Məhkəmə qərarları › İş №3(051)-650/2023

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-650/2023

21.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-650/2023 21.12.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyeva Güləndam Gündüz qızının sədrliyi, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs və Zərərçəkmiş şəxs qanuni nümayəndəsi X4 iştirakı ilə xx.xx.1999-cu il tarixdə Mingəçevir şəhərində doğulmuş, orta-təhsilli, işləməyən, subay, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İXM-in 157–ci maddəsi ilə barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Şəxs xx.xx.2023-cü il tarixdə 15:00 radələrində Mingəçevir şəhəri təxminən saat 15:00 radələrində Zərərçəkmiş şəxs oğlu tərəfindən yol nəqliyyat hadisəsi törədilmiş və ehtiyatsızlıqdan zərərçəkmiş şəxslərə ağır və az ağır zərər vurmuşdur. Hadisədən sonra zərərçəkmiş şəxslər Şəxs tanışı olduğu üçün o, hadisə yerinə gəlmiş və hadisəni törətmiş Zərərçəkmiş şəxs ilə mübahisə etmişdir. Mübahisə zamanı Şəxs Zərərçəkmiş şəxs döymüşdür. Məhkəmə iclası zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixə günorta saatlarında Zərərçəkmiş şəxs oğlu tərəfindən yol nəqliyyat hadisəsi törədilmiş və ehtiyatsızlıqdan onun tanışları zərərçəkmiş şəxslərə ağır və az ağır zərər vurmuşdur. Hadisədən sonra zərərçəkmiş şəxslər yaxın münasibətlərdə olduğu üçün o, hadisə yerinə gəlmişdir. Hadisə yerinə zərərçəkmiş şəxslərə sağlamlıqlarına zərər dəydiyi üçün bundan əsəbiləşmiş və orada hadisəni törədən Zərərçəkmiş şəxsla və onun atası ilə mübahisə etmişdir. Mübahisə zamanı Zərərçəkmiş şəxs və atası onu yumruq ilə vurduqda, o da əsəbiləşərək X9 vurmuşdur. O, hazırda xəstədir, İİİ qrup əlildir, “Qarabağ müharibəsinin” iştirakçısıdır, “Suqovşanın azad olunmasına görə” medallarla təltif olunmuşdur. Ona görə də məhkəmədən barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclası zamanı Zərərçəkmiş şəxs qanuni nümayəndəsi X8 bildirdi ki, xx.xx.2023-cü il tarixdə saat 15:00 radələrində onun oğlu Zərərçəkmiş şəxs yol nəqliyyat hadisəsi törədilmiş və ehtiyatsızlıqdan zərərçəkmiş şəxslərə ağır və az ağır zərər vurmuşdur. Hadisədən sonra Şəxs hadisə yerinə gələrək və oğlu Zərərçəkmiş şəxs döymüşdür. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(051)-650/2023 saylı qərarına əsasən Şəxs 300 manat inzibati cərimə edilmişdir. Həmin qərardan o, apellyasiya şikayəti vermiş və xx.xx.2023-cü il tarixli 3(107)-336/2023 saylı qərarı ilə apelyasiya şikayəti təmin edilmiş və Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(051)- 650/2023 saylı qərarı ləğv edilmişdir. Bundan başqa o, inzibati xəta haqqında iş üzrə icraatın başlanmasına əsas olan Mingəçevir şəhər polis şöbəsinin TB-nin təhqiqatçısı, polis kapitanı X5 “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərarından məhkəməyə şikayət verərək həmin qərarın ləğv olunmasını xahiş etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin 6(051)-21/2023 saylı xx.xx.2023-cü il tarixli qərarına əsasən şikayət təmin edilməmiş, Mingəçevir şəhər polis şöbəsinin TB-nin təhqiqatçısı, polis kapitanı X5 “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərarı ləğv edilmişdir. Odur ki, Məhkəmədən qanuni daxilində tədbir görülməsi xahiş edir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin izahatını, işə əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, hazırki inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. İşdə olan sübutlar: xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə Mingəçevir şəhərində yol nəqliyyat hadisəsi zamanı Şəxs Zərərçəkmiş şəxs döymüşdür. Mingəçevir şəhər polis şöbəsinin TB-nin təhqiqatçısı, polis mayoru Rəşad Əhmədovun “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Zərərçəkmiş şəxs məlumatı və ərizəsi əsasında toplanmış material üzrə Şəxs Zərərçəkmiş şəxs vuraraq sağlamlığa zərər vurmayan xəsarətlər yetirməklə döyməsi xüsusatı qüvvədə olan qanunvericiliyə əsasən cinayət əməli sayılmadığından, həmin xüsusat üzrə cinayət işi başlanması rədd edilmiş, Azərbaycan Respublikası İXM– nin 157–ci maddəsinə əsasən Şəxs Zərərçəkmiş şəxs vuraraq döyməsi inzibati hüquq pozma sayıldığından, Şəxs barəsində inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti aidiyyəti üzrə verilməsi qərara alınmışdır. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(051)-650/2023 saylı qərarına əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM–nin 157–ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 300 manat məbləğində inzibati cərimə edilmişdir. Zərərçəkmiş şəxs qanuni nümayəndəsi X1 şəhər polis şöbəsinin TB-nin təhqiqatçısı, polis kapitanı X5 “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərarından şikayət vermiş və Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 6(051)-21/2023 saylı qərarına əsasən şikayət təmin olunmuş, Mingəçevir şəhər polis şöbəsinin TB-nin təhqiqatçısı, polis kapitanı X5 “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərarı ləğv edilmişdir. Zərərçəkmiş şəxs qanuni nümayəndəsi X2 Şəhər Məhkəməsinin 3(061)-650/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardan şikayət vermiş və Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(107)-336/2023 saylı qərarından görünür ki, X4 şikayəti təmin edilmiş və Mingəçevir Şəhər Məhkəməsinin 3(061)-650/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ləğv edilmiş, Mingəçevir şəhər Polis Şöbəsinə həmin materiallar üzrə əlavə araşdırma aparılması həvalə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 75–ci maddəsində inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi) inzibati xətalar haqqında işlərin icraatı üzrə sübut edilməli olan hal kimi müəyyən edilmişdir. 3–cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 13–cü maddəsində göstərilmişdir ki, inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. 53.1.1–ci maddəsində göstərilmişdir ki, inzibati xəta hadisəsi olmadıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. 114.2.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan biri mövcud olduqda, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. İş materiallarından görünür ki, inzibati xəta haqqında iş üzrə icraatın başlanmasına əsas olan Mingəçevir şəhər X11 Bölməsinin təhqiqatçısı, polis kapitanı Rəşad Əhmədovun xx.xx.2023-cü il tarixli “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərarı, Mingəçevir Şəhər Məhkəməsinin 6(051)-21/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə ləğv edilmişdir. Məhkəmə, inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda açıq məhkəmə iclasında baxaraq mühüm əhəmiyyətə malik olan bütün halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını, iş üzrə icraat materiallarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Şəxs xx.xx.2023-cü il tarixdə Mingəçevir şəhərində yol nəqliyyat hadisəsi zamanı Zərərçəkmiş şəxs döyməsi ilə bağlı inzibati xəta haqqında iş üzrə icraatın başlanmasına əsas olan Mingəçevir şəhər X11 Bölməsinin təhqiqatçısı, polis kapitanı X5 xx.xx.2023-cü il tarixli “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərarı Mingəçevir Şəhər Məhkəməsinin 6(051)-21/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə ləğv edilmişdir. Belə olan halda hazırkı vəziyyətdə inzibati xəta hadisəsi mövcud deyildir. Ona görə də məhkəmə hazırki inzibati xəta haqqında işin icraatına xitam verilməsini qanuni və əsaslı hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48– 50, 53, 106, 112, 114, 117 və 128–130–cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157–ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işin icraatına inzibati xəta hadisəsi olmadığına görə xitam verilsin. Qərardan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apelyasiya instansiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Güləndam Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar