Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-65/2024 30.01.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Mingəçevir şəhər Məhkəməsinin hakimi Cəbrayılzadə Elza Vaqif oğlunın, Nəzirov Elzamin Çingiz oğlunun katibliyi ilə, xx.xx.1993–cü il tarixdə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, fərdi işlə məşgul olan, Mingəçevir şəhəri, Günəşli qəsəbəsi 2 ünvanında yaşayan X5 Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Borclu X1 Şəhər Məhkəməsinin 2(051)-208/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsi üzrə icra ödənişi 2999.17 manat məbləğində pul borcunun ödənilməsinə dair xəbərdarlıq edilməsinə baxmayaraq, Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmurunun qanuni tələblərinə qəsdən tabe olmamış və icra sənədini icra etməmişdir. Bu hərəkətləri ilə X7 Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə icra məmuruna və borcluya məlumat verilməsinə baxmayaq, məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru məhkəməyə qəbz ünvanlayaraq X2ndan 2600 manatı şəxsən qəbul etdiyini bildirdi. X2 məhkəməyə ərizə ünvanlıyaraq bildirdi ki, Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-208/2021 saylı, xx.xx.2021 tarixli icra sənədinin icrası üzrə icra ödənişin ödənilməsi məqsədi ilə barəsində tərtib olunmuş protokol üzrə Ədliyyə Nazirliyinin depozit hesabına olan borcunu 2600 manatı tam şəkildə ödəmişdir. Hazırda məhkəmədən barəsində tərtib olunmuş protokol üzrə inzibati işə xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İşdə olan Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-208/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsindən görünür ki, cavabdeh X4 37131 manat alınıb iddiaçılar X8, X10 və X6 verilməsi qət edilmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli MN ******* saylı protokoldan görünür ki, Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-208/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə icra ödənişinin 2599.17 manat məbləğində borcu X7 tərəfindən ödənilmədiyindən, onun barəsində AR İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İşə əlavə olunmuş xx.xx.2021-ci il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Mingəçevir şəhər İcra və Probasiya şöbəsinin icra məmuru Sənan Hacıməmmədovun icraatına daxil olmuş Mingəçevir Şəhər Məhkəməsinin 2(051)- 208/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə icraata başlamışdır və xx.xx.2021ci il tarixli bildirişlə tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir. İşə əlavə olunmuş sənədlərdən görünür ki, xx.xx.2021-ci il tarixdə və xx.xx.2022-ci il tarixdə borcluya inzibati xəbərdarlıq göndərilmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, Mingəçevir şəhəri İcra və Probasiya Şöbəsinin icra məmuru X2ndan 2600 manat pulu qəbul etmişdir. Beləliklə, borclunun izahatı, icra məmurunun məhkəməyə təqdim etdiyi məktubdan, işdə olan sənədlər və digər iş materialları ilə müəyyən olunur ki, X2 icra sənədinin qəsdən və qərəzli olaraq icrasından yayınmamış, yəni borcunu maddi vəziyyəti yaxşı olmadığından ödəyə bilməmiş və xüsusən icra məmurunun qanuni tələbinə tabesizlik göstərməmişdir. Belə ki, iş materialları araşdırılarkən müəyyən olundu ki, şəxs borcunu tam şəkildə ödəyib. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadığından X2 barəsində inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 105.2-ci maddəsinə əsasən inzibati xəta haqqında işin icraata xitam verilməsi haqqında qərarın surəti barəsində belə qərar qəbul edilmiş şəxslərə və zərərçəkmiş şəxsə göndərilir. 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir; 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. İnzibati xəta haqqında protokolu, icra məmurunun və borclunun izahatlarını, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı və borcun ödənilməsi ilə bağlı təqdim etdiyi qəbzi, eyni zamanda inzibati işin materialında da olan sənədləri nəzərdən keçirib iş üzrə sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, iş üzrə icraat xitam verilməlidir. Bu səbəbdən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-in 53.1.2-ci maddəsinə əsasən X2nun barəsində olan inzibati xəta haqqında işə, inzibati xəta tərkibi olmadığı əsası ilə xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48–50, 53, 106, 112, 114, 117 və 128–130–cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərardan, qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Mingəçevir Şəhər Məhkəməsi (Mingəçevir şəh., S.Vurğun 16) vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Şəki şəh., Sabit Rəhman 7) şikayət verilə bilər. Hakim: Elza Cəbrayılzadə
Məhkəmə qərarları › İş №3(051)-65/2024
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-65/2024
30.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver