Məhkəmə qərarları › İş №3(051)-648/2023

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-648/2023

11.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-648/2023 11.08.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi Ağayeva Aynurə Nizami qızının katibliyi, İnzibati xəta törətmiş şəxs: Şəxs, Zərərçəkmiş şəxs: X1, Mingəçevir şəhəri YNH inspektoru polis kapitanı X2 iştirakı ilə, xx.xx.1958-ci ildə Qubadlı rayon Xəndək kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, təqaüdçü, Mingəçevir şəhər Sağ sahil MTTK 3-də yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə Mingəçevir şəhər Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq M ü ə y y ə n e t d i m: Şəxs xx.xx.2023-cü il tarixdə saat 07:20 radələrində ona məxsus iri buynuzlu malqara hesab edilən inək Gəncə şosesinə çıxmış və hərəkətdə olan “Hyundai i30” markalı **-HK-*** dövlət nömrə nişanlı avtomobilə zərər dəymişdir. Bununla da Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 338.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Şəxs məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, Mingəçevir şəhəri Sağ sahil MTTK-3 qarajın həyətində maddi durumu yaxşı olmadığı üçün iri buynuzlu inək saxlayırdı. xx.xx.2023-cü il tarixdə 07:20 radələrində Mingəçevir şəhəri Sağ sahil MTTK-3 qarajın qapısı açıq qaldığı üçün ona məxsus bir baş iri buynuzlu inək çölə çıxdı. O, inəyin arxasınca geri qaytarmaq istəyəndə iri buynuzlu inək Gəncə şösesinə çıxaraq Gəncə şösesində düzünə hərəkətdə olan “Hyundai i30” markalı **-HK-*** dövlət nömrə nişanlı avtomobilin sağ yan hissəsindən üzərinə gedərək inək özünü “Hyundai i30” markalı **-HK- *** dövlət nömrə nişanlı avtomobilin sağ yan hissəsinə, sağ qabaq qanadına, ön aynasına, ban nahiyyəsinə, kapotuna, yan güzgüsünə çırpılaraq avyomobilə zərər dəymiş və inəyin boynu qırılıb ölmüşdür. Əməlindən peşimandır. Odur ki, məhkəmədən onun barəsində daha yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş edir. Zərərçəkmiş şəxs X3 məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, xx.xx.2023-cü il tarixdə 07:20 radələrində Gəncə şosesində etibarnamə üzrə idarə etdiyi “Hyundai i30” markalı **-HK-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərətkət edən zaman avtomobil yoluna nəzarətsiz vəziyyətdə qalmış iri buynuzlu mal-qa olan inək çıxmış və onun idarə etdiyi avtomobilə zərər vurmuşdur. Nəticədə onun avtomobilinə maddi ziyan dəymişdir. Odur ki, məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş edir. Mingəçevir şəhəri YNH inspektoru polis kapitanı X5 məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, xx.xx.2023-cü il tarixdə 07:30 radələrində Gəncə şosesində yolnəqliyyat hadisəsi baş verməsi barədə məlumat verilmişdi. Hadisə yerinə baxış zamanı müəyyən edilmişdi ki, “Hyundai i30” markalı **-HK-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkət edən zaman avtomobil yoluna nəzarətsiz vəziyyətdə qalmış iri buynuzlu mal-qara olan inək çıxmış və avtomobilə maddi zərər vurmuşdur. Şəxs həmin inzibati xətanı törətməsi özünün etirafı və işdə olan sənədlərlə tam təsdiq olunmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib məcmu halda qiymət verərək hesab edirəm ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 338.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi vardır və həmin maddə ilə təqsirli bilinib ona inzibati tənbeh tətbiq olunmalıdır. İşdə olan xx.xx.2023-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokolun surətindən görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 338.7-ci maddəsi ilə protokol tərtib edilmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli 1295 saylı sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə ayıq vəziyyətdə olmuşdur. İşə əlavə olunmuş təmir smetasından görünür ki, “Hyundai i30” markalı **-HK-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan təmir işləri ilə birlikdə 2368 manat təşkil edir. Məhkəmə, inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda açıq məhkəmə iclasında baxaraq mühüm əhəmiyyətə malik olan bütün halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxsin izahatlarını, iş üzrə icraat materiallarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və onun əməlində inzibati xəta tərkibinin bütün əlamətləri mövcuddur. Onun qeyd olunan inzibati xətanı törətməkdə təqsirli olması, özünün etirafedici ifadəsi, habelə işdə olan materiallarla, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin xətanın az əhəmiyyətli olmasına görə inzibati xəta törətmiş şəxsin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar və onun əməlində inzibati məsuliyyəti istisna edən hallar yoxdur. İnzibati xəta haqqında iş üzrə icraatda tədqiq edilmiş həmin sübutlar qanunda nəzərdə tutulmuş qaydada əldə edilməklə bərabər, inzibati xəta törətmiş şəxsin təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsində göstərilir ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin inzibati tənbehin məqsədlərini müəyyən edən 21-ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31-ci maddəsinin tələblərinə görə fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdiriən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs səmimi peşmanlıq keçirməsini, ilk dəfə inzibati xəta törətməsini, yaşlı olmasını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Onun əməlində məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə, inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini və onun təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən halın mövcudluğunu, məsuliyyəti ağırlaşdıran halların olmamasını, həmçinin yaşının 65-dən yuxarı olmasını nəzərə alaraq, Şəxs barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini qanuni, əsaslı, ədalətli və inzibati tənbehin məqsədlərinə uyğun hesab edir Belə ki, AR İXM-nin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Zərərçəkmiş şəxsə dəymiş ziyanı X4 ödəmək iqtidarında olmadığı üçün zərərçəkmiş şəxsə maddi ziyanla bağlı mülki qaydada şikayət vermək hüququq izah olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının İXM-nin 36.3-cü maddəsinə əsasən İnzibati xəta nəticəsində vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi məsələsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə uyğun olaraq həll edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutub Qəraraaldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsində nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinərək 100 (bir yüz) manat məbləğində inzibati cərimə edilsin. Şəxs tətbiq edilmiş inzibati cəriməni dərhal və ya bu qərarın qanuni qüvvəyə mindiyi gündən 5 iş günü müddətində icra edərsə, tətbiq olunan cərimənin 10 faizi məbləğində ödənişdən azad edilsin. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Mingəçevir Şəhər Polis Şöbəsinə tapşırılsın. Zərərçəkmiş şəxsə maddi ziyanla bağlı mülki qaydada şikayət vermək hüququq izah olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar