Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-666/2024 24.12.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar qəbul etmiş Mingəçevir Şəhər Prokurorluğunun nümayəndəsi: X1 Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs: Şəxs iştirakı ilə xx.xx.1989-cu il tarixdə Mingəçevir şəhərində doğulmuş, evli, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İXM-in 157–ci maddəsi ilə barəsində Mingəçevir şəhər prokuroru tərəfindən inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qəbul edilmiş qərara inzibati xəta haqqında iş üzrə icraatda açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Həziyev X3 şəhərində yerləşən “King Pub” adlı ictimai iaşə obyektinin qarşısında Zərərçəkmiş şəxs döyərək sonuncuya sol said nahiyəsində sıyrıqlar xəsarəti yetirərək Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə müəyyən edilmiş inzibati xətanı törətmişdir. Məhkəmə iclası zamanı inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar qəbul etmiş Mingəçevir Şəhər Prokurorluğunun nümayəndəsi göstərdi ki, Həziyev X3 şəhərində yerləşən “King Pub” adlı ictimai iaşə obyektinin qarşısında Zərərçəkmiş şəxs döyərək sonuncuya sol said nahiyəsində sıyrıqlar xəsarəti yetirərək Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə müəyyən edilmiş inzibati xətanı törətmişdir. Mingəçevir şəhər prokurorluğunun xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarı ilə onun barəsində İXM-in 157-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmışdır. Odur ki, göstərilənləri nəzərə alaraq qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı inzibati xəta törətmiş şəxs Şəxs izahatında göstərdi ki, onun tərəfindən Zərərçəkmiş şəxs qarşı hər hansı təzyiq olunmamış və hər hansı xəsarət yetirilməmişdir. Belə ki, Mingəçevir şəhərində yerləşən “King Pub” adlı ictimai iaşə obyektinin qarşısında dostları ilə olduğu zaman Zərərçəkmiş şəxs onlara yaxınlaşmış və ictimai qaydanı pozacaq dərəcədə onlara və xüsusən də ona qarşı nalayiq ifadələr işlətmişdir. Zərərçəkmiş şəxs qeyri-etik davranışları video görüntüdə öz əksini tapmaqdadır. Bundan sonra Zərərçəkmiş şəxs sakitləşdirmək mümkün olmayacağını gördükdə özünə məxsus avtomobilə əyləşərək baş verə biləcək hüquq pozuntusunun olmaması üçün həmin ərazidən uzaqlaşmağa çalışmışdır. Bu zaman Zərərçəkmiş şəxs onun hərəkətdə olan avtomobilinə yaxınlaşaraq avtomobilin hərəkət etməsinə maneçilik törətmək istəmiş və sonra özünü kənara atmışdır. Bu onu deməyə əsas verir ki, o, Zərərçəkmiş şəxs qarşı hər hansı kənar təsir vasitəsi ilə müdaxilə etməmişdir. O, xx.xx.2024-cü il tarixli İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərardan şikayət vermiş, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə verdiyi şikayət rədd edilmişdir. Məhkəmənin həmin qərarından apelyasiya şikayəti vermiş, Şəki Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli qərarı ilə şikayət təmin edilməmişdir. Mingəçevir Şəhər Prokurorunun köməkçisi, İİİ dərəcəli hüquqşünas X4 “Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” 20 sentyabr 2024-cü il tarixli qərarından şikayət vermiş, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2024cü il tarixli qərarı ilə verdiyi şikayət təmin edilməmişdir. Odur ki, məhkəmədən barəsində olan inzibati xəta haqqında iş üzrə icraata əməldə inzibati xəta tərkibi olmadığına görə xitam verilməsini xahiş edir. Zərərçəkmiş şəxs məhkəmə iclası zamanı ifadə verərək bildirdi ki, xx.xx.2024-cü il tarixdə Mingəçevir şəhərində yerləşən “King Pub” adlı ictimai iaşə obyektinin qarşısında Şəxs ilə sözlə mübahisə edərkən sonuncu idarə etdiyi “Mercedes Benz” markalı nəqliyyat vasitəsinə minmiş və həmin nəqliyyat vasitəsini idarə edərək öz əməlinin ictimai təhlükəli olduğunu dərk etməsinə, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görməsinə baxmayaraq, bunları arzu etməsə də, belə nəticələrin baş verməsinə şüurlu surətdə yol verdiyindən, yəni o, qeyd olunan nəqliyyat vasitəsinin sürücüsünün əyləşdiyi qapının dəstəyindən tutaraq qapını açmaq istədikdə həmin nəqliyyat vasitəsi hərəkətdə olduğundan yıxılaraq sol said nahiyəsində sıyrıqlar xəsarəti almışdır. Odur ki, məhkəmədən göstərilən halları nəzərə alaraq qanuni qərar qəbul edilməsini xahiş edir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını, işə əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, hazırki inzibati xəta haqqında işin icraatına müddətin keçməsinə görə xitam verilməlidir. Belə ki, işdə olan Mingəçevir şəhər prokurorluğunun xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarından görünür ki, Şəxs barəsində AR İXM-in 157-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmışdır. İşdə olan 15 iyul 2024-cü il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, diskə baxış zamanı açılan pəncərədə 01 ədəd, yaddaş həcmi 5.54 MB olan 0:30 dəqiqəlik “00cadbef-fce2-4edf-a7e8- cd0150c4a786.MP4” adlı videogörüntü, 01 ədəd, yaddaş həcmi 13.8 MB olan 01:15 dəqiqəlik “574efeae-beca-4898-8452d62d********.MP4” adlı videogörüntü vardır. Həmin videogörüntülərə daxil olduqda Zərərçəkmiş şəxs Şəxs vermiş olduğu 20 manat məbləğində borc pul vəsaitini istəməsi və buna görə sözlə mübahisə etməsi, Şəxs idarə etdiyi nəqliyyat vasitəsinə əyləşərək sözlə mübahisənin baş tutduğu ərazidən uzaqlaşmaq istədikdə, Zərərçəkmiş şəxs qeyd olunan nəqliyyat vasitəsinin sürücünün əyləşdiyi qapının dəstəyindən tutması və daha sonra yıxılması müşahidə olunur. İşdə olan Mingəçevir şəhər prokurorluğunun xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, 106/C-24 nömrəli material üzrə Şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin əlamətləri mövcud olmadığından cinayət işinin başlanması Azərbaycan Respublikasının CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd edilməsi, Şəxs əməlində Azərbaycan Respublikası İXM-in 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin əlamətləri mövcud olduğundan materialdan inzibati xəta haqqında iş üzrə icraat materialının ayrılması üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror qarşısında vəsatət qaldırılması qərara alınmışdır. İşdə olan Mingəçevir Şəhər Məhkəməsinin 6(051)-14/2024 nömrəli, 21 oktyabr 2024cü il tarixli qərarından görünür ki, Şəxs Mingəçevir şəhər Prokuroru ədliyyə müşaviri cənab X2 xx.xx.2024-cü il tarixli İnzibati xəta haqqında iş üzrə icraata başlanması haqqında qərarından verdiyi şikayət rədd edilməsi, Mingəçevir şəhər Prokuroru ədliyyə müşaviri cənab X2 xx.xx.2024-cü il İnzibati xəta haqqında iş üzrə icraata başlanması haqqında qərarı qanuni hesab edilməsi qərara alınmışdır. İşdə olan Şəki Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 6(107)-22/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Şəxs tərəfindən verilmiş şikayət təmin edilməmiş, Mingəçevir Şəhər Məhkəməsinin 6(051)-14/2024 nömrəli, 21 oktyabr 2024-cü il tarixli nömrəli qərarı baxılmış şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İşdə olan Mingəçevir Şəhər Məhkəməsinin 6(051)-16/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Şəxs tərəfindən Mingəçevir Şəhər Prokurorunun köməkçisi, İİİ dərəcəli hüquqşünas X4 “Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” 20 sentyabr 2024-cü il tarixli qərarından məhkəmə nəzarəti qaydasında verilmiş şikayəti təmin edilməmiş, Mingəçevir Şəhər Prokurorunun köməkçisi, İİİ dərəcəli hüquqşünas X5 “Cinayət işi başlanmasının rədd edilməsi” haqqında xx.xx.2024-cü il tarixli qərarı qanuni hesab edilməsi qərara alınmışdır. Göründüyü kimi Şəxs barəsində cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edildiyi gündən 3 (üç) aydan çox müddət keçmişdir. Məhkəmə hesab edir ki, hazırki inzibati xəta haqqında iş üzrə icraatda barəsində inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar qəbul edilmiş şəxsin əməlində inzibati xəta tərkibinin bütün əlamətləri olsa da, inzibati tənbeh tətbiq etmə müddəti başa çatmışdır. Ona görə də, Şəxs inzibati məsuliyyətdən azad olunmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3–cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 13–cü maddəsində göstərilmişdir ki, inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Həmin Məcəllənin 38.3–cü maddəsinə əsasən cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Məhkəmə hesab edir ki, Şəxs barəsində cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın qəbul edildiyi gündən 3 (üç) aydan çox müddət keçdiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM–in 53.1.6–cı maddəsində göstərilmişdir ki, bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Ona görə də məhkəmə hazırki inzibati xəta haqqında işin icraatına xitam verilməsini qanuni və əsaslı hesab edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48–50, 53, 106, 112, 114, 117 və 128–130–cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157–ci maddəsi əsasında Mingəçevir şəhər prokuroru tərəfindən qəbul edilmiş inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar üzrə inzibati xəta haqqında işin icraatına, müddətin keçməsi ilə bağlı xitam verilsin. Qərardan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apelyasiya instansiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №3(051)-666/2024
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-666/2024
24.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver