Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-671/2021 13.08.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs, Mingəçevir ŞPŞ-də İTB-nin sahə rəisi X6, X1 iştirakı ilə, xx.xx.1989-cu ildə Mingəçevir şəhərində doğulmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında yaşayan Şəxs oğlunun barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə olan inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən e t d i: Şəxs oğlu 14 may 2021-ci il tarixdə Mingəçevir şəhəri D.Əlieyva küçəsi 20 saylı binanın qarşısındakı qarajdan bir ədə “bold” markalı 29-luq sarı rəngli velosipedi oğurlamaqla Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Şəxs oğlu ona istinad edilən inzibati xətanı törətməkdə özünü təqsirli bilərək verdiyi izahatında göstərmişdir ki, 14 may 2021-ci il tarixdə gecə vaxtı velosiped oğurlamaq məqsədilə şəhər ərazisində gəzərkən D.Əliyeva küçəsində yerləşən 20 saylı binanın qarşısında yerləşən avtomobil qarajından “bolt” markalı velosipeti sürərək gizlincə aradan apararaq oğurlamışdır. Həmin velosipedi sonradan tanımadığı bir şəxsə 50 manata satmışdır. Etdiyi əməldən peşmandır. Zərərçəkmişə dəymiş ziyanı tam ödəmişdir. Məhkəmədən barəsində olan inzibati xəta haqqında işə xitam verilməsini xahiş edir. X2 da məhkəmə iclasında izahat verərək göstərdi ki, Şəxs oğlu ona dəymiş ziyanı tamamilə ödəmişdir. Ondan heç bir şikayət və tələbi yoxdur. Məhkəmədən Şəxs oğlu barəsində olan inzibati xəta haqqında işə xitam verilməsini xahiş edir. Mingəçevir ŞPŞ-də İTB-nin sahə rəisi X7 məhkəmə iclası zamanı ahirov İsmayıl Mehman oğlu barəsində olan inzibati xəta haqqında işə xitam verilməsinə etiraz etmədiyini bildirmişdir. Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində Xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talama inzibati xəta kimi nəzərdə tutulmuşdur. Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi vardır. Məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş şəxsin zərərçəkmiş şəxsə dəymiş ziyanı tam ödəməsini nəzərə alaraq belə hesab edir ki, Şəxs barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 31.1-ci maddəsinin tələbinə görə inzibati xətaya görə tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 39.2-ci maddəsinə əsasən Bu Məcəllənin 227, 232-1-ci və 351-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Şəxs əməlindən peşman olması, dəymiş ziyanı ödəməsi və zərər çəkmiş şəxslə barışması məsuliyyətini yüngülləşdirən haldır. Məhkəmə iclası zamanı onun məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmamışdır. Həmin Məcəllənin 53.0.10-cu maddəsində göstərilmişdir ki, bu Məcəllənin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraata başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.1.4-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarıla bilər. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48- 51, 53, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara a l d ı: Şəxs oğlunun barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı vaxtdan 10 (on) gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə şikayət bilər. HAKİM: Ələkbər Hüseynov
Məhkəmə qərarları › İş №3(051)-671/2021
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-671/2021
13.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver