Məhkəmə qərarları › İş №3(051)-65/2023

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-65/2023

13.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-65/2023 13.01.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızı, Məhkəmə iclas katibi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, vəkili Vəkil, zərərçəkmiş şəxs X2 iştirakı ilə, xx.xx.1996-cı il tarixdə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanda qeydiyyatda olan, Mingəçevir şəhəri, Dəniz yolu bağ massivində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə Mingəçevir şəhər polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq Müəyyən etdim: Mingəçevir şəhər Polis Şöbəsi tərəfindən tərtib olunmuş MN ******* saylı xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə Bənövşə bağ massivində valideynlərinə məxsus yaşayış evində X3 vuraraq döymüşdür. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahatında bildirdi ki, X4 ilə 2015-ci ilin mart ayında rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Onların birgə nikahlarından Nasimə və Röya adlı iki uşaqları olmuşdur. X5 münasibətləri normal olmuş, 2022-ci ilin mart ayından münasibətləri pozulmuşdur. xx.xx.2022-ci il tarixdə Bəhruz İsmayılovla qaynanası Afət İsmayılova və qaynı Elçin İsmayılov yaşadığı mənzilə gələrək qızı Nasiməni zorla aparmaq istəyərəkən o, uşağı aparmağa qoymamışdır. Bundan sonra qaynanası Afət İsmayılova onun üstünə gələrək uşağı zorla almaq istəmiş, bununla da aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı o, ancaq uşağı və özünü müdafiə etmişdir. Ancaq o, Afət İsmayılovanı vurmamış, döyməmiş, ona xəsarət yetirməmişdir. Zərərçəkmiş şəxs X6 məhkəmə iclasnda verdiyi izahatında bildirdi ki, Şəxs onun oğlu X4 ilə 2015-ci ilin mart ayında rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Onların birgə nikahlarından Nasimə və Röya adlı iki uşaqları olmuşdur. 2022-ci ilin mart ayından onların münasibətləri pozulmuşdur. xx.xx.2022-ci il tarixdə o, övladları Bəhruz İsmayılov və Elçin İsmayılovla birlikdə nəvələri Nasimə və Röyanı görmək üçün qudası Yeganə Ramazanovanın yaşadığı mənzilə getmişlər, Yeganə onları qarşılayıb evə dəvət etmişdir. O, nəvələrini gəzməyə aparmaq üçün gəldiklərini bildirdikdə Şəxs narazı olmuş, aralarında mübahisə yaranmış, Rəna əli ilə onun sol qoluna vuraraq xəsarət yetirmişdir. O, polis şöbəsinə bu barədə şikayət ərizəsi yazmışdır. Şəxs qanuni daxilində cəza verilməsini xahiş edir. İşə əlavə olunmuş məhkəmə tibbi ekspertizasının 440 №-li rəyində göstərilir ki, X2 məhkəmə tibbi müayinəsi zamanı onun bədənində aşkar olunan xəsarət- sol dirsək oynağında qançır küt əşyanın təsirindən əmələ gələ bilərdi, yetirilmə müddəti müayinədən 5-10 gün əvvələ uyğundur, sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin olunmur. Tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edirəm ki, Şəxs əməlində İXMnin 157-ci maddəsinin tərkibi vardır. Lakin inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyinə görə iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Həmin Məcəllənin 38.3-cü maddəsinə əsasən cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. İnzibati materiala əlavə olunmuş “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, həmin qərar xx.xx.2022-ci il tarixdə qəbul edilmişdir. İnzibati xəta haqqında protokol isə baxılmaq üçün məhkəməyə xx.xx.2023-cü il tarixdə, yəni qanunla müəyyən edilmiş müddət keçdikdən sonra göndərilmişdir. Azərbaycan Respublikası İXM-nin 53.1.6-cı maddəsində göstərilir ki, bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Göstərilənlərə əsasən hesab edirəm ki, Şəxs barəsində Azərbaycan Respublika İXM-nin 157-ci maddəsi ilə olan inzibati xəta haqqında işin icraatına inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyinə görə xitam verilməlidir. Azərbaycan Respublikasının İXM-nin 38.1, 38.3, 40, 43, 53.1.6, 114, 128-130-cu maddələrini rəhbər tutub, Qərara aldım: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə olan inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar