Məhkəmə qərarları › İş №3(051)-651/2025

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-651/2025

09.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-651/2025 09.10.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi, Qurbanova Xanım Bəxtiyar qızının katibliyi ilə, xx.xx.1977-ci il tarixdə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: DİN BDYPİ-dən daxil olmuş xx.xx.2025-ci il tarixli EQ seriyalı 27006013 nömrəli, xx.xx.2025-ci il tarixli EQ seriyalı 27800812 nömrəli, xx.xx.2025-ci il tarixli EQ seriyalı 27800812 nömrəli, xx.xx.2025-ci il tarixli EQ seriyalı 27800802 nömrəli, inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətanın törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarını müəyyən edilmiş 3 ay müddət ərzində ödəməmişdir. Bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və Mingəçevir ŞPŞ-yə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, məhkəmə iclasında iştirak etməmişlər və iştirak etməmələrinin səbəbləri barədə hər hansı məlumat verməmişlər. Məhkəmə işə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin DYP Web Portal çıxarışının surətindən görünür ki, Şəxs xx.xx.2025-ci il tarixli, EQ seriyalı 27006013 nömrəli inzibati xəta haqqında iş üzrə qərarla ona təyin edilmiş 50 manat cəriməni ödəmədiyinə görə, cərimənin üzərinə əlavə olaraq 30 manat məbləğində dəbbə pulu hesablanmışdır və hal-hazırda Şəxs ödəməli olduğu ümumi məbləğ 80 manat təşkil edir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin DYP Web Portal çıxarışının surətindən görünür ki, Şəxs xx.xx.2025-ci il tarixli EQ seriyalı 27800812 nömrəli inzibati xəta haqqında iş üzrə qərarla ona təyin edilmiş 200 manat cəriməni ödəmədiyinə görə, cərimənin üzərinə əlavə olaraq 120 manat məbləğində dəbbə pulu hesablanmışdır və hal-hazırda Şəxs ödəməli olduğu ümumi məbləğ 320 manat təşkil edir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin DYP Web Portal çıxarışının surətindən görünür ki, Şəxs xx.xx.2025-ci il tarixli EQ seriyalı 27800802 nömrəli inzibati xəta haqqında iş üzrə qərarla ona təyin edilmiş 200 manat cəriməni ödəmədiyinə görə, cərimənin üzərinə əlavə olaraq 120 manat məbləğində dəbbə pulu hesablanmışdır və hal-hazırda Şəxs ödəməli olduğu ümumi məbləğ 320 manat təşkil edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 529.3-cü maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud bu Məcəllənin 339.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə - nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə hesab edir ki, həmin xətaların az əhəmiyyətli olmasına görə inzibati xəta törətmiş şəxsin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar və onun əməlində inzibati məsuliyyəti istisna edən hallar yoxdur. İnzibati xəta haqqında iş üzrə icraatda tədqiq edilmiş həmin sübutlar qanunda nəzərdə tutulmuş qaydada əldə edilməklə bərabər, inzibati xəta törətmiş şəxsin təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Odur ki, məhkəmə belə qənaətə gəlir ki, Şəxs həm İXM-in 469.3-cü göstərilən xətanı, həm də İXM–in 328.3-cü maddəsində göstərilən xətanı törətmişdir. Onun həmin xətanı törətməsi məhkəmə iclası zamanı kifayət qədər sübutlarla sübut edilmişdir. Beləliklə hər iki xətanın sanksiyası həddində hər bir xəta haqqında ayrıayrılıqda onun barəsində tənbeh tətbiq edilməlidir. Belə ki, İXM-in 34.1-ci maddəsinin məzmunundan da aydın olur ki, bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Məhkəmə Şəxs əməlində məsuliyyəti yüngülləşdirən hal müəyyən edilmədi. Məhkəmə Şəxs xətanı inzibati xətaya görə inzibati tənbeh almış şəxsin eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsi İXM-in 33.1.2-ci maddəsinə görə ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə İXM-in 529.3-cü maddəsi ilə aparılan inzibati xəta haqqında iş üzrə inzibati xətanın xarakterini, şəxsin əməlində yüngülləşdirici halların olmamasını və ağırlaşdırıcı halların olmasını, xətanın idarəçilik qaydaları əleyhinə olan olduğunu və polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamasını və şəxsin cərimələnməsinin lüzumsuz olduğunu nəzərə alaraq, məhkəmə hesab edir ki, şəxsin törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilinməz. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə inzibati xəta törətmiş şəxsə törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş 8 ay müddətə nəqliyyat vasitəsinin idarəetmə hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh verilməsilə inzibati tənbehin məqsədlərinə nail oluna bilər. Məhkəmə hesab edir ki, hazırki iş üzrə Şəxs barəsində icraat aparıldığı İXM-in 529.3-cü maddəsi ilə təqsirli hesab edilməli və həmin maddənin sanksiyasının həddində nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək nəqliyyat vasitələrini idarə etmə hüququ 08 (səkkiz) ay müddətinə məhdudlaşdırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Mingəçevir şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Elza Cəbrayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar