Məhkəmə qərarları › İş №3(051)-664/2024

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-664/2024

25.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-664/2024 25.10.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş X7, Qərarından şikayət verilən orqan olan DƏMX-nin X27 şöbəsinin nümayəndəsi X5 iştirakı ilə X7 DƏMX-nin X27 şöbəsinin “İnzibati tənbeh vermə haqqında” MN ******* №li xx.xx.2024-cü il tarixli qərarından şikayətinə baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: X21 DƏMX-nin X27 şöbəsinin “İnzibati tənbeh vermə haqqında” MN ******* №li xx.xx.2024-cü il tarixli qərarından şikayət vermişdir. Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş X21 şikayətini belə əsaslandırmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında Dövlət X14 X30nin MN 16112977 saylı xx.xx.2024-cü tarixli qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən o, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin vəzifəli şəxsi 4000 (dörd min) manat məbləğində cərimə edilmişdir. Nəzərə çatdıqmaq istəyir ki, qərarın surəti ona rəsmi olaraq xx.xx.2024-cü il tarixdə verilmişdir. Eyni qaydada Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında Dövlət X14 X30 tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinin tələblərinin pozulmasına dair protocol tərtib olunaraq 20000 (iyirmi min) manat məbləğində cərimə olunmuşdur. MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Mingəçevir şəhəri İş № 3(051)-422/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə daxil olmuş inzibati xəta haqqında materiala baxaraq qərardad geri qaytarıldı. Belə hesab edir ki, onun barəsində tərtib olunmuş xx.xx.2024-cü il tarixli İY saylı ******* saylı protokol və onun əsasında verilmiş MN 16112977 saylı xx.xx.2024-cü il tarixli qərar qanunsuz və əsassızdır və ləğv edilməlidir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında Dövlət X14 X30 tərəfindən tərtib edilmiş MN 16112977 saylı xx.xx.2024-cü il tarixli qərarda qeyd edilmişdir ki, AR ƏM-nin nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən işlərin yerinə yetirilməsinə cəlb edilmişdir. Bunu əsas kimi “Qarabağ və X22 rayonlara giriş” informasiya sistemi üzərindən yuxarıda qeyd olunan fiziki şəxslər üçün işğaldan azad edilmiş ərazilərə “İş icazəsi” alınması göstərilmişdir. AR qanunvericiliyinə uyğun olaraq dövlət orqanında uçota alınmış fərdi sahibkarlıq fəaliyyəti ilə ilə məşğul olan fiziki və hüquqi şəxslərin işğaldan azad olunmuş ərazilərdə Azərbaycan Respublikası vətəndaşı olan fiziki şəxsləri haqqı ödənilən əmək fəaliyyətinə cəlb etmək üçün “İş İcazəsi” alınmasını nəzərdə tutmur. “Qarabağ və X22 rayonlarına giriş” informasiya sistemi üzərindən alınan icazələr “iş icazəsi” hesab olunmur. Həmin icazələr vətəndaşların işğaldan azad olunmuş ərazilərə giriş və çıxışını tənzimləmək, həmin ərazilərdə ictimai təhlükəsizliyin təmin etmək və ictimai qaydaların təmin olunması məqsədləri üçün nəzərdə tutulmuşdur. AR Konstitusiyasının 35-ci maddəsinə görə, hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst sürətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Heç kəs zorla işlədilə bilməz. Əmək müqavilələri sərbəst bağlanılır, heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Mingəçevir şəhəri İş № 3(051)-422/2024 saylı inzibati işdə güya əmək hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən işlərin yerinə yetirilməsinə cəlb edilmiş olan şəxslər notariat qaydada sənəd təqdim etmişlər ki, onlar "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən işə cəlb etdirilməmişdir, bir şəxsin xidməti müqaviləsi. Göründüyü kimi, AR Konstitusiyası vətəndaşlara iş yerini seçməkdə və əmək müqaviləsi bağlamaqda sərbəstlik verir. Məcburi əmək isə qadağan olunur. İnzibati orqan inzibati xəta haqqında icraat zamanı icazə alınmış şəxslərin əmək fəaliyyətinə cəlb olunub-olunması faktını araşdırmamışdır. Belə ki, X19 Xidmətinin X27 Şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixli 3-17-5/2-36838/2024 saylı məktuba cavab olaraq bildirmişlər ki, "xxxx" MMC olaraq Ağdam rayonunda aparılan yenidən qurma işlərlə əlaqəli dəmir yolunu 10 kv-lıq enerji xəttinin çəkilməsi ilə bağlı ATEF Şirkətlər qrupundan həmin işlərin aparılmasına dair podratçı olaraq həmin layihədə onlar iştirakçıdırlar. Bununla bağlı olaraq onlara təqdim edilən 7 nəfər şəxslərin layihədə nəzərdə tutulmuş işlərin görülməsi ilə əlaqədar ATEF Şirkətlər qrupunun vasitəsi ilə Ağdam rayonuna icazə portal vasitəsi ilə 2024-cü ilin mart ayının əvvəlində onların getməkləri ilə bağlı müraciət etmişlər. 14 mart 2024-cü il tarixdə həmən şəxslərin portal qeydiyyatına xitam verilməsinə dair təkrar müraciət olunub. Səbəb həmin 7 nəfər şəxsin layihədə nəzərdə tutulmuş işləri görə bilmədiklərinə onlarla əmək müqaviləsi bağlanılmamışdır. May ayında icazə portalına adları qeyd olunmuş şəxslərlə bağlı şirkət üzərindən heç bir müraciət olunmamışdır. Bununla əlaqədar onlar ATEF Şirkətlər qrupuna müraciət etdilər, ATEF Şirkətlər qrupu ona cədvəl göndərərək, həmin şəxslərin portalda deaktiv edəcəyini qeyd etdi. Həmin 7 nəfər şəxsin Ağdam rayonuna keçməsi ilə bağlı portal üzərinə əlavə verilməsinə müəssisə tərəfindən hər hansı öhdəlik götürülmələri və bununla bağlı məsuliyyət daşımadıqlarını bildirmişlər. Əlavə olaraq qeyd olunan 7 nəfər şəxsin əksiriyyətinin Ağdam rayonuna keçməsi ilə bağlı portal üzərinə icazəsi deaktiv olması ilə bağlı electron portaldan çıxarışı təqdim etmişdir. Əlavə olaraq onlar xx.xx.2024cü il tarixdə 04№ saylı məktubla Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında X19 Xidmətinin X24 müraciət edərək eyni məzmunlu yəni xx.xx.2024-cü il tarixdən “Qarabağ və X22 rayonlarına giriş” informasiya sistemində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlı 7 nəfərlə əlaqədar icazə sənədinin olmamasını və onlar tərəfindən həmin şəxslərin informasiya sisteminə daxil etmədiklərini göstərmişlər. Onlar ATEF Şirkətlər qrupuna müraciət etdi ki, ATEF Şirkətlər qrupu ona cədvəli göndərərək, həmin şəxslərin portalda deaktiv edəcəyini qeyd etdi. Həmin 7 nəfər şəxsin Ağdam rayonuna keçməsi ilə bağlı portal üzərinə icazə verilməsinə müəssisə tərəfindən hər hansı bir öhdəlik götürülmədiyini və bununla bağlı məsuliyyət daşımadıqlarını bildirmişlər. Əlavə olaraq qeyd olunan 7 nəfər şəxsinə əksəriyyətinin Ağdam rayonuna keçməsi ilə bağlı portalı üzərinə icazəsi deaktiv olması ilə elektron portaldan çıxarışı təqdim etmişlər. "xxxx" MMC 1/4822 nömrəli, xx.xx.2024-cü il tarixli “Azərbaycan Dəmir Yolları” QSM müraciət edərək işğaldan azad olunmuş ərazilərdə giriş-çıxış icazəsi alınmış, lakin həmin ərazilərdə işləməyən şəxslərin icazəsinin ləğv olunması üçün müvafiq tədbirlər görülməsini xahiş etmişdir. İnzibati protokol tərtib olunmasına əsas göstərilən şəxslərlə protokolun tərtib olunduğu tarixdə “Qarabağ və X22 rayonlarına giriş” informasiya sistemində "xxxx" MMC ilə bağlı aktiv icazə olmamışdır. İnzibati orqanın qeyd olunan ərazilərə işçi olmayan şəxslərində səyahət edə biləcəyini nəzərə almadan mənbəyi məlum olmayan məlumatlara əsasən qərar tərtib etmişdir. Ona görə hesab edir ki, inzibati xəta hadisəsi olmadığı, inzibati xəta tərkibi olmadığı və AR inzibati xətalar qanunvericiliyin təqsirsizlik prezumsiyası nəzərə alınmaqla onun haqqında başlanmış inzibati xəta haqqında iş üzrə icraat qanunsuzdur və qərar ləğv olunmalıdır. İlk olaraq nəzərə alınmalıdır ki, elektron informasiya sistemlərindən aşkarlanan inzibati xətalar üzrə protokolların AR NK xx.xx.2022-ci il tarixli 58 nömrəli Qərarı ilə təsdiq edilmiş 2-1 nömrəli əlavədə göstərilmiş elektron protokol şəklində tərtib olunmasını nəzərdə tutur. Lakin inzibati orqan yuxarıda qeyd olunanlara əlavə olaraq protokolu AR İXM 127.4.1-ci bəndinin tələblərində “Bu Məcəllənin 192.2-ci, 192-1-ci, 192.3-cü və …….. maddələrində nəzərdə tutulmuş inzibati xətalar müvafiq icra hakimiyəti orqanının müəyyən etdiyi orqanın informasiya sistemi, habelə digər dövlət informasiya sistemləri vasitəsilə aşkar edildikdə, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın informasiya sistemində “Elektron imza və elektron sənəd haqqında” AR Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində hüquqi şəxslər, o cümlədən onların vəzifəli şəxsləri barəsində inzibati xəta haqqında elektron protokol tərtib olunur, fiziki və vəzifəli şəxslər barəsində isə inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və müvafiq icra hakimiyyəti orqanın müəyyən etdiyi orqanın informasiya sisteminə göndərilir.” Qeyd olunur. Ümumiyyətlə yazılmış protokolu təsdiq edən hər hansı sübut ona təqdim olunmamışdır. Qərardan göründüyü kimi hansı sənədlərin əlavə olunması barədə qeyd olmadığı kimi həmin sənədlərin ona göndərilməsi barədə də qeydlər öz əksini tapmamışdır. Bununla da AR İXM-nin 127.5.1.1-ci və 127- 5.1.2-ci yarımbəndinin tələbləri pozulmuşdur. Belə ki, “Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi şəxsin elektron protokolu və ya inzibati xəta haqqında iş üzrə qərarı və onların əlavələrini barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin elektron kabinetində dərhal yerləşdirir və elektron ünvanına (olduğu halda) göndərilir. Odur ki, məhkəmədən onun barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında Dövlət X14 X30 tərəfindən tərtib edilmiş MN 16112977 xx.xx.2024-cü il tarixli qərarın ləğvinə dair qərar çıxarılmasını xahiş etmişdir. Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş X21 məhkəməyə təqdim etdiyi yazılı izahatında göstərmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 Xidmətinin X27 Şöbəsi tərəfindən "CASPİ ENERJİ M.M” Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) vəzifəli şəxsi X21 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə xx.xx.2024-cü il tarixli, MN 16112977 nömrəli İnzibati tənbeh vermə haqqında Qərar qəbul edilmişdir. Bu səbəblərə görə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 Xidmətinin X27 Şöbəsinin xx.xx.2024-cü il tarixli, MN16112977 nömrəli İnzibati tənbeh vermə haqqında Qərarında və həmin qərarın qəbul edilməsinə əsas olan inzibati xəta haqqında protokolda qeyd olunan X10, X15, X16, X23, X4, X8 və X17 əmək müqaviləsi hüquqi qüvvəyə minmədən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində əmək fəaliyyətinə cəlb olunmamışdır. Həmin şəxslərdən X17 mülki hüquqi müqavilə əsasında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə mülki münasibətdə olmuşdur. Digər şəxslər isə iş üçün müraciət etmiş və sonradan işğaldan azad olunmuş ərazilərdə işləməkdən imtina etmişdirlər. Mingəçevir Şəhər Məhkəməsinin icraatında olan xx.xx.2024-cü il tarixli, 3(051)- 422/2024 nömrəli iş üzrə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs qismində iştirak edən "xxxx" Məhdud Məsuliyyətli ilə bağlı icraat zamanı bütün müvafiq sənədlər təqdim olunmuş və məhkəmənin müvafiq qərardadı ilə geri qaytarılmışdır. Bildirir ki, Azərbaycan Respublikası Konstitusiyasında və digər qanunvericilik aktlarında Azərbaycan Respublikası vətəndaşlarının ölkə ərazisində, o cümlədən işğaldan azad olunmuş ərazilərdə haqqı ödənilən əmək fəaliyyətinə cəlb olunması üçün işəgötürən tərəfindən “iş icazə” növündə bir icazənin alınması nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2001-ci il tarixli, 518 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi haqqında Əsasnamə”də Nazirliyin əmək, məşğulluq, sosial siyasət, sosial təminat və miqrasiya sahələrində fəaliyyəti nəzərdə tutulmur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin göstərdiyi xidmətlər arasında “iş icazəsi” növündə bir icazənin verilməsi mövcud deyil. Cəmiyyət tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Qarabağ və X22 rayonlarına giriş” informasiya sistemi üzərindən və ya yazılı qaydada rəsmi müraciət edərək hər hansı şəxs və ya şəxslər üçün “iş icazəsi” növündə bir icazə alınmamışdır. Son vaxtlar Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 Xidməti tərəfindən, o cümlədən onun regional idarələri və şöbələri tərəfindən işğaldan azad olunmuş ərazilərin yenidən qurulması layihələrin icrasına cəlb olunmuş yerli və xarici investisiyalı şirkətlər barəsində isə hüquqi şəxs qismində inzibati xəta haqqında protokol tərtib olunaraq müvafiq qərar qəbul edilməsi üçün məhkəmə orqanlarına göndərilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 Xidməti və onun regional idarə və şöbələri inzibati tənbeh vermə haqqında protokolları və qərarları onunla əsaslandırır ki, işğaldan azad olunmuş ərazilərdə dövlət layihələrinin icrasına cəlb olunmuş fiziki və hüquqi şəxslər tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Qarabağ və X22 rayonlarına giriş” informasiya sistemi üzərindən “iş icazəsi” alınmış şəxslərin adına Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əmək və Məşğulluq” altsistemində qüvvədə olan əmək müqaviləsi bildirişi olmamış və həmin şəxslər əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin və ya xidmətlərin yerinə yetirilməsinə cəlb edilmişdir. Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş X21 məhkəməyə təqdim etdiyi ərizəsində göstərmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 Xidmətinin X27 Şöbəsi tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin vəzifəli şəxsi qismində barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə xx.xx.2024-cü il tairxli, MN 16112977 nömrəli İnzibati tənbeh vermə haqqında Qərar qəbul edilmişdir. Bildirir ki, eyni inzibati xəta haqqında iş üzrə həm barəsində vəzifəli şəxs qismində inzibati tənbeh vermə haqqında qəbul edilmiş, həm də hüquqi şəxs "xxxx" Məhdud Məsusliyyətli Cəmiyyəti (VÖEN: **********) barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 Xidmətinin xx.xx.2024-cü il tarixli, MN seüriyalı MN 16112977 nömrəli inzibati xəta haqqında protokol baxılması üçün Mingəçevir Şəhər Məhkəməsinə göndərilmişdir. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(051)-422/2024 nömrəli iş üzrə Qərarı ilə inzibati xəta haqqında protokol İnzibati Xətalar Məcəlləsinin 16-1 fəslində təsbit olunduğu qaydada elektron qaydada tərtib olunmadığına görə geri qaytarılmışdır. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(051)-422/2024 nömrəli iş üzrə Qərarını preyudisia qaydasında nəzərə almasını və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş X7 məhkəmə iclasında izahatında şikayətin dəlillərini müdafiə etdi və bildirdi ki, o, işçilərin portalda aktiv olmamasına dair Müfəttişliyə məlumatlar vermişdir. Onun göstərilənlərdən başqa işləri də vardır. Heç bir araşdırma aparılmadan qərar verilmişdir. Həmin işçilər heç onu tanımırlar. Onun bir işçisi ilə eyni kənddəndirlər. Həmin işçi onlara söyləmiş ki, burada iş vardır. İş isə minalanmış ərazidə olduğuna görə gəlməyiblər. 7 nəfərdən 5-nin notarial qaydada ərazisi, 1-nin müqaviləsi və 1-nin isə iş müqaviləsi vardırvə həmin sənədləri məhkəməyə təqdim etmişdir. Yəni müqaviləsi və xidməti müqaviləsi olana görə də cərimə tətbiq ediblər. Şikayətinin təmin edilməsini məhkəmədən xahiş edir. DƏMX-nin X27 şöbəsinin baş məsləhətçisi baş əmək müfəttişi X18 məhkəmə iclasında izahatında bildirdi ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında X9 Daxili İşlər Nazirliyi tərəfindən göndərilən məlumat əsasında "xxxx" MMC-nin direktoru X7 əmək müqaviləsi olmadan işçiləri işlətdiyi məlum olmuşdur. Belə ki, işğaldan azad olunmuş ərazilərə giriş sistemi ilə işçilərə icazə almış, həmin işçilərin əmək müqaviləsi olmadığından onun barəsində İXM-nin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş başlamışdır. 27 iyun 2024-cü ildə bu barədə protokol tərtib edilmişdir. 09 iyul 2024-cü il tarixdə isə inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Daxili İşlər Nazirliyindən alınmış məlumata əsaslanmışlar. Qarşı tərəfin isə izahatı alınmışdır. Excell cədvəlini sübut kimi göstərmək olar. Xeyr, onların əlində icazə alınmasına dair rəsmi sənəd yoxdur. Odur ki, qərarın qüvvədə qalmasını xahiş edir. İş materiallarını araşdırıb hesab edirəm ki, şikayət qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan "xxxx" MMC-nin qərarından görünür ki, "xxxx" MMC-nin direktoru X21 təyin edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 Xidməti X27 şöbəsi tərəfindən "xxxx" MMC-nin rəhbərliyinə gönədirilmiş 09 iyul 2024-cü il tarixli məktubdan görünür ki, X19 Xidmətinin X27 şöbəsinin MN ******* nömrəli xx.xx.2024-cü il tarixli Qərarı ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən o, 4000 (dörd min) manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan inzibati xəta haqqında inzibati xəta haqqında MN ******* №-li 27 iyun 2024-cü il tarixli protokoldan görünür ki, Mingəçevir şəhəri xx.xx.2024-cü "xxxx" MMC direktoru tərəfindən 7 sayda işçinin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərə (xidmətlərə) cəlb etmişdir. X1 tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bu fakt AR ƏƏSMN-nin mərkəzləşdirilmiş elektron informasiya sistemindən əldə edilmiş məlumatlar ilə təsdiq edilir. İş materiallarında olan inzibati tənbeh vermə haqqında MN ******* saylı, 09 iyul 2024-cü il tarixli qərardan görünür ki, AR. Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin yerinə yetirilməsinə cəlb etdiyinə görə X1 tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. X21 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 4000 (dörd min) manat tənbeh növü tətbiq edilmişdir. İş materiallarında olan “Azərbaycan Dəmir Yolları QSC-nin sədri cənab Rövşən Rüstəmova ünvanlanmış məktubdan görünür ki, Bərdə-Ağdam dəmir yolu xəttinin tikintisi layihəsi çərçivəsində podratçı şirkət "xxxx" MMC və ATEF-in subpodrat müqaviləsi əsasında işlərini görmüş "xxxx" MMC-nin adları qoşmadakı siyahıda qeyd edilən işçilərin may və iyun 2024-cü il tarixlərində Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş Ağdam rayonuna giriş-çıxış üçün alınmış icazələrin həmin şəxslərin artıq göstərilən sahədə çalışmadıqları nəzərə alınaraq ləğv edilməsi barədə tədbir görülməsi üçün aidiyyəti üzrə göstəriş verilməsini ondan xahiş etmişlər. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 Xidməti X27 şöbəsi tərəfindən "xxxx" MMC-nin rəhbərliyinə göndərilmiş bildirişdən görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminə baxış keçirərkən onların işçilərlə əmək müqaviləsi bağlanılmadığı müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 Xidməti X27 şöbəsinin rəisi cənab Elçin Əliyevə ünvanlanmış məktubdan görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 Xidməti X27 şöbəsinin 3-17-5/2-36838/2024 nömrəli, 11 iyun 2024cü il tarixli bildirişində “Qarabağ və X22 rayonlarına giriş” informasiya sistemi üzərindən əldə olunmuş məlumatlar əsasında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (bundan sonra – Cəmiyyət) işğaldan azad edilmiş ərazilərə iş icazəsi aldığı şəxslərin adına Nazirliyin “Əmək və Məşğulluq” altsistemində qüvvədə olan əmək müqaviləsi bildirişi aşkar olunmadığı, həmin şəxslərin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən müəyyən işlərin və ya xidmətlərin yerinə yetirilməsinə cəlb edildiyi bildirmişdir. 14 iyun 2024-cü il tarixdən “Qarabağ və X22 rayonlarına giriş” informasiya sitemində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlı aktiv icazə yoxdur. Buna görə də Cəmiyyət tərəfindən “Qarabağ və X22 rayonlarına giriş” informasiya sisteminə daxil etmədiyi məlumatlara görə hər hansı məsuliyyət daşımır. İnzibati xəta haqqında icraata xitam verilməsi xahiş olunmuşdur. İş materiallarında olan X19 Xidməti X27 şöbəsinin rəisi cənab Elçin Əliyevə ünvanlanmış məktubdan görünür ki, ATEF Şirkətlər qrupu ona cədvəl göndərərək həmin şəxslərin portalda deaktiv edəcəyini qeyd etdi. Həmin 7 nəfər şəxsin Ağdam rayonuna keçməsi ilə bağlı portalı üzərinə icazə verilməsinə müəssisə tərəfindən hər hansı öhdəlik götürülmür və bununla bağlı məsuliyyət daşımırlar. İş materiallarında olan "xxxx" MMC-nin təsisci qərarından görünür ki, nizamnamə kapitalı 1 manat və təsisçisi X11r. İş materiallarında olan X3, X6, X2, X12 və X13 notarial qaydada təsdiq edilmiş ərizələrindən görünür ki, o, "xxxx" MMC (VÖEN:**********) tərəfindən heç vaxt əmək fəaliyyətinə cəlb olunmamışdır. İşğaldan azad olunmuş ərazilərdə işləmək üçün şirkətə müraciət etmişdir. Lakin icazə alınmasına baxmayaraq sonradan əmək haqqı və iş şəraiti onu qane etmədiyi üçün əmək müqaviləsi bağlamaqdan imtina etmişdir. "xxxx" MMC ilə heç bir iş fəaliyyəti olmamışdır. Xahiş edir ki, ərizə nəzərə alınsın. İş materiallarında olan çıxarışlardan görünür ki, X13, X3 və X12 aktiv icazələri yoxdur. İş materiallarında olan 04 noyabr 2023-cü il tarixli 04/11-23 №-li xidməti müqavilədən görünür ki, fiziki şəxs olan X17 ilə "xxxx" MMC arasında xidmət müqaviləsi bağlanmışdır. Müqavilənin müddəti 6 ay müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, qərar tərtib olunarkən yuxarıda göstərilən hallar düzgün və ətraflı araşdırılmamışdır və şəxs barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul olunaraq 4000 manat cərimə olunmuşdur. Məhkəmə, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə iş üzrə olan və əlavə edilmiş təqdim edilmiş materiallar əsasında baxaraq, qəbul edilmiş qərarın qanuniliyini və əsaslılığını yoxlayaraq müəyyən etdi ki, DƏMX-nin X27 şöbəsinin vəzifəli şəxsi qərar qəbul edərkən vəzifəli şəxs İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hər cür faktik məlumatlara əsaslanmalı idi. Buna baxmayaraq DƏMX-nin X27 şöbəsinin məhkəməyə təqdim etdiyi sübut mötəbər olmamaqla yanaşı İXM-in 192.1-ci maddəsində göstərilən xətanın mövcud olduğunu və həmin xətanın məhz şikayətçi tərəfindən törədildiyini sübuta yetirə bilmir. Əksinə şikayətçi tərəfindən məhkəməyə təqdim edilmiş çıxarışlardan, notarial qaydada təsdiq edilmiş ərizələrdən və xidmət müqaviləsindən aydın olur ki, sözügedən 7 nəfər şəxsdən heç biri şikayətçinin direktoru olduğu hüquqi şəxs ilə əmək münasibətlərində olmamışlar. Onlardan yalnız biri əmək münasibətləri ilə deyil, xidmət müqaviləsinə əsasən həmin MMC ilə çalışmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Odur ki, məhkəmə işin müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, X7 barəsində Azərbaycan Respublikası İXM-in 192.1-cü maddəsi ilə inzibati cərimə edilməsinə dair xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərar əsassız olaraq qəbul edilmişdir. Belə ki, həmin qərar çıxarılarkən səlahiyyətli orqanın vəzifəli şəxsi tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilməmişdir. Belə olan halda, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 Xidməti X30nin səlahiyyətli vəzifəli şəxsinin X7 Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair xx.xx.2024cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında qərarı ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün səlahiyyətli orqana göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-in 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması, inzibati xəta haqqında qərarın ləğv edilməsi və dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması.. Beləliklə, məhkəmə verilmiş şikayətə iş üzrə olan materiallar əsasında baxaraq, qəbul edilmiş qərarın qanuniliyini və əsaslılığını yoxlayaraq, işin müəyyən olunmuş hallarına əsasən nəticəyə gəlir ki, vəzifəli şəxs X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-cü maddəsi ilə təqsirli bilinib 4000 manat məbləğində inzibati cərimə edilməsi haqqında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 Xidməti X30nin səlahiyyətli vəzifəli şəxsinin xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 Xidməti Aran regional ərazi şöbəsinə göndərilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 136-cı maddələrini rəhbər tutub, məhkəmə Q Ə R A R A A L D İ: Şikayət qismən təmin edilsin. X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 4000 (dörd min) manat məbləğində inzibati cərimə edilməsinə dair DƏMX-nin X27 şöbəsinin “İnzibati tənbeh vermə haqqında” xx.xx.2024-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və inzibati xəta haqqında iş baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilsin. Qərardan 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Məhkəmənin hakimi Elza Cəbrayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar