Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-656/2022 15.10.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi Zərərçəkmiş şəxslər X2 və X1 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs iştirakı ilə xx.xx.1979-cu il tarixdə Bərdə rayonu, Dəymədağlı kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, Bərdə rayonu, Dəymədağlı kəndində yaşayan Şəxs Azərbaycan Respublikası İXM–nin 227-ci maddəsi ilə barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda açıq məhkəmə icasında baxaraq MÜƏYYƏNETDİ: Şəxs xx.xx.2022-ci il tarixdə Mingəçevir şəhəri, Ə.Vahid küçəsində yerləşən Oskar kafesində Zərərçəkmiş şəxs Samsung Galaxy A03 markalı 300 manat dəyərində mobil telefonu danışmaq adı ilə alıb geri qaytarmayaraq oğurlamışdır. Bundan başqa o, xx.xx.2022-ci il tarixdə Mingəçevir şəhəri, Sahil parkında Mercedes markalı **-DL-*** dövlət nömrə nişanlı avtomobildən X3 məxsus 100 manat pul və X9 prime markalı telefonu oğurlamışdır. Bundan başqa o, xx.xx.2022-ci il tarixdə Mingəçevir şəhər Məscidinin yaxınlığında X2 210 manat pulunu və 200 manat dəyərində mobil telefonunu oğurlamışdır. Bu hərəkəti ilə Şəxs Azərbaycan Respublikası İXM-in 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclası zamanı barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs özünü ona qarşı irəli sürülmüş inzibati xəta ittihamında tam təqsirli bilərək izahatında göstərdi ki, xx.xx.2022-ci il tarixdə tanışı Şamxal ilə birlikdə Mingəçevir şəhərində yerləşən Oskar kafesinə getmişlər. Həmin vaxt Şamxaldan danışmaq üçün telefonunu istəmiş və həmin telefonu ötürüb getmişdir. Həmin telefonu bir neçə gün sonra Rövşən adlı şəxsə 120 manata satmışdır. Bundan əlavə o, xx.xx.2022-ci il tarixdə Mingəçevir şəhərində Mercedes markalı **-DL-*** dövlət nömrə nişanlı avtomobilə əyləşərək Sahil parkına getməsini bildirmişdir. Sahil parkına çatan zaman sürücüdən qazlı su almasını istəmiş və düşüb gedən zaman avtomobildə olan 100 manat pulu və X9 prime markalı telefonu oğurlamışdır. Həmin telefonu Bakı şəhərində Rövşən adlı şəxsə 50 manata satmışdır. Bundan başqa o, xx.xx.2022-ci il tarixdə Yevlax rayonu ərazisində VAZ 2106 markalı maşına əyləşmiş və gedib çay içmişlər. O, söhbət əsnasında həmin şəxsə sosialda işlədiyini və qardaşının da 7 rayonun sosial rəhbəri olduğunu bildirmişdir. Bundan sonra Veys adlı şəxs ona aliment borcu olduğunu bildirmişdir. O isə həmin məsələni 150-200 manata həll edəcəyini bildirib Mngəçevir şəhərinə gəlmişlər. Mİngəçevir şəhərində avtovağzala çatdıqda səhər saat 9 da gəlib onu götürməsini bildirmişdir. Səhəri gün zərərçəkmiş şəxslə məscidin yanında görüşmüş və ondan 210 manat pul və danışmaq üçün samsung markalı telefon alıb oradan uzaqlaşmışdır. Həmin telefonu bakı şəhərində tanımadığı şəxsə satmışdır. Hazırda əməlindən peşmandır. Odur ki, məhkəmədən ona həbslə əlaqədar olmayan tənbeh verilməsini xahiş edir. Zərərçəkmiş şəxs X5 məhkəmə iclası zamanı izahatında göstərdi ki, Şəxs xx.xx.2022-ci il tarixdə Yevlax rayonu ərazisində ona məxsus VAZ 2106 markalı maşın əyləşmiş və gedib çay içmişlər. Söhbət əsnasında həmin şəxs ona sosialda işlədiyini və qardaşının da 7 rayonun sosial rəhbəri olduğunu bildirmişdir. Bundan sonra o, ona aliment borcu olduğunu bildirmişdir. O isə həmin məsələni 150-200 manata həll edəcəyini bildirib Mingəçevir şəhərinə gəlmişlər. Mİngəçevir şəhərində avtovağzala çatdıqda səhər saat 9 da gəlib onu götürməsini bildirmişdir. Səhəri gün həmin şəxslə məscidin yanında görüşmüş və ondan 210 manat pul və danışmaq üçün samsung markalı telefon alıb oradan uzaqlaşmışdır. Bununla belə Şəxs hadisədən sonra dəymiş ziyanı ödəməmişdir və ondan şikayətçidir. Odur ki, qərar qəbul edərkən izahatında göstərilənlərin nəzərə alınmasını xahiş edir. Zərərçəkmiş şəxs X4 məhkəmə iclası zamanı izahatında göstərdi ki, o, xx.xx.2022-ci il tarixdə tanışı Vüqar ilə birlikdə Mingəçevir şəhərində yerləşən Oskar kafesinə getmişlər. Həmin vaxt Vüqar ondan danışmaq üçün telefonunu istəmiş və həmin telefonu ötürüb getmişdir. . Bununla belə Şəxs hadisədən sonra dəymiş ziyanı ödəməmişdir və ondan şikayətçidir. Odur ki, qərar qəbul edərkən izahatında göstərilənlərin nəzərə alınmasını xahiş edir. İşdə olan Mingəçevir şəhəri "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli 163 nömrəli rəyindən görünür ki, hazırki dövrdə işlənmiş vəziyyətdə 1 (bir) ədəd “Samsung galaxy grand prime ” markalı mobil telefonun qiyməti 50 manat dəyərindədir. İşdə olan Mingəçevir şəhəri "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli 162 nömrəli rəyindən görünür ki, hazırki dövrdə işlənmiş vəziyyətdə 1 (bir) ədəd “Samsung galaxy A 03 ” markalı mobil telefonun qiyməti 300 manat dəyərindədir. İşdə olan Mingəçevir ŞPŞ-nin xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. İşdə olan inzibati qaydada tutma haqqında qərardan görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat 19:30-da inzibati qaydada tutulmuşdur. Şəxs həmin inzibati xətanı törətməsi özünün etirafı, zərəçəkmiş şəxsin ifadəsi və işdə olan sənədlərlə təsdiq olunmuşdur. İnzibati xətanı törətmiş şəxs Şəxs məhkəmə iclası zamanı özünü ona qarşı irəli sürülmüş inzibati xəta ittihamında tam təqsirli bilərək, əməlindən peşman olmasını göstərdi və məhkəmədən ona daha yüngül inzibati tənbeh təyin edilməsini xahiş etdi. Məhkəmə, inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda baxaraq, mühüm əhəmiyyətə malik olan bütün halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, iş üzrə icraat materiallarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Şəxs xx.xx.2022-ci il tarixdə Mingəçevir şəhəri, Ə.Vahid küçəsində yerləşən Oskar kafesində Zərərçəkmiş şəxs Samsung Galaxy A03 markalı 300 manat dəyərində mobil telefonu danışmaq adı ilə alıb geri qaytarmayaraq, xx.xx.2022-ci il tarixdə Mingəçevir şəhəri, Sahil parkında Mercedes markalı **-DL-*** dövlət nömrə nişanlı avtomobildən 100 manat pul və X9 prime markalı telefonu, xx.xx.2022-ci il tarixdə Mingəçevir şəhər Məscidinin yaxınlığında X2 210 manat pulunu və 200 manat dəyərində mobil telefonunu oğurlamaqla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227– ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və onun əməlində inzibati xəta tərkibinin bütün əlamətləri mövcuddur. Onun qeyd olunan inzibati xətanı törətməkdə təqsirli olması özünün etirafı, habelə işdə olan materiallarla, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin xətanın az əhəmiyyətli olmasına görə inzibati xəta törətmiş şəxsin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar və onun əməlində inzibati məsuliyyəti istisna edən hallar yoxdur. İnzibati xəta haqqında iş üzrə icraatda tədqiq edilmiş həmin sübutlar qanunda nəzərdə tutulmuş qaydada əldə edilməklə bərabər, inzibati xəta törətmiş şəxsin təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Azərbaycan Respublikası İXM-in 35.1-ci maddəsinə əsasən şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Həmin Məcəllənin 35.2-ci maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair xx.xx.2020-ci il tarixli Qərarının 2-ci bəndinə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsi eyni və ya müxtəlif vaxtlarda törədilən və baxılması eyni orqanın səlahiyyətinə aid edilmiş inzibati xətaların məcmusunun yaranmasının ümumi qaydasını müəyyən edir və onların hansı zamanda (eyni və ya müxtəlif vaxtlarda) törədilməsindən asılı olmayaraq eyni orqan tərəfindən tərtib olunmuş inzibati xətaya dair protokollar əsasında eyni vaxtda baxılmasını nəzərdə tutur. Həmin Məcəllənin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsinə görə, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin inzibati tənbehin məqsədlərini müəyyən edən 21-ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsini qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31-ci maddəsinin tələblərinə görə fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdiriən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlindən peşiman olması məsuliyyətini yüngülləşdirən haldır. Məsuliyyəti ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə, xətanın xarakterini, dəymiş ziyanın ödənilməməsini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini və əməlindən peşman olmasını nəzərə alaraq hesab edir ki, Şəxs barəsində aşağı həddə həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi qanuni, əsaslı, ədalətli və inzibati tənbehin məqsədlərinə uyğundur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İXM–in 30.3–cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə əlavə edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM–in 35.1, 35.2, 40, 43, 48- 51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 25 (iyirmi beş) gün müddətə inzibati qaydada həbs edilsin. Həbsə almanın əvvəli 14 oktyabr 2022–ci il tarixdən saat 19:30-dan hesablansın. Qərarın icrası Mingəçevir Şəhər Polis Şöbəsinə tapşırılsın. Qərardan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apelyasiya instansiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №3(051)-656/2022
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-656/2022
15.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver