Məhkəmə qərarları › İş №3(051)-651/2022

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-651/2022

12.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-651/2022 12.10.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızı, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, İcra və probasiya şöbəsinin icra məmuru X1, zərərçəkmiş şəxs "xxxx" ASC-nin nümayəndəsi X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştiraki ilə, xx.xx.1981-ci ildə Ağdam rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, evli, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Mingəçevir şəhər İcra və Probasiya şöbəsi tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında materiala baxaraq M ü ə y y ə n e t d i m: Ağdam rayon Məhkəməsinin 2(013)-706/2022 №li xx.xx.2022-ci il tarixli icra sənədi üzrə 1945.92 manat pulu iddiaçı "xxxx" ASC-yə ödəməməsinə görə Şəxs barəsində Mingəçevir şəhər icra və probasiya şöbəsi tərəfindən Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, Ağdam rayon Məhkəməsinin 2(013)-706/2022 №li xx.xx.2022-ci il tarixli icra sənədinə görə xx.xx.2019-cu il tarixli, 600821-143204/10 saylı kredit müqaviləsinə əsasən 1882.47 manat əsas, 23.99 manat faiz, cəmi 1906.46 (bir min doqquz yüz altı manat qırx altı qəpik) manat borc və ödənilmiş 39.46 (otuz doqquz manat qırx altı qəpik) manat dövlət rüsumunun ondan tutulub iddiaçı "xxxx" ASC-yə ödənilməsi qət edilmişdir. Lakin maddi imkanı olmadığına görə borcunu ödəyə bilməmişdir. O, icra sənədini icra etməkdən, icra məmurunun qanuni tələblərini yerinə yetirməkdən boyun qaçırmamışdır. Mülkiyyətində də elə bir əmlak yoxdur ki, satıb borcunu ödəsin. Borcunu tam şəkildə ödəməyə imkanı yoxdur, lakin hər ayın 20-i 50 manat məbləğində ödəniş edə bilər. Borcunu hissə-hissə ödəməsi ilə bağlı tələbkarla razılığa gəlmişlər. İş üzrə icraata xitam verilməsini xahiş edir. Zərərçəkmiş şəxs "xxxx" ASC-nin nümayəndəsi X2 məhkəmə iclasında izahatında bildirdi ki, Ağdam rayon Məhkəməsinin 2(013)-706/2022 №li xx.xx.2022-ci il tarixli icra sənədinə görə xx.xx.2019-cu il tarixli, 600821-143204/10 saylı kredit müqaviləsinə əsasən 1882.47 manat əsas, 23.99 manat faiz, cəmi 1906.46 (bir min doqquz yüz altı manat qırx altı qəpik) manat borc və ödənilmiş 39.46 (otuz doqquz manat qırx altı qəpik) manat dövlət rüsumunun cavabdeh Şəxs tutulub iddiaçı "xxxx" ASC-yə ödənilməsi qət edilmişdir. Şəxs borcunu ödəməmiş, 1945.92 manat borcu yaranmışdır. Həqiqətən də Şəxs borcunu bir dəfəyə tam ödəməyə maddi imkanı yoxdur. Borcun hissə-hissə ödənilməsi ilə bağlı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs ilə razılığa gəlmişlər. İş üzrə icraata xitam verilməsini xahiş edir. Mingəçevir şəhər icra və probasiya şöbəsinin icra məmuru X1 məhkəmə iclasında bildirdi ki, Ağdam rayon Məhkəməsinin 2(013)-706/2022 №li xx.xx.2022-ci il tarixli icra sənədinə görə xx.xx.2019-cu il tarixli, 600821-143204/10 saylı kredit müqaviləsinə əsasən 1882.47 manat əsas, 23.99 manat faiz, cəmi 1906.46 (bir min doqquz yüz altı manat qırx altı qəpik) manat borc və ödənilmiş 39.46 (otuz doqquz manat qırx altı qəpik) manat dövlət rüsumunun cavabdeh Şəxs tutulub iddiaçı "xxxx" ASC-yə ödənilməsi qət edilmişdir. Lakin Şəxs borcunu ödəməmiş, 1945.92 manat borcu yaranmışdır. Ona görə də Şəxs barəsində inzibati protokol tərtib edilmişdir. Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinin mənasına görə məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət yaranır. Lakin məhkəmə iclasında Şəxs icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirməməsi müəyyən edilmədi. Müəyyən edildi ki, Şəxs borcunu maddi imkanı olmadığına görə ödəyə bilməmişdir. Azərbaycan Respublikasının İXM-nin 109.2-ci maddəsində göstərilir ki, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilir. İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. İş üzrə toplanmış sübutlara qiymət verərək hesab edirəm ki, Şəxs əməlində inzibati xətanın tərkibi olmadığına görə iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48-51, 128-130-ci maddələrini rəhbər tutaraq Qəraraaldım: Şəxs əməlində inzibati xətanın tərkibi olmadığına görə barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar