Məhkəmə qərarları › İş №3(051)-67/2022

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-67/2022

27.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-67/2022 27.01.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sdərliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, Borclu Şəxs, X1 Mingəçevir şəhər İcra və Probasiya şöbəsinin icra məmuru X11 oğlunun iştirakı ilə, xx.xx.1971-ci ildə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə Mingəçevir şəhər İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq məhkəmə müəyyən e t d i: Borclu Şəxs 8000 (səkkiz min) ABŞ dolları qətnamə icra olunan günə manat məzənnəsi ilə və dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat pul alınıb iddiaçı X4 verilməsinə dair Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-1694/2021 saylı, 20 oktyabr 2021-ci il tarixli qətnaməsinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini lazımi qaydada yerinə yetirmədiyi üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə protokol tərtib edilərək məhkəməyə verilmişdir. Məhkəmə iclasında icra məmuru X10 izahatında göstərmişdir ki, Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-1694/2021 saylı, 20 oktyabr 2021-ci il tarixli qətnaməsinə əsasən borclu Şəxs 8000 (səkkiz min) ABŞ dolları qətnamə icra olunan günə manat məzənnəsi ilə və dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat pul alınıb iddiaçı X4 verilməsi qət edilmişdir. Lakin Şəxs indiyə kimi qətnaməni lazımi qaydada icra etməmiş və qətnamə icrasız qalmışdır. Şəxs qətnamə ilə müəyyən olunmuş borcu ödəməkdən qərəzli olaraq boyun qaçırır və onun qanuni tələblərini qərəzli olaraq yerinə yetirmir. Barəsində inzibati tənbeh növündə qərar çıxarılmasını xahiş edir. Məhkəmə iclasında Şəxs verdiyi izahatında göstərmişdir ki, Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-1694/2021 saylı, 20 oktyabr 2021-ci il tarixli qətnaməsinə əsasən borclu Şəxs 8000 (səkkiz min) ABŞ dolları qətnamə icra olunan günə manat məzənnəsi ilə və dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat pul alınıb iddiaçı X4 verilməsi qət edilmişdir. Həmin borcu qəbul edir. Lakin maddi imkanı ağır olduğu üçün borcunu bir dəfəyə ödəməyə imkanı yoxdur. Hər ya 1000 manat olmaqla ödəyə biləcəyini bildirir. X2 məhkəmə iclası zamanı verdiyi izahatında göstərmişdir ki, imkanı olduğu halda borcunu ödəmir. İcra məmuru qərəzli olaraq onun əmlakının olmasını araşdırmır. Belə ki, onda olan məlumata görə Şəxs torpaq sahəsi, iki mərtəbəli və ticarət obyekti var. Lakin bunlara baxmayaraq icra məmuru qərəzli olaraq məhkəmənin qətnaməsinin icrasını təmin etmir. Halhazırda borcu tam şəkildə tələb edir. Əks təqdirdə Şəxs barəsində qanuna müvafiq daha ciddi tədbirlərin görülməsini məhkəmədən xahiş edir. Məhkəmə borclu, tələbkar və icra məmurunun izahatlarını dinləyib təqdim olunmuş sənədləri və icra işi materiallarını araşdırıb məcmu halda qiymət verərək, hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi var və törətdiyi inzibati xətaya görə ona inzibati tənbeh tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası MPM-in 15.2-ci maddəsinə görə məhkəmələrin qanuni qüvvəyə minmiş qərarları bütün şəxslər üçün məcburidir və Azərbaycan Respublikası ərazisində hökmən icra olunmalıdır. “İcra Haqqında” Azərbaycan Respublikası Qanunun 2.1-ci maddəsinə görə Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Həmin Qanunun 12.1-ci maddəsinə görə icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində icra hərəkətlərini həyata keçirməli və icra sənədində göstərilən tələblərin icra olunmasını təmin etməlidir. “İcra Haqqında” Azərbaycan Respublikasının Qanunun 3.2-ci maddəsində göstərilmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun olmalıdır. Həmin Məcəllənin inzibati tənbehin məqsədlərini müəyyən edən 21-ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi var və törətdiyi inzibati xətaya görə ona inzibati tənbeh tətbiq edilməlidir. Belə ki, Şəxs qətnamə çıxdıqdan sonra lazımi qaydada ödəniş etməmiş yalnız müddət uzatmaqla qətnaməni icra etməkdən yayınmağa çalışır. Ona görə də borcun ödənilməsindən yayınma və icra məmurunun bu barədə qanuni tələblərini icra etməmə göstərilən maddənin tərkibini tam formada yaradır. Məhkəmə Şəxs şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halın olmamasını nəzərə alıb digər cəzanın tətbiqini kifayət saymayaraq hesab edir ki, onun barəsində inzibati həbs növündə tənbehin tətbiq edilməsi inzibati tənbehin məqsədlərini təmin edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-in 21, 40, 43, 48-51, 114, 128-130-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara a l d ı: Şəxs Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 8 (səkkiz) gün müddətinə inzibati həbs edilsin. Qərarın icrası Mingəçevir şəhər Polis Şöbəsinə həvalə edilsin. İnzibati həbs müddətinin əvvəli 27 yanvar 2022-ci il tarixdən, saat 17:00-dan hesablansın. Qərarın surəti təqdim edildiyi və ya alındığı vaxtdan 10 (on) gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM: Ələkbər Hüseynov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar