Məhkəmə qərarları › İş №3(051)-673/2021

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-673/2021

13.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-673/2021 13.08.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayev Aynurə Nizami qızının katibliyi, Mingəçevir şəhəri İcra və Probasiya Şöbəsinin icra məmuru: X3, Tələbkar: X1, İcra sənədi üzrə borclu: Şəxs iştirakı ilə xx.xx.1972-ci il tarixdə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, işləməyən, ünvan 1-də yaşayan Şəxs Azərbayjan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Mingəçevir şəhəri İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən borclu Şəxs barəsində Azərbaycan Respublikası İXM–in 528.1-ci maddəsi ilə inbzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə verilmişdir ona görə ki, Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-1701/2017 saylı, 24 aprel 2017-ci il tarixli qanuni qüvvəyə minmiş icra sənədi əsasında ondan 27 yanvar 2006-cı il təvəlldlü Günay adlı uşağın yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay 110 manat məbləğində pulu ödəməmiş və nəticədə 1030 manat məbləğində borcu yığılmışdır. Alimentin ödənilməsini nəzərdə tutan icra sənədinin icrası ilə əlaqədar Mingəçevir şəhəri İcra və Probasiya Şöbəsinin icra məmurunun qanuni tələblərinə qəsdən tabe olmamış, qətnamənin tələblərinə məhəl qoymaraq borcun ödənilməsindən boyun qaçırmış, bununla da borcunu ödəməkdən yayınmışdır. Mingəçevir şəhəri İcra və Probasiya Şöbəsinin icra məmuru X5 məhkəmə iclası zamanı inzibati xəta haqqında protokolun dəlillərini müdafiə edərək izahatında göstərdi ki, Mingəçevir şəhər Məhkəməsinin 2(051)-1701/2017 saylı, 24 aprel 2017-ci il tarixli icra sənədi ilə 27 yanvar 2006-cı il təvəlldlü Günay adlı uşağın yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay 110 manat məbləğində alimentin ödənilməsi qət edilmişdir. Lakin Şəxs dəfələrlə bildiriş və xəbərdarlıqlar göndərilməsinə baxmayaraq, o alimenti ödəməkdən yayınmışdır. Məhkəmə iclası zamanı borclu Şəxs izahatında göstərdi ki, həqiqətən Mingəçevir şəhər Məhkəməsinin 2(051)-1701/2017 saylı, 24 aprel 2017-ci il tarixli icra sənədi ilə 27 yanvar 2006cı il təvəlldlü Günay adlı uşağın yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay 110 manat məbləğində alimentin ödənilməsi qət edilmişdir. Lakin fəaliyyət qabiliyyəti olmadığından və işləyə bilmədiyindən alimenti ödəyə bilməmişdir. Qərar qəbul edilərkən izahatında göstərilənləri nəzərə almağı məhkəmədən xahiş edir. İşə əlavə olunmuş Mingəçevir şəhəri Məhkəməsinin 13 yanvar 2020-ci il tarixli icra vərəqəsindən görünür ki, ünvan 1 ünvanda yaşayan Şəxs tutulan alimentin məbləği artırılaraq 27 yanvar 2006-cı ildə anadan olmuş Əhmədli Günay (Səmayə) Kamil qızının yetkinlik yaşına çatana kimi saxlanması üçün 110 (bir yüz on) manat müəyyən edilməsi və hər ay tutularaq Minəçevir şəhəri Ş.İ.ünvan 2 ünvanda yaşayan X2 verilməsi qət edilmişdir. İşə əlavə olunmuş 05 iyun 2017-ci il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Mingəçevir şəhər icra məmuru İ dərəcəli ədliyyə qulluqçusu X5 02 iyun 2017-ci il tarixdə icraatına daxil olmuş Ucar rayon məhkəməsi tərəfindən verilmiş 2(051)-1701/2017 saylı tarixli icra sənədi üzrə icraata başlamışdır. İşə əlavə olunmuş 05 iyun 2017-ci il tarixli tələbin könüllü icrası barədə Bildirişdən görünür ki, Şəxs 05 iyun 2017-ci il tarixli qərarla icraata başladığı Mingəçevir şəhər Məhkəməsinin 2(051)-1701\2017 saylı, 24.04.2017-ci il tarixli icra sənədində göstərilən tələbi dərhal icra etməsi tələb olunmuşdur. İşə əlavə olunmuş 24 may 2019-cu il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən 55/C-18 nömrəli araşdırma materialı üzrə cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. İşə əlavə olunmuş döş qəfəsi diaqnozu KT-dən görünür ki, traxea və baş bronxlar açıqdır. Divar aralığının damar strukturlarının və ürəyin lokalizasiya və konfiqurasiyası təbiidir. Perikard boşluğunda maye artışı izlənmədi. Divar aralığında böyümüş limfa düyünü aşkar edilmir. Hər iki ağciyərdə pnevmatizasiya diffuz olaraq güclənmişdir, əsasən üst sahələrdə emfizematez dəyişikliklər qeyd olunur. Ağciyərlərin interstisial şəkil güclənmiş izlənilir. Hər iki ağciyər bazal anterior və posterior sahələrdə plevraya uzanan qalın fibroz bandlar qeyd olunur. Sol ağciyər apikal subplevral sahədə pelvral qalınlaşma fonunda bir ədəd 3 mm ölçüsündə kirəcləşmiş düyün izlənilir. Hər iki ağciyərdə törəmə və ya infiltrasiya qeyd olunmur. Hər iki hemitoraksda plevral maye diqqət çəkmir. Müayinə sahəsinə daxil olan sümüklərdə destruktiv və ya litik proses qeyd edilmir. Görüntü sahəsinə daxil olan üst qarın boşluğu orqanlarına aid patoloji dəyişiklər aşkar edilmir. Ekstratorakal strukturalar təbiidir. Solda Vİİ və Vİİİ qabırğaların bitişməkdə olan sınıqları aşkar edilir. Beləliklə, işdə iştirak edən şəxslərin izahatları, işdə olan sənədlər və digər iş materialları ilə borclu Şəxs icra sənədini qəsdən və qərəzli olaraq icra etməməsi, qəsdən yayınması və xüsusən icra məmurunun qanuni tələbinə qəsdən tabe olmaması müəyyən olunmur. Belə ki, iş materialları və işdə iştirak edən şəxslərin izahatı ilə müəyyən edilir ki, borclu borcunu ödəməkdən qəsdən boyun qaçırmamışdır. Belə ki, borclu fəaliyyət qabiliyyətsizdir. Ona görə də məhkəmə hesab edir ki, borclu öhdəliyindən qəsdən imtina etməmişdir. Halbuki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi borclunun məsuliyyətini icra məmurunun tələbinə qəsdən tabe olmaması ilə şərtləndirmişdir. Hazırki vəziyyətdə isə borclu Şəxs əməlində həmin inzibati xətanın tərkibinin olması iş materialları ilə təkzib olunur. Ona görə də məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində borclunun icra məmurunun qanuni tələblərini qəsdən yerinə yetirməməsi müəyyən edilmir. Borclu Şəxs əməlində ona istinad olunan inzibati xətanın tərkibi yoxdur. Bu səbəbdən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-nin 53.0.2-ci maddəsinə əsasən borclu Şəxs barəsində olan inzibati xəta haqqında işə, əməlində inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM–nin 53.0.2–ci maddəsində göstərilmişdir ki, inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Ona görə də məhkəmə hazırki inzibati xəta haqqında işin icraatına xitam verilməsini qanuni və əsaslı hesab edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48–50, 53, 106, 112, 114, 117 və 128–130–cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1–ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərardan, həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apellyasiya instansiya məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM: Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar