Məhkəmə qərarları › İş №3(051)-665/2024

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-665/2024

16.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-665/2024 16.10.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi AQTA X5 nümayəndəsi X2 və X1nun iştirakları ilə, İnzibati xəta haqqında iş üzrə qərarından barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X4 tərəfindən verilmiş AQTA X5 inzibati xəta haqqında 28 fevral 2024-cü il tarixli, MN ******* saylı qərarından şikayət vermə müddətinin bərpa edilməsi haqqında vəsatətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : AQTA X5 inzibati xəta haqqında 28 fevral 2024-cü il tarixli MN ******* saylı qərarına əsasən X4 Azərbaycan Respublikasının İXM-in 289.0.1-ci maddəsinə əsasən 200 manat məbləğində cərimə edilmişdir. Qərardan narazı qalan X7 AQTA X5 inzibati xəta haqqında 28 fevral 2024-cü il tarixli MN ******* saylı qərarından şikayət və həmin qərardan şikayət vermə müddətinin bərpa edilməsinə dair ərizə verərək ötürülmüş müddətin bərpa edilməsini xahiş etmişdir. Barəsində qərar çıxarılmış X7 müddətin bərpa edilməsi haqqında ərizəsini onunla əsaslandırmışdır ki, AQTA X5 inzibati xəta haqqında 28 fevral 2024-cü il tarixli MN ******* saylı qərarından narazı oduğunu və qərarı bir neçə gen öncə yəni, xx.xx.2024-cü il tarixində əldə etdiyini bildirmişdir. Ona görə də həmin qərarından şikayətin verilməsi üçün ötürülmüş müddətin üzrlü hesab edilməsi və müddətin bərpa edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. X1 məhkəmə iclası zamanı ərizəyə uyğun izahat verərək onun təmin edilməsini xahiş etdi. AQTA X5 nümayəndəsi X3 məhkəmə iclası zamanı X4 qərardan məlumatlı olduğunu və şikayət vermə müddətini buraxdığını bildirərək şikayət vermə müddətinin bərpa edilməsinə dair ərizənin təmin edilməməsini xahiş etdi. Aşağıdakılara əsasən məhkəmə hesab edir ki, şikayət vermə müddəti bərpa edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Mingəçevir şəhər Məhkəməsinin 3(051)-257/2024 saylı, 25 aprel 2024-cü il tarixli qərardadından görünür ki, X7 AQTA X5 inzibati xəta haqqında 28 fevral 2024-cü il tarixli MN ******* saylı qərarından məhkəməyə şikayət vermiş, lakin sonradan şikayətinə baxılmadan qaytarılması barədə məhkəməyə ərizə vermiş və şikayət baxılmadan geri qaytarılmışdır. Belə olan halda X4 şikayət vermə müddətinin bərpa edilməsi üçün əsas olmadığına görə ərizə təmin edilməməlidir. Azərbaycan Respublikası İXM-in 130.1-ci maddəsinin tələbinə görə qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində şikayət verilə bilər. Sənəd onu göndərən hakimə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalı olan qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, səlahiyyətli orqan (vəzifəli şəxs), yaxud sənədin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış sənəd müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir (İXM-in 57.2-ci maddəsi). İnzibati xəta haqqında iş üzrə sənəd bu Məcəllənin 57.2-ci maddəsində nəzərdə tutulmuş hallarda ünvan sahibinə şəxsən verildiyi vaxtdan rəsmi qaydada verilmiş hesab edilir (İXM-in 57.5-ci maddəsi). Bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir (İXM-in 130.2-ci maddəsi). Həmin Məcəllənin 130.2-cu maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Həmin Məcəllənin 130.3-cü maddəsinə əsasən buraxılmış müddətin bərpası qeyrimümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. Məhkəmə, həmçinin qeyd edir ki, inzibati xətalara dair işlər üzrə icraat cinayət prosesinə nisbətən sadələşmiş və qısamüddətli olduğuna görə şikayət vermə müddətinin bərpa olunmasına dair vəsatəti rədd etmə haqqında qərardaddan şikayət və ya protest vermə hüququ nəzərdə tutulmamışdır. Lakin bu, inzibati xətalar haqqında işlər üzrə icraat prosesində subyektlərin öz hüquq və azadlıqlarını, habelə səlahiyyətlərinin icrası ilə əlaqədar qanuni maraqlarını müdafiə etmək imkanından məhrum edilməsinə əsas vermir. Belə olan halda şikayət vermə müddətinin bərpa olunmasına dair vəsatəti rədd etmə haqqında qərardaddan şikayət və ya protest vermə hüququ təmin edilməlidir. Ona görə də cinayət-prosessual qanunvericiliyin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiq edilməsi yolu inzibati xəta haqqında iş üzrə icraat prosesində iştirak edən subyektlərin öz hüquq və azadlıqlarını məhkəmədə müdafiə etmək hüququ təmin edilməlidir. Belə ki, şikayət vermə müddətinin bərpa olunmasına dair vəsatətin rədd ediməsi haqqında qərardaddan apelyasiya şikayəti və ya protesti verilməsi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 386.3.-cü maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilməsi müddətinin bərpa olunmasına dair vəsatət rədd edildikdə, bu qərardan apellyasiya instansiyası məhkəməsinə şikayət və ya protest verilə bilər. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayəti və apellyasiya protestinin verilmə müddətini bərpa etdikdə öz qərarını icra üçün birinci instansiya məhkəməsinə göndərir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli qərarında inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqi ilə bağlı qeyd etmişdir ki, cinayət-prosessual qanunvericiliyin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. İnzibati Xətalar Məcəlləsinin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da, bu həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin. Məhkəmə, işin müəyyən olunmuş hallarına uyğun olaraq hesab edir ki, barəsində qərar çıxarılmış barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul X4 AQTA X5 28 fevral 2024-cü il tarixli MN ******* saylı qərarından şikayət vermək üçün buraxılmış müddətin bərpasına dair əsaslar mövcud olmadığından vəsatət rədd edilməli, qəbul edilmiş qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə apellyasiya instansiyası məhkəməsinə şikayət və ya protest verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 130-cu maddəsini rəhbər tutaraq QƏRARA ALDİ : Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X4 AQTA X5 28 fevral 2024-cü il tarixli MN ******* saylı qərarından şikayət vermə müddətinin bərpa edilməsi barədə vəsatəti təmin edilməsin. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə həmin qərardadı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apellyasiya instansiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Elza Cəbrayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar