Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-66/2024 08.04.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi ilə xx.xx.1968-ci il tarixdə Bərdə rayonu, Alpout kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ: Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən borclu Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə verilmişdir ona görə ki, o, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(051)-212/2023 saylı icra vərəqəsi üzrə yaranmış 5709.24 manat borcun ödənilməsini nəzərdə tutan icra sənədinin icrası ilə əlaqədar Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmurunun qanuni tələblərinə qəsdən tabe olmamış, borcun ödənilməsindən boyun qaçırmış, bununla da borcunu ödəməkdən qəsdən yayınmışdır. Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru iştirak etdiyi məhkəmə iclası zamanı inzibati xəta haqqında protokolun dəlillərini müdafiə edərək izahatında göstərmişdir ki, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(051)-212/2023 saylı qanuni qüvvəyə minmiş qətnaməsi ilə cavabdehlər Şəxs və X1 müştərək qaydada 5201,50 manat məbləğində əsas kredit borcu, 424,70 manat məbləğində kredit müqaviləsi üzrə hesablanmış faiz borcu, 9,36 manat cərimə borcu, cəmi 5635,56 manat məbləğində borc və dövlət rüsumu kimi ödənilmiş 73,68 manat pul alınaraq Zərərçəkmiş şəxs ASC-nin hesabına ödənilməsi qət edilmişdir. Lakin borcluya dəfələrlə bildiriş və xəbərdarlıqlar göndərilməsinə baxmayaraq, o, borclu olduğu məbləği ödəməkdən yayınmışdır. O səbəbdən də borclu hazırki vaxtadək borcunu ödəməmişdir. Onun davranışı o nəticəyə gəlməyə əsas verir ki, o, borcunu qəsdən ödəmir, bundan yayınır və icra məmurunun qanuni tələblərinə qəsdən tabe olmur. Ona görə də hazırki protokolla məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, borclu haqqında qanuni tədbir görülməsini məhkəmədən xahiş etmişdir. Borclu Şəxs iştirak etdiyi məhkəmə iclası zamanı izahatında göstərmişdir ki, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(051)-212/2023 saylı qanuni qüvvəyə minmiş qətnaməsi ilə ondan və cavabdeh X1 müştərək qaydada 5201,50 manat məbləğində əsas kredit borcu, 424,70 manat məbləğində kredit müqaviləsi üzrə hesablanmış faiz borcu, 9,36 manat cərimə borcu, cəmi 5635,56 manat məbləğində borc və dövlət rüsumu kimi ödənilmiş 73,68 manat pul alınaraq Zərərçəkmiş şəxs ASC-nin hesabına ödənilməsi qət edilmişdir. Kredit götürən vaxt onun sabit qazancı, iş yeri olmuşdur. Sonradan ixtisara düşdüyünə görə iş yerini itirmişdir. Hazırda məşğulluq mərkəzində qeydiyyatda olsa da, ona iş təklif edilməmişdir. Ona görə də heç bir yerdə işləmir və qazancı yoxdur. Bununla belə işə məhkəmə baxılan vaxt 60 manat ödəniş etmişdir. Bundan sonra da hər ay ödəniş edəcəkdir. Odur ki, qərar qəbul edilərkən izahatında göstərdiyi halların nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Tələbkar Zərərçəkmiş şəxs ASC-nin nümayəndəsi Nümayəndə iştirak etdiyi məhkəmə iclası zamanı göstərmişdir ki, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli e- 2(051)-212/2023 saylı icra vərəqəsi üzrə yaranmış 5709.24 manat borc borclu tərəfindən ödənilməmişdir. Borcun ödənilməsini tələb etmişdir. Odur ki, məhkəmədən izahatında göstərilənlərin nəzərə alınaraq qərar çıxarılmasını xahiş etmişdir. Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuruna, borcluya və tələbkara məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə isə məhkəməyə hər hansı məlumat verilməmişlər. Məhkəmə Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinin icra məmurunun, borclunun və tələbkarın iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İşdə olan Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(051)-212/2023 saylı icra vərəqəsindən görünür ki, cavabdehlər Şəxs və X1 müştərək qaydada 5201,50 manat məbləğində əsas kredit borcu, 424,70 manat məbləğində kredit müqaviləsi üzrə hesablanmış faiz borcu, 9,36 manat cərimə borcu, cəmi 5635,56 manat məbləğində borc və dövlət rüsumu kimi ödənilmiş 73,68 manat pul alınaraq Zərərçəkmiş şəxs ASC-nin hesabına ödənilməsi qət edilmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli MN ******* saylı protokoldan görünür ki, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(051)-212/2023 saylı icra vərəqəsi üzrə yaranmış 5709.24 manat məbləğində borc Şəxs tərəfindən ödənilmədiyindən, onun barəsində AR İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli ödəniş qəbzlərindən görünür ki, Şəxs tərəfindən mövcud borcundan 60 manat məbləğində ödəniş edilmişdir. Beləliklə, işdə olan sənədlər və digər iş materialları ilə borclu Şəxs icra sənədini qəsdən və qərəzli olaraq icra etməməsi, qəsdən yayınması və xüsusən icra məmurunun qanuni tələbinə qəsdən tabe olmaması müəyyən olunmur. İş materialları ilə müəyyən edilir ki, borclu borcunu ödəməkdən qəsdən boyun qaçırmamışdır. Belə ki, borclu borcunu maddi vəziyyəti aşağı olduğundan ödəyə bilməmişdir. Hazırda isə mövcud borcundan 60 manat ödəniş etmişdir. Halbuki, Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi borclunun məsuliyyətini icra məmurunun tələbinə qəsdən tabe olmaması və icra sənədini üzrsüz səbəbdən icra etməməsi ilə şərtləndirmişdir. Hazırki vəziyyətdə isə borclu Şəxs əməlində həmin inzibati xəta tərkibinin olması iş materialları ilə təkzib olunur. Ona görə də məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində borclunun icra məmurunun qanuni tələblərini qəsdən yerinə yetirməməsi müəyyən edilmir. Borclu Şəxs əməlində ona istinad olunan inzibati xətanın tərkibi yoxdur. Həmin Məcəlləninin 75–ci maddəsində inzibati xəta törətməkdə şəxsin təqsirli olması inzibati xətalar haqqında işlərin icraatı üzrə sübut edilməli olan hal kimi müəyyən edilmişdir. Həmin Məcəlləninin 3–cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8.2–ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3–cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Bu səbəbdən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-in 53.1.2-ci maddəsinə əsasən borclunun barəsində olan inzibati xəta haqqında işə, əməlində inzibati xəta tərkibinin olmaması əsası ilə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM–in 53.1.2-ci maddəsində göstərilmişdir ki, inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Ona görə də məhkəmə hazırki inzibati xəta haqqında işin icraatına xitam verilməsini qanuni və əsaslı hesab edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48–50, 53, 106, 112, 114, 117 və 128–130–cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işin icraatına xitam verilsin Qərardan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apelyasiya instansiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №3(051)-66/2024
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-66/2024
08.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver