Məhkəmə qərarları › İş №3(051)-646/2023

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-646/2023

01.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-646/2023 01.09.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlu Ağayeva Aynurə Nizami qızının katibliyi Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs MMC-nin nümayəndəsi X4, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “X1” publik hüquqi şəxsinin etibarnamə üzrə nümayəndəsi X3 iştirakı ilə, ünvan 1 ünvanda yerləşən Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 215.4-cü maddəsi ilə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, m ü ə y y ə n e t d i m: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi X1 tərəfindən 07 iyun 2023-cü il tarixdə saat 17:45-də ünvan 1 ünvanda yerləşən Şəxs MMC-də planlı yoxlama zamanı ümumi cərrah Urgur Kurtuluşun sertifikatsız tibb fəaliyyəti ilə, eləcə də lisenziyadan kənar iş fəaliyyəti ilə məşğul olunması aşkar olunmuşdur. Ona görə Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 215.4-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə verilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs MMC-nin nümayəndəsi X4 məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, ümumi cərrah Urgur Kurtuluş Şəxs MMC-nin xx.xx.2020-ci il tarixli, 121 saylı əmri ilə hospitala ümumi cərrah vəzifəsinə təyin edilmişdir. Həqiqətən də, Şəxs MMC-də lisenziyada göstərilən xidmətlərdən kənar tibb fəaliyyəti ilə məşğul olunubdur. Maddi vəziyyətini nəzərə alaraq MMC-ni maddənin sanksiyasında nəzərdə tutulan aşağı həddə cərimə olunmasını xahiş edir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “X1” publik hüquqi şəxsinin etibarnamə üzrə nümayəndəsi X5 məhkəmə iclasında izahatında bildirdi ki, ünvan 2 ünvanda yerləşən Şəxs MMC-də planlı yoxlama zamanı ümumi cərrah Urgur Kurtuluşun sertifikatsız tibb fəaliyyəti ilə, eləcə də lisenziyadan kənar iş fəaliyyəti ilə məşğul olunması aşkar edilmişdir. Bu fakt Səhiyyə Nazirliyi X1nin 07 iyun 2023-cü il tarixli 401 nömrəli özəl tibb müəssisəsinin planlı (növbəti) yoxlama aktı ilə təsdiq edilir. Qanuna müvafiq qərar qəbul olunmasını xahiş edir. İnzibati materiala əlavə olunmuş Səhiyyə Nazirliyi X1nin əməkdaşları və Şəxs MMC-nin icraçı direktoru X2 iştirakı ilə tərtib edilmiş 07 iyun 2023-cü il tarixli 401 nömrəli özəl tibb müəssisəsinin planlı (növbəti) yoxlama aktında göstərilir ki, ümumi cərrah Urgur Kurtuluş sertifikasiya imtahanından keçmədən praktiki tibb fəaliyyəti ilə məşğul olur. Müəssisədə lisenziyadan kənar iş fəaliyyəti aparılır. İşə əlavə edilmiş əmək müqaviləsi bildirişindən görünür ki, Urqur Kurtuluş klinikada ümumi cərrah kimi işləyir. İşdə olan MN ******* nömrəli 07 iyun 2023-cü il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, ünvan 2 ünvanda yerləşən Şəxs MMC-də planlı yoxlama zamanı ümumi cərrah Urgur Kurtuluşun MMC-də sertifikatsız tibb fəaliyyəti ilə, eləcə də lisenziyadan kənar iş fəaliyyəti ilə məşğul olunması aşkar edilmişdir. Azərbaycan Respublikasının İXM-nin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. İş materiallarını nəzərdən keçirib məcmu halda qiymət verərək hesab edirəm ki, Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 215.4-cü maddəsinin tərkibi vardır və həmin maddə ilə təqsirli bilinərək ona inzibati tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsinə əsasən bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsində göstərilir ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 49-1-ci maddəsində göstərilir ki, əhaliyə keyfiyyətli səhiyyə xidmətinin göstərilməsinin təmin edilməsi və Azərbaycan Respublikasında praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə həmin şəxslər (işçilər), bu maddənin üçüncü və dördüncü hissələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, dövri olaraq beş ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanı tərəfindən sertifikasiyaya cəlb edilirlər. Sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və ya əczaçılıq fəaliyyətinə buraxılmasına yol verilmir. Praktik tibb və ya əczaçılıq fəaliyyətini xüsusi razılıq (lisenziya) əsasında həyata keçirən şəxslərin sertifikasiyadan keçməməsi qanunvericiliyə uyğun olaraq lisenziyanın fəaliyyətinin dayandırılması üçün əsasdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsində göstərilir ki, qanunvericiliyə uyğun olaraq sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılmasına görə - vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin inzibati tənbehin məqsədlərini müəyyən edən 21-ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.3-cü maddəsinin tələblərinə görə hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə hesab edir ki, Şəxs MMC-nin əməlində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Göstərilənlərə əsasən hesab edirəm ki, Şəxs MMC-nin barəsində inzibati cərimə tətbiq edilməsi inzibati tənbehin məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikasının İXM-nin 21, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq q ə r a r a a l d ı m: Şəxs MMC Azərbaycan Respublikasının İXM-nin 215.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinsin və 6000 (altı min) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar