Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-643/2023 08.08.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi Zərərçəkmiş şəxs: 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin baş məsləhətçisi Nümayəndə İnzibati xəta törətmiş şəxs: Şəxs iştirakı ilə xx xxx 2000-ci ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, ünvan 1 ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İXM-in 334.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Şəxs 03 avqust 2023-cü il tarixdə saat 01:00 radələrində sürücülük hüququ olmadan sərxoş vəziyyətdə idarə etdiyi “VAZ-2106” markalı ** BJ *** nömrəli avtomaşınla Mingəçevir şəhərində Gəncə şossesi ilə Kür çayı istiqamətində hərəkətdə olarkən, gövdəsi 18 sm olan, yaş halda şam ağacını vurub məhv etməklə yol nəqliyyat hadisəsi törədərək, Mingəçevir 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinə maddi ziyan vurmuşdur. Bu hərəkətləri ilə Şəxs Azərbaycan Respublikası İXM-in 334.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəxs həmin inzibati xətanı törətməsi özünün etirafı, zərərçəkmiş şəxsin izahatı və işdə olan sənədlərlə tam təsdiq olunmuşdur. İnzibati xətanı törətmiş şəxs Şəxs məhkəmə iclası zamanı özünü ona qarşı irəli sürülmüş inzibati xəta ittihamında tam təqsirli bilərək əməlindən peşman olmasını bildirmiş və məhkəmədən ona daha yüngül inzibati tənbeh təyin edilməsini xahiş etmişdir. Zərərçəkmiş 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin baş məsləhətçisi Nümayəndə məhkəmə iclası zamanı izahatında göstərdi ki, 03 avqust 2023cü il tarixdə saat 01:00 radələrində, Şəxs özünə məxsus idarə etdiyi “VAZ-2106” markalı ** BJ *** nömrəli avtomaşınla avtoqəza törədərək, Mingəçevir şəhəri Gəncə şossesi yolunun kənarında bir ədəd diametri 18 sm olan, yaş halda şam ağacını vurub məhv etmişdir. Nəticədə, Mingəçevir 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinə cəmi 180 (bir yüz səksən) manat məbləğində maddi ziyan dəymişdir. Hazırda dəymiş ziyanın Şəxs tərəfindən ödənilməsini məhkəmədən xahiş edir. İşə əlavə edilmiş 03 avqust 2023-cü il tarixli, 1274 saylı, sərxoşluq vəziyyətinin təyini üçün aparılan tibbi müayinə Aktından görünür ki, Şəxs yüngül dərəcədə sərxoşluq vəziyyətində olmuşdur. İşə əlavə edilmiş Mingəçevir 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin 03 avqust 2023-cü il tarixli, 80985 saylı Aktından görünür ki, Mingəçevir şəhəri, H.Əliyev prospekti Gəncə şossesi ünvanında "xxxx" ASC-nin qarşısında yolun kənarında «VAZ- 2106» markalı, ** BJ *** dövlət nömrə nişanlı avtomobilin törətdiyi yol nəqliyyat hadisəsi zamanı bir ədəd köküstə yaş halda, diametri 18 sm olan Eldar şamı cinsinə aid ağacın məhv olunması müəyyən edilmişdir. İşə əlavə olunmuş xx.xx.2023-cü il tarixli, 80985 nömrəli akta əsasən dəymiş ziyanın hesablanmasına dair cədvəldən görünür ki, bir ədəd diametri 18 sm olan Eldar şamı cinsinə aid ağacın məhv edilməsinə görə 180 (bir yüz səksən) manat maddi ziyan hesablanmışdır. Məhkəmə, inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda açıq məhkəmə iclasında baxaraq mühüm əhəmiyyətə malik olan bütün halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxsin izahatlarını, iş üzrə icraat materiallarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Şəxs 03 avqust 2023-cü il tarixdə saat 01:00 radələrində sürücülük hüququ olmadan sərxoş vəziyyətdə idarə etdiyi “VAZ-2106” markalı ** BJ *** nömrəli avtomaşınla Mingəçevir şəhərində Gəncə şossesi ilə Kür çayı istiqamətində hərəkətdə olarkən, gövdəsi 18 sm olan, yaş halda şam ağacını vurub məhv edib Mingəçevir 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinə maddi ziyan vurulmasına səbəb olan yol-nəqliyyat hadisəsini törətməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3–cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və onun əməlində inzibati xəta tərkibinin bütün əlamətləri mövcuddur. Onun qeyd olunan inzibati xətanı törətməkdə təqsirli olması, özünün etirafedici iofadəsi, habelə işdə olan materiallarla, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin xətanın az əhəmiyyətli olmasına görə inzibati xəta törətmiş şəxsin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar və onun əməlində inzibati məsuliyyəti istisna edən hallar yoxdur. İnzibati xəta haqqında iş üzrə icraatda tədqiq edilmiş həmin sübutlar qanunda nəzərdə tutulmuş qaydada əldə edilməklə bərabər, inzibati xəta törətmiş şəxsin təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsində göstərilir ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin inzibati tənbehin məqsədlərini müəyyən edən 21-ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31-ci maddəsinin tələblərinə görə fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdiriən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs səmimi peşmanlıq keçirməsini, ilk dəfə inzibati xəta törətməsini məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Onun əməlində məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə, inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini və onun təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən halın mövcudluğunu, məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Şəxs barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini qanuni, əsaslı, ədalətli və inzibati tənbehin məqsədlərinə uyğun hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İXM-in 334.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 800 (səkkiz yüz) manat məbləğində inzibati cərimə edilsin. Şəxs tətbiq edilmiş inzibati cəriməni dərhal və ya bu qərarın qanuni qüvvəyə mindiyi gündən 5 iş günü müddətində icra edərsə, tətbiq olunmuş cərimənin məbləğinin 10 faizi miqdarından azad edilsin. Qərarın icarsı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Mingəçevir Şəhər Polis Şöbəsinə tapşırılsın. Qərardan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apelyasiya instansiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №3(051)-643/2023
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-643/2023
08.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver