Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 3(051)-644/2022 06.10.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi ilə Şəxs barəsində Mingəçevir şəhər Polis Şöbəsi tərəfindən Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Mingəçevir Şəhər Məhkəməsinə Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol daxil olmuşdur. İnzibati xəta haqqında material öyrənilərkən müəyyən olundu ki, Şəxs AR İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində protokol tərtib edilsə də, həmin protokol İXM-in 100.1.6-cı maddəsinin tələblərinə uyğun tərtib edilməmişdir. Belə ki, inzibati xəta haqqında protokolda Şəxs xx.xx.2022-ci il tarixdə X2 döyməklə AR İXM-in 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi göstərilsə də, X1 inzibati xəta haqqında icraatda zərərçəkmiş şəxs qismində tanınması, onun adının, atasının adının, soyadının və yaşadığı yerin ünvanı protokolda göstərilməmiş, həmçinin hüquq və vəzifələri izah edilməmişdir. Azərbaycan Respublikası İXM-in 100-cü maddəsində inzibati xəta haqqında protokola və ona əlavə olunmuş sənədlərə dair zəruri tələblər göstərilmiş, həmin Məcəllənin 109.1.6-cı maddəsində yuxarıda göstərilən tələblərə əməl olunmamasına görə inzibati xəta haqqında protokolun baxılmadan onu vermiş orqana qaytarılması nəzərdə tutulmuşdur. Belə ki, Azərbaycan Respublikası İXM-in 100.1.6-cı maddəsinə əsasən olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanının inzibati xəta haqqında protokolda göstərilməsi zəruri hesab edilmişdir. Buna baxmayaraq, hazırki inzibati xəta haqqında protokolda həmin məlumatlar qeyd edilməmişdir. Məhkəmə hesab edir ki, zərərçəkmiş şəxs haqqında məlumatların inzibati xəta haqqında protokolda göstərilməməsi, həmin protokolun natamamlığına dəlalət edir. Azərbaycan Respublikası İXM-in 109.1.6-cı maddəsində qeyd edilmişdir ki, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, hakim inzibati xəta haqqında protokolu və ya digər sənədləri onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarır. Qeyd olunan nöqsanların mövcudluğu şəraitində işə baxılması mümkün deyildir. Bu səbəbdən məhkəmə hesab edir ki, natamam tərtib olunduğuna görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər onu məhkəməyə göndərmiş səlahiyyətli orqana geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48–51, 114, 128– 130–cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs barəsində Mingəçevir şəhər Polis Şöbəsi tərəfindən Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər Mingəçevir Şəhər Polis Şöbəsinə geri qaytarılsın. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №3(051)-644/2022
Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №3(051)-644/2022
06.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver