Məhkəmə qərarları › İş №3(051)-666/2023

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-666/2023

18.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-666/2023 18.08.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, Mingəçevir şəhər İcra və Probasiya şöbəsinin icra məmuru X2, X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx.xx.1994-cü ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanda yaşayan Şəxs barəsində barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaya dair Mingəçevir şəhəri İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİ: Mingəçevir Regional “Asan Xidmət” mərkəzində notariat ofisinin xx.xx.2022-ci il tarixli 12748 №-li icra qeydini icra etmədiyinə görə Şəxs barəsində Mingəçevir şəhər icra və probasiya şöbəsi tərəfindən Azərbaycan Respublikasının İXM-nin 528.1-1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, o, icra sənədini icra etməkdən, icra məmurunun qanuni tələblərini yerinə yetirməkdən boyun qaçırmamışdır. Mülkiyyətində də elə bir əmlak yoxdur ki, satıb borcunu ödəsin. Maddi imkanı olmadığına görə borcı ödəmək, icra sənədini icra etmək imkanı da olmamışdır.Hazırda işləmir, iş tapanda hər ay 50 manat borcundan ödəyəcəkdir. O, üzrsüz səbəbdən deyil, qeyd etdiyi səbəblərə, maddi imkanı olmamasına görə icra sənədini icra edə bilməmişdir. Mingəçevir şəhər icra və probasiya şöbəsinin icra məmuru X3 məhkəmə iclasında bildirdi ki, Mingəçevir Regional “Asan Xidmət” mərkəzində notariat ofisinin xx.xx.2022-ci il tarixli 12748 №-li icra qeydinə əsasən 1450 manat və 25 manat dövlət rüsumu Şəxs alnınıb X6 verilməlidir. İcra sənədini icra etmə vəzifəsi və icra etməmənin hüquqi nəticələri Şəxs izah olunmuş, lakin o, icra sənədini icra etməkdən boyun qaçırmışdır. Ona görə də barəsində inzibati protokol tərtib edilmişdir. İş materiallarında olan Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 3(051)- 652/2022 saylı qərarı ilə Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 8 gün inzibati həbs edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və icra məmurunun izahatını dinləyib, işdə olan sənədləri öyrənib sübutlara qiymət verərək aşağıdakılara əsasən məhkəmə hesab edir, iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə İnzibati Xətalar Məcəlləsinin 528-ci maddəsinin struktur elementlərinin mahiyyətini açmaq üçün Azərbaycan Respublikası Normativ hüquqi aktlar haqqında Azərbaycan Respublikasının Konstitusiya Qanununa istinad etmək zəruriyyəti yaranır. Azərbaycan Respublikası Normativ hquqi aktlar haqqında Azərbaycan Respublikasının Konstitusiya Qanununa 30.1-ci maddəsinə əsasən Normativ hüquqi aktın struktur elementləri preambuladan, bölmədən, fəsildən, maddədən, hissədən, bənddən, yarımbənddən və abzasdan ibarətdir. Həmin Qanunun 30.2-ci maddəsinə əsasən Normativ hüquqi aktın mətni onun növündən asılı olaraq, bölmədə birləşən fəsillərə, fəsildə birləşən maddələrə, maddədə birləşən hissələrə, hissədə birləşən bəndlərə, bənddə birləşən yarımbəndlərə və yarımbənddə birləşən abzaslara bölünə bilər. Qanun, o cümlədən dəyişiklikləri nəzərdə tutan qanun, qanunla təsdiq edilən əsasnamə, nizamnamə, qayda və norma nəzərdə tutan digər akt maddələrə, digər normativ hüquqi aktlar, o cümlədən referendum aktı hissələrə bölünür. Məcəllədə və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə digər struktur elementləri də ola bilər. Məcəllədə mündəricat verilməlidir. İri həcmli digər normativ hüquqi aktlarda da mündəricat verilə bilər. Həmin Qanunun 30.6-cı maddəsinə əsasən Normativ hüquqi aktın maddəsi hissələri özündə birləşdirən və tamamlanmış normativ müddəanı əks etdirən əsas struktur elementidir. Maddə ərəb rəqəmi ilə nömrələnir və rəqəmdən sonra nöqtə qoyulur. Maddə, o cümlədən qanunla təsdiq edilən əsasnamənin, nizamnamənin, qaydanın və norma nəzərdə tutan digər aktın maddəsi onun mahiyyətini əks etdirən və sətri hərflərlə yazılan ada malik olmalıdır. Dəyişiklikləri nəzərdə tutan qanunun və hər hansı əsasnaməni, nizamnaməni, qaydanı və norma nəzərdə tutan digər aktı təsdiq edən qanunun maddəsinin adı olmur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528-ci maddəsinin mahiyyətini əks etdirən yazılan ad mənasına görə məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə yaranan münasibətlər təşkil edir. Bu inzibati xətanın tərkibi məhz məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra sənədi üzrə icra məmurunun qanuni tələblərinin üzürsüz səbəbdən icra edilməməsinə görə yaranır. Mingəçevir Regional “Asan Xidmət” mərkəzində notariat ofisinin xx.xx.2022-ci il tarixli 12748 №-li icra qeydi icra sənəd olmasına baxmayara, qərar deyil və həmin icra sənədi üzrə icra məmurunun qanuni tələblərinin üzürsüz səbəbdən icra edilməməsinə görə inzibati xəta əməli İnzibati Xətalar Məcəlləsinin 528-ci maddəsinin mahiyyətini əks etdirən mənasına görə həmin maddənin təsiri altına düşmür. İcra haqqında Azərbaycan Respublikasının Qanunu 6.-cı maddəsin əsasən Aşağıdakılar icra sənədləri sayılır: Məhkəmələr tərəfindən : Azərbaycan Respublikası məhkəmələrinin qərarları; iddianın təmin edilməsi ilə bağlı tədbirlərin görülməsi haqqında məhkəmələrin qərardadları; məhkəmələrin cinayət işləri üzrə hökmlərinin, qərardadlarının və qərarlarının əmlakın alınmasına dair hissəsi; beynəlxalq arbitrajların və münsiflər məhkəmələrinin qərarları; xarici dövlətlərin məhkəmələrinin və arbitrajlarının qərarları əsasında verilən icra vərəqələri. məhkəmə əmrləri; alimentlərin ödənilməsi barədə notariat qaydasında təsdiq edilmiş sazişlər; notariusun icra qeydləri; inzibati xətalara dair işlərə baxmaq səlahiyyəti olan orqanların (vəzifəli şəxslərin) qərarları; Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda digər orqanların qərarları; Vekseldə onun aksepti haqqında qeyd olunubsa, onun aksepti hallarında veksel üzrə ödənilməməsinə görə qanunvericiliyə uyğun verilən protestlər; Bələdiyyələr tərəfindən qəbul edilmiş inzibati aktlar və digər inzibati orqanların pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktlar; məişət zorakılığı ilə bağlı işlərə baxmaq səlahiyyəti olan orqanlar tərəfindən verilən qısamüddətli mühafizə orderləri (bundan sonra – qısamüddətli mühafizə orderi). İcra haqqında Azərbaycan Respublikasının Qanunu 6-cı maddəsinin mahiyyətini əks etdirən yazılan ad mənasına görə də maddə məhz məhkəmə və digər orqanların qərarları ilə digər icra sənədlərini ayırır. Belə olan halda məhkəmə hesab edir ki, Şəxs əməlində İXM-nın 528.1-1-ci maddəsində nəzərdə tutulan inzabiti xətanın tərkib hissəsi yoxdur. Azərbaycan Respublikası İXM-nin 53.0.2-ci maddəsinə görə inzibati xətanın tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2-ci maddəsində göstərilir ki, bu Məcəllənin 53-ci maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi yoxdur və bu səbəbdən də iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə olan inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Mingəçevir Şəhər Məhkəməsinin vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar