Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-645/2023 04.09.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlu Məhkəmə iclas katibi X7, Barəsində inzibati tənbeh tətbiq edilmiş X3 və onun vəkili X5, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X6, X1 iştirakı ilə X3 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin vəzifəli şəxsinin MN ******* nömrəli, 17 iyul 2023-cü il tarixli «İnzibati tənbeh vermə haqqında» qərarından şikayətə baxaraq Müəyyənetdi: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin vəzifəli şəxsinin MN ******* nömrəli, 17 iyul 2023-cü il tarixli «İnzibati tənbeh vermə haqqında» qərarına əsasən X8 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.2-cü maddəsi ilə təqsirli bilinərək 4000 manat miqdarında cərimə olunumşdur. X8 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin vəzifəli şəxsinin MN ******* nömrəli, 17 iyul 2023-cü il tarixli «İnzibati tənbeh vermə haqqında» qərarından şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2023-cü il tarixli MN №1389507 saylı rəisi X12 tərəfindən qəbul edilmiş 17 iyul 2023-cü il tarixli MN №1389507 №li inzibati tənbeh vermə haqqında qərarla müəyyən edilmişdir ki, ünvan 1 ünvanında yerləşən “Gülüstan” Körpələr evinin inzibati ərazisində Rəna Qədiməliyevanın göstərişi ilə kök üstə yaş halda bir ədəd tut və bir ədə incir ağacı kəsilmişdir. Nəticədə o Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsində nəzərdə tutulmuş inzibati törətmişdir. Və o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 4000 (dörd min) manat cərimə edilmişdir. O ünvan 1 ünvanında yerləşən “Gülüstan” Körpələr evi – uşaq baxçasının müdiridir. O, qeyd edilən inzibati xətanı törətməmişdir. Belə ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov ona ünvanlanmış 24 may 2023-cü il tarixli məktubla X9 Agentliyinin rəyi icra olunması üçün ona göndərilmişdir. Həmin rəydə göstərilmişdir ki, Mingəçevir şəhəri 1 nömrəli tam orta məktəbin və 3 nömrəli “Gülüstan “ körpələr evi – uşaq bağçasının həyətyanı ərazisindəki ağaclar barədə” 2023-cü il 6 yanvar tarixli, 3-29-xx-xx/2023 nömrəli məktubuna baxılmışdır. Məsələ ilə əlaqədar 8 saylı RETSİ-nin mütəxəssisləri tərəfindən tərtib edilmiş 2023-cü il 14 mart tarixli baxış aktında sözügedən ünvanda – 3 nömrəli “Gülüstan” körpələr evi – uşaq bağçasının həyətində 1 ədəd qovaq (d=60sm), 1 ədəd tut (d=64sm), 2 ədəd əncir (d=26,52sm), 1 ədəd çinar (d=44sm) ağacı olmaqla ümumiklikdə 5 ədəd ağacın köküstə yaş vəziyyətdə, bioloji inkişafda oduğu qeyd edilmişdir. Odur ki, yaşıllıqların mühafizəsi və təhlükəsizliyinin təmin olunması məqsədilə sözügedən ağaclar müvafiq aqrotexniki qulluq göstərilərək təhlükəsiz vəziyyətə gətirilməsi şərtilə köküstü inkişafda qalmalıdır. Ekoloji tələblər: Müvafiq torpaq mülkiyyətçisi ərazisindəki yaşıllıqlara mütəmadi aqrotexniki qulluq göstərilməsini və onların köküstə inkişafda qalmasını təmin etməlidir. Bildirir ki, yuxarıda qeyd edilən rəydə göstərilən tələblərə cavab verən qaydada ağaclar köküsə inkişafda qalmaqla ağaclarının qurumuş buqaqları tərəfindən budanmış, habelə bununla da həmin qurumuş budaqlardan uşaqların əllərinin – ayaqlarının cızılması, qananması və sairə arzuolunmaz halların qarşısı alınmışdır. Eyni zamanda, budanmış ağaclar yabanı halda bitmiş ağaclar olmuşlar. Ağacların budanması binanın, artıq çat vermiş divarına daha çox ziyan verməsinin qarşısını almışdır. Bu hal (ağacların daha artıq, o cümlədən tamamilə əhəmiyyətsiz halda qol – budaq atması) həyətyanı sahəyə döşənmiş beton döşəmənin daha artıq zədələnməsinin də qarşısını almışdır. Belə ki, ağacların budaqları binanın divarını deşmiş, eyni zamanda yerə döşənmiş beton pillələri də sıradan çıxarmışdır. Ağaclar budanmamışdan öncə uşaqlar həyətyanı sahədə oynaya bilmirdilər. Mütləq uşaqlardan bir neçəsi zədələnirdi. Eyni zamanda ağacların səliqəsiz, gərəksiz və heç bir bəhəri olmadığı halda qol-budağının artması kanalizasiya borularını da sıradan çıxarmışdır. Bütün qeyd edilən səbəblərdən eyni zamanda X9 Agentliyinin rəyi əsasında budanma işləri həyata keçirilmişdir. Odur ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2023-cü il tarixli MN №1389507 saylı qərarı qanunsuz və əsassızdır. Ona görə də məhkəmədən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X12 tərəfindən qəbul edilmiş 17 iyul 2023-cü il tarixli MN №1389507 №li İnzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. X8 məhkəmə iclası zamanı verdiyi izahatında şikayətin təmin edilməsini xahiş etmişdir. X3 vəkili X10 məhkəmə iclası zamanı verdiyi izahatında şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmədə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X11 bildirdi ki, ağacların budalanması ekspert rəyində olmadığından bağça müdirəsi bunu etməməli idi. Kəsilən ağaclarla icazə alınan ağaclar arasında fərq var. Qərar qanunidir və ləğvi üçün heç bir əsas yoxdur. Odur ki, məhkəmədən şikayətin təmin olunmamsı barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıb, izahatları dinləyib, hesab edir ki, inzibati məsuliyyətə cəlb olunmuş X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsinin tərkibi vardır. Məhkəmə müəxəssisin və tərəflərin iştirakı ilə bağçanın həyətinə yerində baxış keçirərkən də müəyyən etdi ki, bağçanın həyətində, meşə fonduna daxil olmayan, kök üstə yaş halda bir neçə ağacın qanunsuz kəsilməsi müəyyən olundu. Odur ki, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsi ilə təqsirli bilinərək 4000 manat miqdarında cərimə edilməsi barədə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin vəzifəli şəxsinin MN ******* nömrəli, 17 iyul 2023-cü il tarixli «İnzibati tənbeh vermə haqqında» qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İXM-nin 253.2-ci maddəsinə görə Meşə fonduna daxil olmayan ağac və ya kol əkililərinin qanunsuz kəsilməsinə (götürülməsinə) və ya məhv edilməsinə görə- fiziki şəxslər iki min manat miqdarında, vəzifəli şəxslər dörd min manat miqdarında, hüquqi şəxslər iyirmi beş min manat miqdarında cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 134.1 və 134.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxıldıqda qərarın dəyişdirilmədən, şikayətin təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 126, 128-134-cü maddələrini rəhbər tutub, Qərara aldı: Barəsində inzibati tənbeh tətbiq edilmiş X3 şikayəti təmin olunmasın. X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsi ilə təqsirli bilinərək 4000 manat miqdarında cərimə edilməsi barədə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin vəzifəli şəxsinin MN ******* nömrəli, 17 iyul 2023-cü il tarixli «İnzibati tənbeh vermə haqqında» qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM: Ələkbər Hüseynov
Məhkəmə qərarları › İş №3(051)-645/2023
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-645/2023
04.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver