Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 3(051)-673/2025 29.09.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynli Tural Mirbahəddin oğlunun sədrliyi ilə ünvan 1 ünvanında fəaliyyət göstərən (VÖEN: **********) XXİ ƏSR” Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində Azərbaycan Respublikası Maliyyə Nazirliyi Uçot siyasəti Şöbəsinin səlahiyyətli vəzifəli şəxsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında materiala baxaraq, Müəyyənetdi: Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Uçot Siyasəti şöbəsinin müdiri Firuzə Abdullayeva tərəfindən hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Mingəçevir Şəhər Məhkəməsinə göndərilmişdir. Məhkəməyə göndərilmiş materialı nəzərdən keçirib hesab edirəm ki, Şəxs MMC barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Uçot Siyasəti şöbəsinin müdiri Firuzə Abdullayeva tərəfindən hüquqi şəxs Şəxs barəsində tərtib olunmuş MN seriyalı ******* nömrəli 16 sentyabr 2025-ci il tarixli inzibati xəta haqqında protokol təkrar məhkəməyə daxil olmuşdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 109-cu maddəsinin tələblərini rəhbər tutaraq QƏRARA ALDİ : Azərbaycan Respublikası Maliyyə Nazirliyi Uçot siyasəti Şöbəsi tərəfindən Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Məhkəmənin hakimi: Tural Hüseynli
Məhkəmə qərarları › İş №3(051)-673/2025
Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №3(051)-673/2025
29.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver