Məhkəmə qərarları › İş №3(051)-668/2021

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-668/2021

18.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-668/2021 18.08.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızı, Məhkəmə iclas katibi X1, İcra və Probasiya şöbəsinin icra məmuru X9, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X8 və zərərçəkmiş şəxs X2 iştiraki ilə, xx.xx.1981-ci ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, ünvan 1 ünvanda yaşayan X8 barəsində Mingəçevir şəhər İcra və Probasiya şöbəsi tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında materiala baxaraq M ü ə y y ə n e t d i m: Mingəçevir şəhər məhkəməsinin 2(051)-339/2021 №li 25.02.2021-ci il tarixli icra sənədi üzrə yaranmış 855 manat aliment borcunu ödəmədiyinə görə X8 barəsində Mingəçevir şəhər İcra və Probasiya şöbəsi tərəfindən Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X8 məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, 2(051)-339/2021 №li 25.02.2021-ci il tarixli icra sənədinə əsasən ondan 24.12.2010-cu il təvəllüdlü Cahandar adlı uşağın saxlanılması üçün hər ay 120 manat aliment alınıb tələbkar X4 verilməlidir. Maddi imkanı olmadığına görə 855 manat aliment borcu yaranmışdır. Aliment borcundan hazırda 120 manat ödəniş etdi, borcun qalan hissəsini ödənilməsi ilə əlaqədar zərərçəkmişlə razılığa gəlmişlər. O, icra məmurunun qanunu tələblərini yerinə yetirməkdən, uşaqlarını saxlamaqdan boyun qaçırmamışdır. İş üzrə icraata xitam verilməsini xahiş edir. Zərərçəkmiş şəxs X7 məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, 2(051)- 339/2021 №li 25.02.2021-ci il tarixli icra sənədinə əsasən X3 24.12.2010-cu il təvəllüdlü Cahandar adlı uşağın saxlanılması üçün hər ay 120 manat alimentin tutulub ona verilməsi qət edilmişdir. Şəxs 855 manat aliment borcu yaranmışdır. Hazırda aliment borcundan 120 manat ödəmiş, qalan aliment borcunun ödənilməsi ilə X8 ilə razılığa gəlmişlər. İş üzrə icraata xitam verilməsini xahiş edir. Mingəçevir şəhər İcra və Probasiya şöbəsinin icra məmuru X12 oğlu məhkəmə iclasında bildirdi ki, Mingəçevir şəhər məhkəməsinin 2(051)-339/2021 №li 25.02.2021-ci il tarixli icra sənədinə əsasən X3 24.12.2010-cu il təvəllüdlü Cahandar adlı uşağın saxlanılması üçün hər ay 120 manat aliment alınıb tələbkar X4 verilməlidir. Lakin Şəxs alimenti tam ödəmədiyi üçün onun 855 manat aliment borcu yaranmışdır. Şəxs həmin borcundan 120 manat ödəmişdir. Azərbaycan Respublikasının İXM-nin 528-1-ci maddəsinin mənasına görə məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət yaranır. Lakin məhkəmə iclasında X8 icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirməməsi müəyyən edilmədi. Azərbaycan Respublikasının İXM-nin 109.2-ci maddəsində göstərilir ki, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilir. İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. Məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, X5 əməlində 855 manat aliment borcu ilə bağlı inzibati xətanın tərkibi olmadığına görə iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48-51, 128- 130-ci maddələrini rəhbər tutaraq Qərara aldım: X5 855 manat aliment borcu ilə bağlı inzibati xətanın tərkibi olmadığına görə barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın sürəti rəsmi qaydada verdiyi gündən 10 (on) gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apelyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Məhkəmənin hakimi: Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar