Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-66/2022 11.02.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X1 iştirakı ilə xx.xx.1982-ci ildə Ağdam rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, işləməyən, Mingəçevir şəhəri, Az Dress 3 saylı qəsəbədə yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaya dair Mingəçevir şəhəri İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 14 yanvar 2020-ci il tarixli 2(006)-859/2020 saylı icra vərəqəsinə əsasən cavabdeh Şəxs cəmi 4062,50 manat məbləğində pul alınaraq iddiaçı X4 ödənilməsi qərara alınmışdır. Şəxs Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 14 yanvar 2020-ci il tarixli 2(006)- 859/2020 saylı icra vərəqəsinin icrasını üzrsüz səbəbdən icra etməməsinə görə Mingəçevir şəhər İcra və Probasiya Şöbəsi tərəfindən Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında inzibati protokol tərtib olunmuşdur. İnzibati protokola əlavə edilmiş sənədlərdən görünür ki, Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən borclu Şəxs tələbin könüllü icrası haqqında bildirişlər göndərilmiş, lakin borclu heç bir üzrlü səbəb olmadan icra sənədini icra etməmişdir. Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X2 məhkəmə iclasında bildirdi ki, iş üzrə borclu Şəxs Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 14 yanvar 2020-ci il tarixli 2(006)-859/2020 saylı icra vərəqəsinə əsasən cavabdeh Şəxs cəmi 4062,50 manat məbləğində pul alınaraq iddiaçı X4 ödəməli olduğu halda, davamlı olaraq ödəniş etməmiş, nəticədə 4062,50 manat məbləğində borcu ödənilməmiş qlmışdır. İcra məmuru tərəfindən rəsmi xəbardarlıq edilməsinə və izahatının alınmasına baxmayaraq borclu borcunu ödəməmişdir. Beləliklə borclu tərəfindən məhkəmə qərarının icrası ilə bağlı icra məmurunun qanuni tələbləri yerinə yetirilməmişdir. Ona görə də, borclunun barəsində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında inzibati protokol tərtib olunmuşdur. Hazırda Şəxs aliment üzrə yaranmış borcundan 300 manat ödəmişdir. Qalıq digər borcu isə qısa müddətdə ödəyəcəyinə söz verdi. Barəsində inzibati protokol tərtib olunmuş Şəxs məhkəmə iclasında bildirmişdir ki, tələbkar X4 olan borcunu ödəməkdən boyun qaçırmır, lakin maddi imkanı olmadığı üçün yaranmış borcunu vaxtında ödəyə bilməmişdir. Hazırda tələbkar ilə öz aralarında razılığa gəlmiş və borcundan 300 manat manat ödəniş etmiş, qalıq borcu isə tez bir zamanda ödəyəcəyini bildirdi. İşə əlavə olunmuş 11.02.2022-ci il tarixli qəbzdən görünür ki, Rzayev X3 İkram Tirman oğluna borcundan 300 manat pul ödəmişdir. Məhkəmə işdə olan sübutlara qiymət verərək aşağıdakılara əsasən hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Beləliklə, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin olduğu sübuta yetmir. Azərbaycan Respublikası İXM-nin 53.0.2-ci maddəsinə görə inzibati xətanın tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Şəxs əməlində inzibati xətanın tərkibi olmadığına görə barəsində olan inzibati işin icraatına xitam verilməlidir. Həmin Məcəllənin 114.2-ci maddəsində göstərilir ki, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Göstərilənlərə əsasən Şəxs oğlu barəsində Azərbaycan Republikası İXM-nin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Mingəçevir Şəhər Məhkəməsinin vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM: Ələkbər Hüseynov
Məhkəmə qərarları › İş №3(051)-66/2022
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-66/2022
11.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver