Məhkəmə qərarları › İş №3(051)-646/2021

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-646/2021

05.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-646/2021 05.08.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Mingəçevir şəhər məhkəməsinin hakimi Hüseynov Ələkbər Məmmədtağı oğlu, Ağayeva Aynurə Nizami qızının katibliyi, Mingəçevir şəhər Polis Şöbəsinin DYPB-nin əməkdaşı polis kapitanı X1 iştirakı ilə, xx xxxx 1968-ci ildə Yevlax şəhərində doğulmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, ünvan 1 ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsi ilə Mingəçevir şəhər Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, m ü ə y y ə n e t d i m: Şəxs 01 avqust 2021-ci il tarixdə “VAZ 21074” markalı, **-GM-*** dövlət qeydiyyat nişanlı avtomobili Mingəçevir şəhəri 20 Yanvar küçəsində əks istiqamətli hərəkət zolağına çıxaraq sürücülük vəsiqəsi olmadan sərxoş vəziyyətdə idarə edərkən yol nəqliyyat hadisəsi törətmişdir. Şəxs məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, nəqliyyat vasitələrini idarə etmək hüququ yoxdur. 31.07.2021-ci il tarixdə 21:00 radələrində Yevlax rayonu Xanabad kəndində yeyib içən zaman sprtli içki qəbul etmişdir. Sonradan 01.08.2021-ci il tarixdə saat 01:00 radələrində Mingəçevir şəhər 20 Yanvar küçəsi ilə Gül bağ istiqamətində idarə etdiyi “VAZ 21074” markalı, **-GM-*** dövlət qeydiyyat nişanlı avtomobili Mingəçevir şəhəri 20 Yanvar küçəsində içkili vəziyyətdə iki zolaqlı yolun sağ zolağında hərəkətdə olarkən İcra Hakimiyyətinin qarşısında qırıq-qırıq xətt olan yerdən sağ zolağa sola dönüb geriyə qayıtmaq istəyən zaman həmin vaxt arxadan gələn “X2 xüsusi təcili yardım avtomobili ilə toqquşmuşdur. Nəticədə yol nəqliyyat hadisəsi törətmişdir. Əməlindən peşmandır. İnzibati xəta haqqında işə əlavə olunmuş sərxoşluq vəziyyətinin müəyyən edilməsi haqqında 661 saylı protokoldan görünür ki, Şəxs 01 avqust 2021-ci il tarixdə tibbi müayinədən keçmiş və onun yüngül dərəcədə sərxoş olması müəyyən edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib məcmu halda qiymət verərək hesab edirəm ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 334.3-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi vardır və həmin maddə ilə təqsirli bilinib ona inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin inzibati tənbehin məqsədlərini müəyyən edən 21-ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakterini, inzibati xəta törədənin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs törətdiyi inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmasını, habelə işin hallarına görə pozuntunu törədənin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, ona inzibati həbs növündə inzibati tənbehin tətbiq edilməsi tənbehin məqsədlərini təmin edə bilər. Belə ki, iş materiallarından və Şəxs özünün də izahatından da görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qanjunvericiliyin tələblərinə əməl etməyərək idarə etdiyi avtomobili sürücülük hüququ olmadan və sərxoş vəziyyətdə idarə edərək maddi ziyanla nəticələnən yol nəqliyyat hadisəsi törtəmişdir. Məhkəmə hesab edir ki, Şəxs əməlində sözügedən maddənin tərkibi vardır. Məhkəmə hesab edir ki, şəxs hadisnə sərxoş vəziyyətdə törətməsinə görə inzibati həbs növündə tənbeh tətbiq etməklə inzibati tənbeh öz məqsədinə nail ola bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 21, 40, 43, 48-51, 114, 128-130-ci maddələrini rəhbər tutaraq, qərara a l d ı m: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 15 (on beş) gün müddətinə inzibati həbs edilsin. Qərarın icrası Mingəçevir şəhər Polis Şöbəsinə həvalə edilsin. Həbsin müddəti 05 avqust 2021-ci il tarixdən saat 15:50-dən hesablansın. Qərarın surəti təqdim edildiyi və ya alındığı vaxtdan 10 gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM: Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar