Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 3(051)-65/2022 25.01.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayev Aynurə Nizami qızının katibliyi ilə Şəxs barəsində Mingəçevir Şəhər Polis Şöbəsi tərəfindən Azərbaycan Respublikası İXM-in 442-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Mingəçevir Şəhər Məhkəməsinə Şəxs oğlunun barəsində Azərbaycan Respublikası İXM-in 442-ci maddəsi ilə inzibati xəta haqqında protokol daxil olmuşdur. Azərbaycan Respublikası İXM-in 100-cü maddəsində inzibati xəta haqqında protokola və ona əlavə olunmuş sənədlərə dair zəruri tələblər göstərilmiş, həmin Məcəllənin 109.1.6-cı maddəsində yuxarıda göstərilən tələblərə əməl olunmamasına görə inzibati xəta haqqında protokolun baxılmadan onu vermiş orqana qaytarılması nəzərdə tutulmuşdur. İnzibati xəta haqqında material öyrənilərkən müəyyən olunmuşdur ki, inzibati xəta haqqında iş üzrə təqdim edilmiş materiallar natamamdır. Belə ki, Azərbaycan Respublikası İXM-in 77.1-ci maddəsinə əsasən İnzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər, yaxud üzərində inzibati xətanın izlərini saxladığına görə inzibati xəta haqqında iş üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək edən predmetlər maddi sübutlar hesab edilir. Azərbaycan Respublikası İXM-in 77.2-ci maddəsinə əsasən Maddi sübutların fotoşəkilləri çəkilir və onlar inzibati xəta haqqında işə əlavə edilir. Maddi sübutlar inzibati xətalar haqqında protokolda qeyd edilir. Azərbaycan Respublikası İXM-in 94.1-ci maddəsinə əsasən inzibati xətanın baş verdiyi yerdə və ya fiziki şəxsin şəxsi axtarışı zamanı, yaxud onun əşyalarına və ya nəqliyyat vasitəsinə baxış zamanı aşkar edilmiş və iş üçün sübut əhəmiyyəti olan əşyaların və sənədlərin, inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olan predmetin götürülməsi inzibati xəta haqqında iş üzrə icraatı aparan vəzifəli şəxs tərəfindən iki hal şahidinin iştirakı ilə həyata keçirilir. Azərbaycan Respublikası İXM-in 94.3-cü maddəsinə əsasən Əşyaların və sənədlərin götürülməsi haqqında protokol tərtib olunur. Azərbaycan Respublikası İXM-in 94.4-cü maddəsinə əsasən Əşyaların və sənədlərin götürülməsi haqqında protokolda maddənin müvafiq bəndlərində göstərilən qaydalara əməl edilməklə tərtib edilməlidir. Azərbaycan Respublikası İXM-in 94.8-ci maddəsinə əsasən Götürülən əşyalar və sənədlər yerindəcə qablaşdırılır və möhürlənir. Götürülmüş əşyalar və sənədlər inzibati xəta haqqında işə baxılanadək, əşyaları və sənədləri götürən səlahiyyətli orqanların (vəzifəli şəxslərin) müəyyən etdikləri yerlərdə saxlanılır. Məhkəmə iş materiallarını obyektiv və qərəzsiz şəkildə təhlil edərək belə hesab edir ki, İXMin 442-ci maddəsinin mənasından aydın olur ki, inzibati xətanın bilavasitə obyekti olmuş mallar müsadirə edilməlidi idi. Lakin inzibati işə məhkəmə baxışından da görünür ki, inzibati xətanı törətmiş şəxsdən əşyaların götürülməsi haqqında protokol tərtib edilməli olduğu halda, tərtib edilməmişdir. Halbuki yuxarıda qeyd olunan İXM-in müvafiq maddələrinin mənalarından da aydın olur ki, inzibati iş üzrə inzibati xətanın obyekti olmuş həmin əşyalar maddi sübut kimi dəyərləndirilməli, maddi sübutların fotoşəkilləri çəkilməli, onlar inzibati xəta haqqında işə əlavə edilməli və onların götürülməsi haqqında protokol tərtib edilməli idi. Ona görə də məhkəmə belə hesab edir ki, inzibati xəta haqqında iş üzrə təqdim edilmiş materiallar natamamdır. Bundan əlavə məhkəmə qeyd edir ki, iş materialları hazırlanarkən işə ciddi yanaşılmamışdır. Belə ki, maddi sübutların götürülməsi haqqında akt pozuntuya (qaralama) yol verməklə tərtib edilmişdir. Azərbaycan Respublikası İXM-in 109.1.6-cı maddəsində qeyd edilmişdir ki, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, hakim inzibati xəta haqqında protokolu və ya digər sənədləri onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarır. Məhkəmə hesab edir ki, qeyd olunan nöqsanların mövcudluğu şəraitində işə baxılması mümkün deyildir. Bu səbəbdən məhkəmə hesab edir ki, natamam tərtib olunduğuna görə inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər onu məhkəməyə göndərmiş səlahiyyətli orqana geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-in 40, 43, 48–51, 114, 128–130– cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Mingəçevir Şəhər Polis Şöbəsi tərəfindən Azərbaycan Respublikası İXM-in 442-ci maddəsi ilə tərtib edilmiş MN seriyalı ******* saylı, 30.12.2021-ci il tarixli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər Mingəçevir Şəhər Polis Şöbəsinə geri qaytarılsın. HAKİM: Ələkbər Hüseynov
Məhkəmə qərarları › İş №3(051)-65/2022
Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №3(051)-65/2022
25.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver