Məhkəmə qərarları › İş №3(051)-660/2020

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-660/2020

03.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-660/2020 03.11.2020 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Mingəçevir şəhər məhkəməsinin hakimi Mirzəliyev Hüseyn Seyfulla oğlu, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi və Zərərçəkmiş şəxs X1 iştirakı ilə, xx xxxxxx 1997-ci ildə Mingəçevir şəhərində doğulmuş, subay, orta təhsilli, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 mənzil 8 ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə Mingəçevir şəhər Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, müəyyən etdim: Şəxs xx xxxxxxx 2020-ci il tarixdə X2 məxsus olan “VAZ 21074” markalı **-JB-*** dövlət qeydiyyat nişanlı avtoxxxxxin sağ oturacağın üzərindəki “Samsung Galaxy A20” markalı xxxxx telefonu gizli yolla talayıb oğurlamışdır. Şəxs məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, xx xxxxxxx 2020-ci il tarixdə X2məxsus olan “VAZ 21074” markalı **-JB-*** dövlət qeydiyyat nişanlı avtoxxxxxin sağ oturacağın üzərindəki “Samsung A20” markalı xxxxx telefonuoğurlamışdır. Hadisə nəticəsində zərər çəkmişə dəymiş zərərin əvəzini tam ödəmişdir. Səhvini başa düşmüş vəəməlindən peşmandır. Zərər çəkmiş X3 məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, Şəxs ona vurulmuş maddi ziyanı ödəmişdir. Hazırda Şəxs ilə barışmışdır. Buna görə də onun barəsində olan işin icraatına xitam verilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərər çəkmişin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirib məcmu halda qiymət verərək hesab edirəm ki, Şəxs barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. İşə əlavə olunmuş Mingəçevir şəhər “xxxxx” MMC-nin xx xxxxxxx 2020-ci il tarixli 118 nömrəli rəyinə əsasən 2019-cu ilin may ayında alınmış 1 ədəd “Samsung Galaxy A 20” markalı ekranı çatlamış işlək telefonun xx.xx.2020-ci il tarixdə orta bazar satış qiyməti 250 (iki yüz əlli) manat dəyərindədir. Cəmi ümumi məbləğ 250 (iki yüz əlli) manatdır. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmişşəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin inzibati tənbehin məqsədlərini müəyyən edən 21-ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakterini, inzibati xəta törədənin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 53.0.10-cu maddəsində göstərilmişdir ki, bu Məcəllənin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamiləödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati xəta haqqında işüzrə icraata xitam verilir. Şəxs əməlindən peşman olması, zərər çəkmiş şəxsə vurulmuş maddi ziyanı tamamiləödəməsi və onunla barışması məsuliyyətini yüngülləşdirən haldır. Məhkəmədə onun məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmamışdır. Azərbaycan Respublikası İXM-nin 114.1.4-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxılarkən inzibati xəta haqqında işüzrə icraata xitam verilməsi haqqında qərar çıxarıla bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin 21, 40 , 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq q ə r a r a a l d ı m: Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 227-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı vaxtdan 10 gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM Hüseyn Mirzəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar