Məhkəmə qərarları › İş №3(051)-646/2020

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-646/2020

02.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-646/2020 02.11.2020 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi İnzibati xəta törətmiş şəxs: Şəxs iştirakı ilə xx.xx.1994-cü il tarixdə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi işlə məşğul olan, evli, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsi ilə barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda açıq məhkəmə iclasında baxaraq M ÜƏ Y Y Ə N E T D İ : Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 454 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilərək, məhkəməyə verilmişdir.Ona görə ki, o, xx xxxxxx 2020-ci il tarixdə saat 08 radələrində Mingəçevir şəhəri, H.Əliyev prospektində yerləşən mərkəzi bazarın qarşısında küçə ticarəti ilə məşğul olarkən polis əməkdaşının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Mingəçevir şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadına əsasən, Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 454–cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol aidiyyəti üzrə Mingəçevir şəhər Polis Şöbəsinə geri qaytarılmışdır. Şəxs həmin inzibati xətanı törətməsi özünün etirafı, şahid ifadəsi və işdə olan sənədlərlə tam təsdiq olunmuşdur. İnzibati xətanı törətmiş şəxs Şəxs məhkəmə iclası zamanı özünü ona qarşı irəli sürülmüş inzibati xəta ittihamında tam təqsirli bilərək, əməlindən peşman olmasını göstərdi və məhkəmədən ona daha yüngül inzibati tənbeh təyin edilməsini xahiş etdi. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X2 ifadəsində göstərdi ki, Mingəçevir şəhər Polis Şöbəsinin əməkdaşıdır. xx xxxxxx 2020-ci il tarixdə xidmətdə olarkən adını sonradan öyrəndiyi Kamilli X1 şəhəri, H.Əliyev prospektində yerləşən mərkəzi bazarın qarşısında qanunsuz küçə ticarəti ilə məşğul olduğuna görə ondan qanunsuz hərəkətlərinə son qoymağı tələb etmiş, lakin Şəxs onların qanuni tələblərinə qəsdən tabe olmayaraq öz hərəkətlərini davam etdirmişdir. Bu səbəbdən də barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X3 ifadəsində göstərdi ki, xx xxxxxx 2020-ci il tarixdə xidmətdə olarkən adını sonradan öyrəndiyi Kamilli X1 şəhəri H.Əliyev prospektində yerləşən mərkəzi bazarın qarşısında küçə ticarəti ilə məşğul olmuşdur. Bu səbəbdən də barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. İşə əlavə edilmiş xx xxxxxx 2020-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2020-ci il tarixdə saat 08:00 radələrində Kamilli X1 şəhəri H.Əliyev prospektində yerləşən mərkəzi bazarın qarşısında polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamış və küçə ticarəti ilə məşğul olmuşdur. Məhkəmə, xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, əməlindən peşman olmasını və təqsirinin dərəcəsini nəzərə alaraq hesab edir ki, Şəxs barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi daha məqsədə müvafiqdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM–in 40, 43, 48–51, 114, 128–130–cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Şəxs Azərbaycan Respublikası İXM–in 535.1–ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 200 (iki yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərardan, 10 gün müddətinə həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apelyasiya instansiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Məhkəmənin hakimi : Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar