daha sonra münasibətləri pozulduğu uçün o özünə məxsus şəhərin ünvan 3 ünvanında yerləşən mənzili satmaq qərarına gəlmişdir. Bununla bağlı olaraq da 17 sentyabr 2022-ci il tarixdə 16:30 radələrində tanışı olan və daşınmaz əmlakın alqı- satqısı ilə məşğul olan Saləddini evə baxması uçun özu ilə birlikdə evə aparmışdır. Saləddinlə birlikdə evə baxan zaman Pərvanə evə gələrək ilk əvvəl Saləddinin üzərinə hücum çəkməyə başlamışdır. O. Saləddini evdən çıxaraq həyətdə onu gözləməsıni bildirdiyindən sonuncu evdən çıxmışdır. Bundan sonra Pərvanə onun üzərinə hücum çəkmiş və o da Pərvanədən qurtulmaq üçün kənara qaçmışdır. Həmin vaxt da Pərvanə evdə özünə xəsarət yetirmək məqsədilə başını yatağın kənarına vurmuşdur. X1 şəhər prokurorluğuna ünvanladığı müraciətində və şəhər polis şöbəsində verdiyi izahatında xx.xx.2022-ci il tarixdə ünvan 4 ünvanında onun tərəfindən döyülərək xəsarət almasını bildirsə də Pərvanə Tahirovanı döyməmişdir. Odur ki, məhkəmədən onun barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi vəkil X7 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, Şəxs qeyd olunan xətanın törədilməsində heç bir günahı yoxdur. Şəxsla Pərvanə Tahirovanın arasında mübahisə olsa da lakin Şəxs onu döyməmişdir. Ona görə də məhkəmədən onun barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş edir. Zərərçəkmiş şəxs X4 məhkəmə iclası zamanı izahatında göstərdi ki, Şəxs ilə 2012ci ildən qeyrı-rəsmı ailə həyatı qurmuş, bu münasibətdən onların X8 adlı övladları olmuşdur. Əvvəllər Şəxsla münasibətləri normal olmuş. 2022-cı ılın avqust ayından Şəxsla mənzil üstündə münasibətləri pozulmuşdur. Belə ki, Şəxs adına şəhərin ünvan 5 ünvanı vardır O, dəfələrlə Elxan Huseynova sonuncunun övladının anası olduğunu, onu həmin mənzilə qeydiyyata salmağı, yada ki, bu mənzildə yaşamaq hüququ verməy bildirmiş Şəxs onun bu dediklərinə heç vaxt məhəl qoymamış və onu mənzildən çıxarmaqla hədələmişdir. xx.xx.2022-ci ıl tarixdə işdən evə gəldiyi zaman mənzilin qapısının açıq vəziyyətdə olduğunu görmüş və daxıl olduqda Şəxs mənzildə sonuncunun yanında onun tanımadığı bir nəfər şəxsin mənzilin mobil telefon vasitəsi ilə fotoşəkilləri çəkdiyi görmüşdür. O. Şəxs "siz mənim mənzilimdə nə gəzirsiniz1' sözlərini deyən zaman, Şəxs cavabında mənzili satışa çıxaracağını bildirmişdir O. da Şəxs narazılığını bildirib heç vaxt mənzili sata bilməyəcəyi, bu barədə polis şöbəsinə məlumat verəcəyini demişdir. Bundan sonra Şəxs yanında olan şəxsə mənzildən çıxıb getməyi bildirmiş, həmin şəxs mənzildə çıxıb getdikdən sonra Şəxs onu kobud sözlər deyərək onun saçlarını yonaraq arxa nahiyyəsinə təpiklər vuraraq döyməyə başlamış, sonra onu çarpayıya uzadaraq boğazından tutaraq öldürməklə hədələmişdir. O Şəxs bu hərəkətlərinə qəzəblənib DİN-ın 102 xidmətinə Mingəçevir şəhər polis şöbəsinə daha sonra isə şəhər prokurorluğuna müraciət etmişdir. xx.xx.2022-ci il tarixdə qeyri-rəsmi yaşadığı Şəxs mənzilin satılmasında narazılığını bildirdiyi üçün sonuncu onu döyən zaman mənzildə heç kim olmamışdır. Yaşadığı ünvan 5 ünvanı Şəxs adına olmasına baxmayaraq onun həmin mənzilə qeydiyyata salınması və mənzilin onun adına rəsmiləşdirilməsini istəmişdir. Odur ki, məhkəmədən onun barəsində qanuni tədbir görülməsini xahiş edir. Mingəçevir şəhər prokurorunun köməkçisi X5 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat 16 radələrındə özünə məxsus ünvan 2 ünvanında qeyri-rəsmi yaşadığı X4 ilə aralarında yaranmış şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı sonuncunun hər iki sağrı nahiyyələrinə sol baldırına və sol qulaq seyvanına dərəcələri təyin olunmayan xəsarətlər yetirərək Azərbaycan Respublikasının inzibatı Xətalar Məcəlləsinin 157-cı maddəsi ilə müəyyən edilmiş inzibatı xətanı törətmişdir. Qeyd olunanlar xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar, aidiyyəti şəxslərin izahatlar məhkəmə-tibb ekspertizasının xx.xx.2022-ci il tarixli, 554 nömrəli rəyi ilə öz təsdiqini tapmışdır. İşdə olan xx.xx.2022-ci il tarixli, 554 saylı ekspert rəyindən görünür ki, X1 məhkəmətıbbı müayinəsi zamanı onun bədənində hər iki sağrı nahiyələrində və sol baldırında qançırlar, sol qulaq seyvanında sıyrıq küt əşyanın təsirindən əmələ gələ bilərdilər, yetirilmə müddəti müayinədən 1-2 gün əvvələ uyğundurlar, sağlamlığa zərər vurmadığı üçün dərəcələri təyin olunmur. Beləliklə, məhkəmə iclası zamanı təsdiq olundu ki, Şəxs X4 ilə qeyri rəsmi münasibətdə olmuşlar. Onlar hazırda Şəxs məxsus ünvan 2 ünvanında yaşayırlar. Şəxs 17 09 2022-cı il tarixdə saat 16 radələrində özünə məxsus ünvan 2 ünvanında qeyrı-rəsmı yaşadığı X4 ilə aralarında yaranmış şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı sonuncunun hər iki sağrı nahiyyələrinə sol baldırına və sol qulaq seyvanına dərəcələri təyin olunmayan xəsarətlər yetirmişdir. Qeyd olunan xətanın törədilməsi xx.xx.2022-iı ıl tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar, aidiyyəti şəxslərin izahatlar məhkəmə-tibb ekspertizasının xx.xx.2022-ci il tarixli, 554 nömrəli rəyi ilə öz təsdiqini tapmışdır. Bununlada müəyyən olunmuşdur ki, Şəxs Azərbaycan Respublikası İXM-in 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəxs həmin inzibati xətanı törətməsi, işdə olan sənədlərlə, zərərçəkmiş şəxsin izahatı və işdə olan mötəbər sənədlərlə təsdiq olunmuşdur. Belə ki, Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinə əsasən Döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsində göstərilir ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin inzibati tənbehin məqsədlərini müəyyən edən 21-ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31-ci maddəsinin tələblərinə görə fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə hesab edir ki, Şəxs ilk dəfə inzibati xəta törətməsi onun məsuliyyətini yüngülləşdirən hallardır. Onun əməlində məsuliyyəti ağırlaşdıran hal müəyyən edilmədi. Eləcə də, Azərbaycan Respublikası İXM-in 35.1-ci maddəsinə əsasən şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Həmin Məcəllənin 35.2-ci maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair xx.xx.2020-ci il tarixli Qərarının 2-ci bəndinə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsi eyni və ya müxtəlif vaxtlarda törədilən və baxılması eyni orqanın səlahiyyətinə aid edilmiş inzibati xətaların məcmusunun yaranmasının ümumi qaydasını müəyyən edir və onların hansı zamanda (eyni və ya müxtəlif vaxtlarda) törədilməsindən asılı olmayaraq eyni orqan tərəfindən tərtib olunmuş inzibati xətaya dair protokollar əsasında eyni vaxtda baxılmasını nəzərdə tutur. Həmin Qərarın 3-cü bəndinə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsi şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aid olduqda, ona daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh tətbiq edilməsini nəzərdə tutur. Beləliklə, məhkəmə, inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini və onun təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən halların olmasını, məsuliyyəti ağırlaşdıran halların olmamasını, nəzərə alaraq, Şəxs barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini qanuni, əsaslı, ədalətli və inzibati tənbehin məqsədlərinə uyğun hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərardan, 10 gün müddətinə həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apelyasiya instansiya məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM: Ələkbər Hüseynov
Məhkəmə qərarları › İş №3(051)-642/2022
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-642/2022
06.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver