Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-652/2023 16.08.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi Ağayeva Aynurə Nizami qızının katibliyi ilə. Mingəçevir şəhər prokurorluğunun nümayəndəsi X6, Mingəçevir şəhər İHB yanında Qəyyumluq və Himayəçilik Orqanının nümayəndəsi X7, Pedaqoq-psixoloq X1, Zərərçəkmiş şəxs: azyaşlı X2, Barəsində protokol tərtib edilmiş şəxs: Şəxsnun iştirakı ilə xx.xx.1980-ci ildə Risiya Federasiyası, Mari MR, Yoşkar Olaş şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, subay, əvvəllər məhkum olunmamış və inzibati məsuliyyətə cəlb edilməmiş, Ağdam rayonu, Novruzlu kəndində qeydiyyatda olan və ünvan 1 ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola inzibati xəta haqqında işüzrə icraatda açıq məhkəmə iclasında baxaraq M ÜƏ Y YƏ N E T D İ : Şəxs xx.xx.2023-cü il tarixdə, saat 19:00 radələrində yaşadıqları mehmanxananın dəhlizində qardaşı oğlu azyaşlı X8 ilə rastlaşmış, Şəxs qardaşı oğlunu qucaqlayıb görüşmək istəyən zaman Nurlan ağlayaraq ondan uzaqlaşmaq istyəndə Şəxs onun alt çənəsindən və çiyinlərindən bərk tutaraq qəsədən ona fiziki ağrı yetirmişdir. Bu hərəkətləri ilə Şəxs Azərbaycan Respublikası İXM-in 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəxsnun həmin inzibati xətanı törətməsi zərərçəkmiş şəxsin izahatı və işdə olan mötəbər sənədlərlə təsdiq olunmuşdur. İnzibati xətanı törətmiş şəxs Şəxs məhkəmə iclası zamanı özünü təqsirli bilməyərək göstərdi ki, zərərçəkmiş onun qardaşı oğludur. xx.xx.2023-cü il tarixdə, saat 19:00 radələrində yaşadıqları mehmanxananın dəhlizində qardaşı oğlu azyaşlı X4 görmüş və onunla görüşmək istəmişdir. O Nurlanı döyməmiş nə də fiziki ağrı yetirməmişdir. Odur ki, məhkəmədən onun barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş edir. Məhkəmədə Mingəçnevir şəhər İHB yanında Qəyyumluq və Himayəçilik Orqanının nümayəndəsinin və pedaqoq-psixoloqun iştirakı ilə dindirilmiş zərərçəkmiş şəxs azyaşlı X8 oğlu məhkəmə iclası zamanı göstərdi ki, xx.xx.2023-cü il tarixdə, yaşadıqları mehmanxananın həyətində nənəsinin yanında qardaşı ilə oynayarkən su içmək istəmiş və bu səbəbdən evə gedərkən memanxanının dəhlizində bibisi Cəmilə ona yaxınlaşmış və zorla onu öz otaqlarına çəkib aparmaq istəmişdir. O buna etiraz edəndə bibisi Cəmilə onun alt çənəsindən və çiyin nahiyəllərindən bər tutub sıxmış və ona fiziki ağrı yetirmişhdir. Məhkəmədə Mingəçnevir şəhər İHB yanında Qəyyumluq və Himayəçilik Orqanının nümayəndəsinin və pedaqoq-psixoloqun iştirakı ilə dindirilmiş azyaşlı zərəçəkmiş şəxsin qardaşı X5 göstərdi ki, qardaşı ilə mehmanxananın həyətində oynayarkən qardaşı Nurlan su içmək istəmiş və bu səbəbdən də mehmanxanaya öz otqlarına qalxmaışdır. Bu vaxtı dəhlizdən qardaşının qışqırıq səsi gəlmişdir. O həmin yerə getdikdə bibisi Cəmilə qardaşını döyməyərək qışqırdığını görmüşdür. İşdə olan xx.xx.2023-cü il tarixli, 395 saylı ekspert rəyindən görünür ki, X3 müainə zamanı bədənində aşkar olunan xəsarətlər-hər iki çiyin qurşaqlarında, hər iki bazu nahiyyələrində qançırlar, alt çənədə və sol dirsək nahiyyələrində sıyrıqlar bərk küt əşyanın (alətlərin) təsirindən əmələ gələ bilər, yetirmə müddəti xx.xx.2023-cü il tarixə uyğundur. Sağlamlığa zərər vurmadıqları üçün dərəcəsi təyin edilmir. İşdə olan 26 iyun 2023-cü il tarixloi «cinayət işinin başlanılmasının rədd edilməsi haqqında» qəraradan görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığı üçün cinayət işinin başlanılması rədd edilmişdir və barəsində inzbağti qaydada tədbir görülməsi üçün qərarıe surəti Mingəçevir şəhər PŞ-nn İTB-nə verilmişdir. İşdə olan Mingəçevir ŞPŞ-nin inzibati xəta haqqında iş üzrə icraatın başanılması haqqında qərarından görünür ki, Şəxs barəsində İXM-in 157-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmış və inzibati araşdırma aparılmışdır. İş materiallarına əlavə edilmiş diskdə olan fotoşəkillərdən zərərçəkmiş şəxsin bədəni üzərində xəsarətlər olması müəyyən olunur. Həmçinin həmin diskdə olan səs yazısından hadisənin olması öz əksini tapır. Məhkəmə ekspert rəyini, «cinayət işinin başlanılmasının rədd edilməsi haqqında» qərarı və diski iş üçün əhəmiyyət kəsb etdiyi üçün mötəbər sübut kimi qəbul edir. Beləliklə, məhkəmə iclası zamanı təsdiq olundu ki, Şəxs xx.xx.2023-cü il tarixdə, saat 19:00 radələrində yaşadıqları mehmanxananın dəhlizində qardaşı oğlu azyaşlı X8 ilə rastlaşmış, Şəxs qardaşı oğlunu qucaqlayıb görüşmək istəyən zaman Nurlan ağlayaraq ondan uzaqlaşmaq istyəndə Şəxs onun alt çənəsindən və çiyinlərindən bərk tutaraq qəsədən ona fiziki ağrı yetirmişdir. Məhkəmə Şəxs özünü təqsirli bilməməsini özünün müdafiə üsulu kimi qiymətləndirir. Onun gətirdiyi dəlillər məhkəmədə tədqiq olunmuş sübutlarla təkzib olunur. Məhkəmə, inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda baxaraq, mühüm əhəmiyyətə malik olan bütün halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, iş üzrə icraat materiallarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Şəxs azyaşlı X4 döyərək ona fiziki ağrı yetirməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və onun əməlində inzibati xəta tərkibinin bütün əlamətləri mövcuddur. Onun qeyd olunan inzibati xətanı törətməkdə təqsirli olması işdə olan materiallarla, iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə və digər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin xətanın az əhəmiyyətli olmasına görə inzibati xəta törətmiş şəxsin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar və onun əməlində inzibati məsuliyyəti istisna edən hallar yoxdur. İnzibati xəta haqqında iş üzrə icraatda tədqiq edilmiş həmin sübutlar qanunda nəzərdə tutulmuş qaydada əldə edilməklə bərabər, inzibati xəta törətmiş şəxsin təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmişşəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsində göstərilir ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin inzibati tənbehin məqsədlərini müəyyən edən 21-ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31-ci maddəsinin tələblərinə görə fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə hesab edir ki, Şəxs ilk dəfə inzibati xəta törətməsi, Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsini rəhbər tutaraq məhkəmə onun məsuliyyətini yüngülləşdirən hal kimi qiymətlərdirir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən İnzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. Şəxs əməlində məsuliyyəti ağırlaşdıran hal müəyyən edilmədi. Beləliklə, məhkəmə, inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini və onun təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən halların olmasını, məsuliyyəti ağırlaşdıran halların olmamasını, nəzərə alaraq, Şəxsnun barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini qanuni, əsaslı, ədalətli və inzibati tənbehin məqsədlərinə uyğun hesab edir. Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinə əsasən Döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 21,40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərardan, 10 gün müddətinə həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apellyasiya instansiya məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM Ələkbər Hüseynov
Məhkəmə qərarları › İş №3(051)-652/2023
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-652/2023
16.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver